Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın milyardlarla gəlirə açılan qapısı Kazinolar yenidən fəaliyyətə başlayır?

Azərbaycanın milyardlarla gəlirə açılan qapısı Kazinolar yenidən fəaliyyətə başlayır?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Əvvəllər yalnız əyləncə məqsədli fəaliyyət kimi qəbul edilən kazinolar, indi iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilib. Belə ki, dünyanın bir çox yerində bu, gəlirli biznes növü hesab edilir, həm də turizmin inkişafında əhəmiyyətli rol oynayır.

Qonşu ölkələrin, xüsusən də Gürcüstanın təcrübəsi göstərir ki, kazinolar turistlərin cəlb olunmasında və yerli iqtisadiyyatın inkişafında güclü təsirə malikdir. Məsələn, Batumi şəhəri “Qara dənizin Las-Veqası” kimi tanınır. Buradakı kazinolar həmçinin, müxtəlif lüks otel kompleksləri, restoranlar, ticarət mərkəzləri və digər əyləncə obyektləri ilə birlikdə fəaliyyət göstərir. Bu komplekslər turistlərə yüksək səviyyəli xidmətlər təklif edir, beləliklə, sektorda çalışan insanların iş yerləri artır. Nəticədə, Batumi həm beynəlxalq, həm də yerli turizm bazarlarında mühüm bir mərkəzə çevrilir.

Xüsusilə vurğulamaq lazımdır ki, əksər ölkələr kazino sənayesindən milyardlarla dollar gəlir əldə edirlər. Məsələn, Makao (Çin) və Las-Veqas (ABŞ) hər il böyük məbləğlər qazanır, bu da onların iqtisadiyyatını gücləndirir. Təkcə 2019-cu ildə Makao kazinolarının gəliri təxminən 36 milyard dollar, Las-Veqas kazinolarının ümumi gəliri isə 6.5 milyard dollar təşkil edib.

Bəzi mütəxəssislər qeyd edirlər ki, əgər Azərbaycanda da bu sektora nəzarət və tənzimləmə mexanizmləri düzgün qurulsa, ölkəyə turist axını artar. Bu, öz növbəsində otellər, restoranlar, nəqliyyat və digər xidmət sahələrində də əlavə gəlir yaratmış olar. Bu cür iqtisadi aktivlik həm dövlət büdcəsinə, həm də yerli bizneslərə müsbət təsir göstərər.

Digər tərəfdən, müvaqif qurumlar 2025-ci ilin sonuna kimi Azərbaycana gələn turistlərin sayının 3 milyona çatacağını proqnozlaşdırır. Bildirilir ki, hazırkı artım templərinə əsasən, 2028-ci ilə qədər illik turist sayı 4 milyona yüksələ bilər.

Son statistik məlumatlara görə, ölkəmizə 338 min 621 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Orta hesabla bir ay ərzində Azərbaycana səfər edən turistlərin sayı 165-200 min nəfər arasında dəyişir. 2025-ci ilin ilk rübündə otel və mehmanxana tipli obyektlərdə turistlərin keçirdiyi gecələmələrin sayı isə 484.9 min olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.9 faiz çoxdur. Qeyd olunur ki, məhz bu amil ölkəmizdə kazino sənayesinin yaradılması üçün əlverişli şərait yaradır.

Azərbaycanda kazino biznesi bərpa edilə bilərmi?

Globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Azər Badamov deyib ki, kazino sənayesi çox gəlirli sahədir:

“Düzdür, hər bir ölkə öz ərazisində kazino sənayesinin inkişafını bəzən istədiyi qədər sürətləndirmir. Amma bu sahəyə maraq göstərən dövlətlər beynəlxalq turizm bazarından daha çox turist cəlb edə bilir və böyük gəlirlərə nail olurlar. Bu baxımdan Azərbaycanda da bu sahənin fəaliyyətinin hüquqi bazası formalaşarsa, dövlət büdcəsinə əlavə gəlirlərin yeni bir mənbəyi açılmış olar. Ümumiyyətlə, kazino sənayesi dünya təcrübəsində mövcuddur. Belə ki, qonşu Gürcüstan və Qazaxıstanda kazino sənayesi leqallaşdırılıb. Bu ölkələr turizmin xüsusi növü olan sektordan uğurla istifadə edə bilirlər. Həvəskarlar isə kazinoların fəaliyyətinə icazə verilmiş ölkələrə səfər edir və özləri ilə müəyyən qədər vəsaiti aparıb xərcləyirlər. Bunu həm də valyuta axınının bir istiqaməti hesab edə bilərik”.

Azər Badamov

Millət vəkili bildirib ki, Azərbaycanda bu sahə leqallaşarsa, həm ölkədən çıxan valyutanın qarşısı alınar, həm də xaricdən bu sahəyə valyuta axını artar:

“Paralel olaraq, otellərdə xarici turistlərin yerləşmə sayı çoxalar, yeni iş yerləri yaranar. Kazino sənayesində böyük pullar dövriyyə olunur. Əgər nəzarət sistemini düzgün qursaq, bu sahəni qanuniləşdirib vergiyə cəlb etsək, dövlət büdcəsinin gəlirlərində müəyən artımlar əldə etmək mümkündür. Düşünürəm ki, əsasən Bakı ətrafında yaradılmaqda olan elit yaşayış və istirahət məkanlarında kazino sənayesinin fəaliyyətinə icazə verilməsi daha məqəsədə uyğundur. İşğaldan azad olunmuş ərazilərdə də bu addıma gedilməsi mümkündür. Çünki bu, həmin ərazilərin turizm sektorunun inkişafına müsbət təsir göstərə bilər”.

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov qeyd edib ki, bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir:

“Kazino biznesi gəlirli bir sahədir və ölkəyə valyuta axınının artmasına səbəb olur. Qonşu ölkələrdən Gürcüstanda, eləcə də ada dövləti olan Kiprdə bu sektor uğurla fəaliyyət göstərir və turistlərin cəlb olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycandan da müxtəlif ölkələrə kazinolar üçün səyahət edən və orada vəsait xərcləyən şəxslər mövcuddur. Buna görə də, gələcəkdə ölkəmizdə kazino biznesinin inkişafı üçün addımlar atıla bilər. Bu sahənin genişlənməsi üçün neqativ təsirlərin minimuma endirilməsi və ciddi nəzarət mexanizmlərinin tətbiqi vacibdir ki, insanlar üzərində mənfi sosial təsirlər yaranmasın”.

Ceyhun Aşurov

Ekspertin sözlərinə görə, adətən bu cür müəssisələr xüsusi olaraq müəyyən ərazilərdə qurulur və xaricdən birbaşa gəliş-gediş təmin edilir:

“Həmçinin, bəzi ölkələr öz vətəndaşlarına deyil, yalnız xarici turistlərə bu xidmətləri təklif edirlər və ya yaş həddi müəyyənləşdirirlər. Ümumilikdə, kazino sektoru ölkə büdcəsinə müsbət təsir göstərir və əhəmiyyətli vergi gəlirləri ilə təmin edir. Dünyanın müxtəlif bölgələrində insanlar yalnız bu cür ərazilərə səyahət edirlər. Bu səbəbdən, Azərbaycanda belə bir layihə həyata keçirilərsə, onun yerləşmə yeri, infrastrukturu və tətbiq şərtləri diqqətlə nəzərdən keçirilməlidir”.

Günay Rəsulqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 May 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri