Azərbaycanın NATO zirvə görüşündə iştirak etməməsi normal haldır
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
“Azərbaycanın Türkiyədə keçirilən NATO zirvə görüşündə iştirak etməməsi mövzusu, xüsusilə Azərbaycan–Türkiyə münasibətləri baxımından müxtəlif yozumlara səbəb olub.
Əlbəttə, Türkiyədə keçirilən hər bir böyük tədbir Azərbaycan ictimaiyyətinin diqqətini cəlb edir. Azərbaycan bu cür mühüm toplantılarda, qurumun üzvü olmasa da, çox vaxt xüsusi qonaq kimi iştirak edib. Bu, indiyədək belə olub və bundan sonra da davam edəcək”.
Gununsesi.info bunu Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov deyib:
“Azərbaycanın zirvə görüşündə iştirak etməməsi Azərbaycan–Türkiyə münasibətlərində hər hansı qeyri-adi vəziyyətin yaranması demək deyil.
Ankarada keçirilən NATO zirvə görüşünün gündəliyində Ukraynadan başqa tərəfdaş ölkələrin iştirakı nəzərdə tutulmamışdı. Görüşün əsas məqsədi Avropa ölkələri ilə ABŞ arasında yaranmış fikir ayrılıqları, eləcə də alyans üzvləri arasındakı ziddiyyətlər fonunda birliyi nümayiş etdirmək və Ukraynaya dəstəyi göstərmək idi. Bütün səylər mümkün parçalanmanın qarşısını almağa yönəldilmişdi.
Bu zirvə görüşü əsasən alyansın daxili məsələlərinə və Ukrayna mövzusuna həsr olunmuşdu. Hazırkı şərait bunu tələb edirdi.
Bu səbəbdən NATO-nun üzvü olmayan tərəfdaş ölkələrin qatıldığı əməkdaşlıq toplantıları keçirilmədi. Məsələn, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı, sülhməramlı əməliyyatlar və buna bənzər mövzular gündəliyə daxil edilməmişdi. Çünki əsas məsələ alyansın birliyinin və gələcəyinin qorunması idi.
Azərbaycan da indiyədək NATO zirvə görüşlərində məhz bu əməkdaşlıq mövzuları çərçivəsində iştirak edib. Bu məsələlər müzakirə olunmadığı üçün Azərbaycanın iştirakı da zəruri sayılmayıb.
Qeyd etmək lazımdır ki, Türkiyə zirvə görüşünün təşkilini həm məzmun, həm də təşkilati baxımdan yüksək səviyyədə həyata keçirdi.
Diqqət çəkən başqa bir məqam da var. NATO zirvə görüşü günlərində Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ABŞ senatoru Stiv Deynsi qəbul edib. ABŞ–Azərbaycan münasibətləri ilə yaxından məşğul olan senatorun bu cür səfərləri əvvəlcədən planlaşdırılır və iki ölkə arasında münasibətlərin qarşılıqlı əməkdaşlıq xətti üzrə davam etdiyini göstərir”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 İyul 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















