Icma.az
close
up
RU
Azərbaycanın müstəqilliyinin bərpası tarixinin izləri 20 YANVAR 1990 CI İL FOTOSESSİYA

Azərbaycanın müstəqilliyinin bərpası tarixinin izləri 20 YANVAR 1990 CI İL FOTOSESSİYA

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə həm matəm, həm də qürur günü kimi həkk olunmuşdur. Həmin gün Azərbaycanın müstəqillik və azadlıq arzusu qarşısında duran ən ağır sınaqlardan biri yaşandı. Bakıda və digər bölgələrdə sovet qoşunlarının törətdiyi qanlı faciə xalqın iradəsini sarsıtmadı, əksinə, onun azadlıq yolunda mübarizəsini daha da gücləndirdi.

35 il keçməsinə baxmayaraq, 20 Yanvar hadisələri hər bir azərbaycanlının yaddaşında və ürəyində yaşayır. Həmin gün minlərlə insan küçələrə çıxaraq Azərbaycanın suverenliyi uğrunda mübarizə apardı. Lakin sovet ordusunun ağır texnika və silahlı qüvvələrlə Bakıya yeridilməsi nəticəsində yüzlərlə insan həlak oldu, yaralandı və ya itkin düşdü. Bu qanlı hücum yalnız Azərbaycan xalqının müstəqillik ruhunu əzmək məqsədi daşıyırdı.

Qanlı Yanvar hadisələri ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Avtosfer.az-a müshaibəsində deyib ki, 20 Yanvar faciəsi yalnız Azərbaycan xalqının deyil, bütün insanlıq tarixinin qan yaddaşıdır:

“Bu tarix bizə azadlığın və müstəqilliyin nə qədər qiymətli olduğunu, onun qorunması uğrunda çəkilən əzabların unudulmamalı olduğunu göstərir. Yanvar hadisələri minilliklərlə ölçülən zəngin dövlətçilik tariximizin həm qəhrəmanlıq, həm də faciə səhifəsidir. Bu hadisənin unikallığı da məhz budur. Bu hadisələrdən düz 35 il keçir, 35 illik zaman kəsiyindən baxdıqda, hadisə ilə bağlı dağa düzgün qiymətləndirmələr mümkündür.  Və təbii ki bu hadisəni şərtləndirən 2 mühüm amil oldu. Onlardan biri o vaxt Ermənistanın Azərbaycanla bağlı ərazi iddiaları və SSRİ rəhbərliyinin bu iddialara loyal münasibəti, dəstəkləməsi idi. Ikincisi isə o vaxtkı Azərbaycan rəhbərliyinin anti-militar səviyyədə cəsarətsizliyi və AXC timsalında müxalifətin təxribatçı addımları. Yəni bunların nəticəsi 20 yanvar hadisələrini şərtləndirdi. 1988-ci mart sovet ittifaqı kommunist pariyasının mərkəzi komitəsinin və SSRİ Nazirlər Soveti Dağlıq Qarabğın sosial-iqtisadi vəziyyətinin inkişafının sürətləndirilməsi ilə bağlı bir sənəd qəbul etdi. Nəticə etibarilə, bu sənəd Dağlıq Qarabağın Azərbaycandan ayrılması və ona geniş imtiyazların verilməsi, xüsusi maliyyə yardımının ayrılması eyni zamanda mərkəzi qurumlara tabeçilik kimi məqamları özündə ehtiva edirdi. Bu, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qoparılması istiqamətində atılmış ilk sənədlərdən biri kimi dəyərləndiriləcək qanunazidd addım oldu. Eyni zamanda 1989-cu ilin yanvarın 12-də SSRİ Ali Sovetin Rəyasət heyəti Dağlıq Qarabağda xüsusi idarəetmə forması və komitəsini yaratdı. Təpədən dırnağa qədər ermənipərəst olan Arkadi Volskini də buraya rəhbər təyin etdilər. Bundan sonra baş verənlərdən ilhamlanan Ermənistan rəhbərliyi həmin ilin dekabr ayının əvvəlində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi. O zamankı Azərbaycan rəhbərliyi də həmin vaxt anti-milli davranış sərgilədilər. 1990-cı ilin yanvar ayının 15-də Azərbaycan SSRİ Ali Soveti SSRİ rəhbərliyinə, eləcə də SSRİ xüsusi xidmət orqanlarına müraciət etdi ki, SSRİ Konstitusiyasının 81-ci maddəsini əssas götürüb Azərbaycana dəstək versinlər. Söhbət silahlı qüvvələrin yeridilməsindən gedirdi. O vaxtkı müxalifətə gəlincə onlar təxribatçı addımlarla göz önündə olmağa çalışırdı. İranla sərhəddəki məftillər sökülməyə davam edirdi. Bununla yanaşı Sumqayıt hadisələrinin bənzəri olan hadisələr 13-15 yanvar tarixlərində Bakıda da baş verdi. Erməni talanları paytaxtda da davam etdirilirdi. Bütün bunlar SSRİ qoşunlarının ölkəmizə gətirilməsinə zəmin yaratmışdı. Nəticədə Bakı Ümumqoşun hissələrinin 110 min nəfərlik şəxsi heyətinin olmasına baxmayaraq, daha 66 min nəfərlik Krosnadar, Stavropoldan, Rostovdan və digər şəhərlərdən əsası həbsxanada yatmış ermənilərdən ibarət olan qoşun Bakıya yeridildi. Onlara xüsusi təlimlər keçirilmişdi ki, Bakıda xristianlara, xüsusən ermənilərə qarşı qətliam hazırlanır, o qətliamın qarşısını alacaqsız. “Bir güllənizə belə heyf deməməlisiniz və bilin ki, siz məhv etməsəz sizi məhv edəcəklər, Salyanski kazarma yaxınlığındakı evlərdə snayperlər sizin qoşunlarınızı nişan alıb” kimi psixoloji hazırlıq keçmişdilər. Bununla da qoşunlar Bakıya yeridildi və əhaliyə divan tutuldu. Faciə nəticəsində 131 nəfər öldürüldü, 400-dən çox vətəndaşımız həbs edildi, 750-yə yaxın sakin yaralandı. Xeyli azərbaycanlı həbs edildi. Bu hadisələrə ilk layiqli qiyməti Heydər Əliyev verdi. 1991-ci ilin yanvar ayının 21-də Moskvadakı daimi nümayəndəliyimizə gəldi və haqq səsini ucaltdı”.

Deputat vurğulayıb ki, Azərbaycan informasiya blokadasında olmasına baxmayaraq, Heydər Əliyev bütün dünyaya müraciət etdi və beynəlxalq ictimaiyyət bildi ki, Azərbaycan xalqına qarşı qırğın siyasəti yeridilib:

“Öz həyatını, eləcə də bugünkü prezidentimiz İlham Əliyevin də həyatını risk altına ataraq bütün bunları etdi. Nə vəzirov nə mütəllibov nə də Elçibəydən bu davranışları gözləmək mənasız idi. Çünki həmin hadisələrin iştirakçıları məhz özləri olmuşdu. Heydər Əliyev Hakimiyyətə gəldikdən sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə daha dəqiq qiymətləndirmə ilə bağlı Heydər Əliyev qərar qəbul etdi. “20 Yanvar şəhidi” adı təsis edildi. Təəssüf ki, cinayətkarlar cəzasız qalıb. Bu faciəyə rəhbərlik edən Qorbaçov, Yazov, Mixailov, Bokadin Geryenk, Primakov növbə ilə dünyalarını dəyişdilər və nəticədə hamısı cəzasız qaldı. Bugünkü Rusiya Federasiyası o vaxtkı SSRİ-nin hüquqi varisidir. Araşdırmaların nəticəsi kimi hadisələrin baş verdiyi dövrdə ölkəyə rəhbərlik edən şəxslərin ölümündən sonra da adlarının cinayətkar olaraq təsdiqlənməsi ilə bağlı müvafiq qərarların verilməsi hadisəyə ədalətli qiymət verilməsi mənasına gələ bilər”.

Bu faciə xalqın milli azadlıq hərəkatının dönüş nöqtəsi oldu. Qurbanların qanı bahasına Azərbaycan xalqı müstəqillik uğrunda mübarizəsində daha da mətinləşdi. 1991-ci ilin oktyabrında isə Azərbaycan Respublikası müstəqilliyini bərpa edərək həmin ağır günlərin əzabını qələbə ilə tamamladı.

Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.

20 Yanvar şəhidlərin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırıldı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub.

Hər il 20 Yanvar günü şəhidlərimiz dərin hörmətlə anılır, Şəhidlər Xiyabanı ziyarət olunur. Bu gün təkcə matəm günü deyil, eyni zamanda xalqımızın azadlıq ruhunun, birliyinin və mübarizliyinin rəmzidir.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Yanvar 2025 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri