Icma.az
close
up
RU
Azərbaycanın oyun studiyaları üçün ilk qlobal inkubasiya proqramı keçirilir

Azərbaycanın oyun studiyaları üçün ilk qlobal inkubasiya proqramı keçirilir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 may, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla” şirkətinin tərəfdaşlığı ilə rəqəmsal oyun yaradıcıları üçün “Xsolla–IDDA Incubation Program” - inkubasiya proqramının təqdimatı baş tutub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda ilk dəfə həyata keçirilən bu proqramın məqsədi qabaqcıl beynəlxalq təcrübə və mentor dəstəyini ölkəmizə gətirməklə yüksək potensialı olan yerli oyun studiyalarının inkişafına təkan verməkdir. Üçaylıq hibrid proqramda seçim mərhələsini uğurla tamamlamış 10 oyun studiyası iştirak edəcək və proqram ərzində mükəmməl nəticə göstərən üç oyun studiyası 50, 75 və 100 min manatlıq pul mükafatı alacaq.

İnkubasiya proqramının Azərbaycan İnnovasiya Mərkəzində keçirilən təqdimat mərasimində oyun ekosisteminin təmsilçiləri, tanınmış texnologiya blogerləri, “Xsolla” şirkətinin nümayəndələri, RİNN yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan “Xsolla Founding”in əməliyyatlar üzrə rəhbəri Paraaq Amin şirkətin Azərbaycana yatırım qərarının ölkəmizdə oyun sektorunda müşahidə edilən dinamik inkişafla birbaşa əlaqəli olduğunu bildirib. “Azərbaycanda oyun tərtibatçılarının yaratdığı layihələr və onların qlobal tədbirlərdə tanınması bu ölkədəki potensialdan xəbər verir. Biz də qlobal şirkət olaraq məhz burada Qafqaz və Mərkəzi Asiya üçün regional ofisimizi açmaq qərarına gəldik”, - deyə Paraaq Amin qeyd edib.

Daha sonra İRİA-nın sədr müavini Rəşad Xalıqov çıxış edib. O, qonaqları Agentliyin innovasiya ekosisteminin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyət haqqında məlumatlandırıb. R.Xalıqov oyun sənayesi kimi kreativ sahənin ölkə iqtisadiyyatı üçün yüksək potensialı olduğunu vurğulayıb: “Oyun yaradıcılığı sadəcə bir əyləncə deyil, həm də biznes və müasir texnologiyaların kəsişdiyi sahədir. Azərbaycanda da son illərdə oyun sənayesinin inkişafında güclü dinamika müşahidə edilir, oyun studiyalarının sayı artıq 60-dan çoxdur və İRİA olaraq biz bu ekosistemi davamlı dəstəkləyirik”.

“Xsolla” şirkətinin regional icraçı direktoru Fuad Kərimov regional ofisin fəaliyyəti, xüsusilə də yaxın gələcəkdə açılması planlaşdırılan “Xsolla StarNest Academy” haqqında ətraflı məlumat verib. O bildirib ki, bu mərkəz ölkəmizdə mobil, kompüter, konsol, onlayn və digər formatlarda yerli oyun tərtibatçıları üçün təlimlər həyata keçirəcək. Bu təlimlərə aparıcı qlobal ekspertlər cəlb ediləcək.

Tədbirin növbəti hissəsində inkubasiya proqramının gedişatı, tarixlər və formatı haqqında məlumat diqqətə çatdırılıb. Seçilmiş 10 oyun studiyası layihə təqdimatlarını nümayiş etdirib və qonaqların sualları cavablandırılıb.

Qeyd edək ki, “Xsolla” qlobal oyun biznesində fəaliyyət göstərən kommersiya platformasıdır və bu sahədə 20 illik təcrübəyə sahibdir. İRİA ilə bu şirkətin əməkdaşlığı çərçivəsində yerli oyun ekosisteminin inkişafına yönəlmiş inkubasiya proqramı, “Xsolla StarNest Academy” və digər ortaq layihələr həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri