Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Reza Deqatinin 20 yanvar 1990 cı ildə çəkdiyi FOTOLAR

Reza Deqatinin 20 yanvar 1990 cı ildə çəkdiyi FOTOLAR

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Reza Deqatinin 20 yanvar 1990-cı ildə çəkdiyi unikal fotolar.

20 Yanvar faciəsinin baş verdiyi o qanlı, müdhiş gündən bizi 35 illik bir zaman ayırır. Bir neçə gündən sonra xalqımız bu faciənin qurbanlarını ehtiramla anmaq üçün Şəhidlər xiyabanına üz tutacaq və bu faciəni törədənlərə öz nifrətini bildirəcək. Ötən müddət ərzində bu faciənin dünyada tanıdılması üçün bir çox işlər görülüb – sərgilər açılıb, tədbirlər keçirilib, sənədli filmlər nümayiş olunub.

Qanlı Yanvarda baş verənləri fotolentin yaddaşına köçürərək dünyaya tanıdanlardan biri də tanınmış fotojurnalist Reza Deqati olub. 1990-cı il yanvarın 20-də keçmiş sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamdan dünyada məşhur fotojurnalist Reza Deqati və komandasının çəkdiyi fotolar və videolar sayəsində xəbərdar oldu.

AzPost bildirir ki, AZƏRTAC  həmin hadisələrin baş verdiyi günlərdə məşhur fotojurnalist Reza Deqatinin Bakıya gəlişindən və Azərbaycan xalqının başına gətirilən bu faciənin dünyaya yayılması naminə gördüyü işlərdən bəzi məqamlara nəzər salıb.

Azərbaycanda əhalinin silahsızlaşdırıldığı, insanların əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı, Bakıya xarici jurnalistlərin girişinin qadağan olunduğu bir vaxtda, 1990-cı il yanvarın 20-də Reza Deqati bu qətliamdan xəbər tutan kimi Parisdən çətin yollarla Bakıya üz tutur. Parisdən birbaşa Bakıya səyahət mümkünsüz olduğu üçün o, Moskva kinostudiyalarını ziyarət etmək adı altında həmkarları ilə birlikdə sovet vizası alaraq Moskvaya gəlir.

Jurnalistlərin girişi qadağan olunduğu üçün o, azərbaycanlı dostlarının köməyi ilə Bakıya yola düşən qatarda gizlənir, təhlükəni nəzərə alaraq insanlarla lazımsız ünsiyyətdən qaçaraq 48 saatlıq yol gəlir. Qatarda ilk işi isə “Ya pa rusky ni znaya” (mən rusca danışmıram) və “Ya Azerbaijani” (mən azərbaycanlıyam) kimi dolaşıq rusca cümlələr öyrənmək idi. Çünki rus dilini bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu, artıq son demək idi.

Bu uzun səyahətdən sonra Bakıya çatdığı zaman Reza Deqati burada gördüyü mənzərəni İkinci Dünya müharibəsi filmindən bir səhnəyə bənzədirdi: “48 saatlıq səyahətdən sonra qatar Bakı stansiyasına daxil olduğu zaman – axşam vaxtları komendant saatından yarım saat əvvəl biz platforma üzərində düzülmüş silahlı sovet əsgərlərini gördük. Soyuq idi, özümü 2-ci Dünya müharibəsi haqqında çəkilmiş filmdəki biri kimi hiss etdim. Sanki heç nə dəyişməyib”.

Yanvarın 24-də dostları Reza Deqatini Bakıda qarşılayır və sovet əsgərlərinin dinc əhalini gülləbaran etməsi, tankların mülki vətəndaşların üstündən keçməsi, uşaq, qadın, yaşlı demədən silahsız insanları qətlə yetirməsi barədə ona məlumat verirlər.

Küçədə gəzməyin belə təhlükəli olduğu bir vaxtda, sovet tank və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərində Reza öz həyatını düşünmədən fotoaparatı ilə gizli şəkildə xəstəxanalara, morqlara gedərək fərqli aspektlərdən gördüyü mənzərələri fotolentin yaddaşına köçürüb.

“Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı. Açıq şəkildə gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Ehtiyatlı davranmalı, maşınların və binaların pəncərələrindən fotolar çəkəndə kameranı gizlətməyin yollarını tapmalı idik”, – deyə Reza bəy bildirir.

Qara Yanvar şəhidlərinin basdırıldığı, məzarlığa çevrilmiş, qəbirlərin üzəri qırmızı qərənfillər və qara paltarlarla örtülmüş Şəhidlər xiyabanına gələn Reza şübhələri üzərinə çəkməmək üçün hər kəs kimi geyinmiş və insanların da köməyi ilə çəkiliş avadanlıqlarını gizlətmişdi.

O acı günlər Rezanın yaddaşında belə qalıb: “Hər şeydən əvvəl, xatırladığım yalnız qırmızı və qara idi”.

Orduya məxsus helikopter izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirdiyi zaman isə artıq Reza bu “qırmızı və qara”dan ibarət kadrları çəkib bitirmişdi. Təhlükəsizlik tədbirləri səbəbilə fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıdan Reza sonradan dostlarının köməyi ilə onları əldə edir və oradan da Parisə gedir.

Parisə çatdığı günün axşamı 18-dən çox televiziya kanalı Rezanın çəkdiyi fotoşəkilləri göstərərək Bakıdakı hadisələr barədə danışdı, onlarla radiostansiya, 2000-dən çox jurnal və qəzet 20 Yanvar faciəsi barədə məlumat yaydı. Fotojurnalist Reza Deqati və komandasının çəkdiyi fotoşəkillər və videolar sayəsində qan yaddaşımız Qara Yanvar nəinki unudulmur, dünya əhalisi mülki vətəndaşlara qarşı olan bu vəhşilikdən xəbər tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Yanvar 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri