Icma.az
close
up
RU
Azərbaycanın özbək türkoloqu

Azərbaycanın özbək türkoloqu

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı məclisinin əksər fəalı kimi, o da repressiya qurbanı olub

Bir əsr əvvəl – 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay uğurlu yekunu ilə Turan sevdalı könülləri nə qədər riqqətə gətiribsə, ondan bir neçə il sonra türkoloqların repressiyaya uğradılması bir o qədər ağrı yaradaraq tarixin qara səhifələrinə çevrilib. Sanki, əvvəlcə Türk dillərinin, mədəniyyətlərinin, tarixinin öyrənilməsi amalını gerçəkləşdirmək istəyən elm adamlarına və yazıçılara geniş fəaliyyət meydanı verilib, sonradan isə onların ölümünə səbəb olan repressiya maşını işə salınıb.

İlk dəfə olaraq, Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirakı ilə təşkil olunan qurultaydan bir müddət sonra da onların fəaliyyətinə şarait yaradılıb. Amma, sən demə, bütün bunlar “düşmən” siyahısını “dəqiqliyi ilə” tərtib etmək üçünmüş. Beləliklə, müxtəlif millətləri təmsil edən türkoloqlar – Aleksandr Samoyloviç, Yevgeni Polivanov, Bəkir Çobanzadə, Əhməd Cavad, Mikayıl Müşfiq, A.Baytursunov, Marjan Jumabayev, Qasım Tınıstanov və başqaları 30-cu illərin repressiya qurbanları olublar.

Türk birliyi naminə fədakarlıqlar göstərən və buna görə də acınacaqlı taleyə düçar olan, amma onilliklər ötsə də, əziz xatirəsi ürəklərdə yaşayan qurultay iştirakçılarından biri də Bakını özünə 2-ci vətən seçmiş özbək alimi Xalid Səid Xocayevdir. Tarixçi-filoloq olan bu böyük ziyalı həm pedaqoji, həm də bədii-elmi fəaliyyəti ilə daim Böyük Turan ideologiyasına xidmət göstərib.

Azərbaycan dilçiliyinin banilərindən sayılan, Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərinin ərəbcədən dilimizə ilk tərcüməçisi Xalid Xocayev 1893-cü ildə Daşkənddən 25 kilometr aralıdakı Qoş-Kurqan qışlağında kəndli ailəsində doğulub, mədrəsədə oxuyub. Sonra Türkiyəyə, İstanbul Universitetində təhsil almağa göndərilib. Daha sonralar istintaq sənədlərində bu, “türk kəşfiyyatı iə əlaqə” faktı kimi qələmə verilib.

Güman ki, dindirilmə zamanı göstərilən təzyiqlə verdiyi ifadəsinə görə, guya, 1917-ci ildə ali təhsidən sonra 1 il də Türkiyədə qalaraq, “antisovet” fəalıiyyəti göstərib. Ardınca o və İstanbul Universitetinin bir qrup tələbəsi Nuru Paşanın Qafqaz Türk İslam Ordusu ilə birlikdə Azərbaycana göndərilib və guya, burada “Şöbeyi məhsud” adlı xüsusi hərbi polis xidmətinə təyin olunub. Lakin siyasi kəşfiyyat işçisi kimi “etimad”ı doğrultmayıb. Türk ordusu geri qayıdandan sonra Gəncədə və Bakıda yaşayıb, müəllimlik edib.

Xalid Səid Xocayev arada Daşkəndə gedib, 1 ilə qədər orada qalıb, amma “türk zabiti” kimi təqiblərlə üzləşib və doğma vətənini həmişəlik tərk edərək Azərbaycana gəlib. Ömrünün sonuna qədər Bakıda ali məktəblərdə dərs deyib. Azərbaycanlı xanımla ailə qurub və qardaş diyara ömürlük bağlanıb.

Rus alimləri Fyodor Aşnin, Vladimir Alpatov və Dmitri Nasilov müəllifi olduqları “Repressiya olunmuş türkologiya” kitabında yazırlar ki, uzun axtarışdan sonra dilçi alim Əkrəm Cəfərin vasitəsilə tapıb əlaqə saxladıqları Bəhicə Məmmədovanın (Xalid Xocayevin qızı) bildirdiyinə görə, 20-ci illərdə kı digər müttəfiq respublikalardan, o cümlədən, Özbəkistandan Bakıya oxumağa gələn gənclərə Xocayev şəxsən xocalıq edir və qardaş xalqların ziyalılarının arasında əlaqələndirici şəxs kimi önəmli işlər görürdü.

Bəhicə xanım kitab müəlliflərinə ünvanladığı məktubda yazıb: “20-ci illərdə atamın təşəbbüsü ilə özbək qız və oğlanlar böyük qruplarla Bakıya hazırlıq kurslarında oxumağa gəlirdilər. Onlar burada ilk təhsil, bəzən də ali təhsil alırdılar. Bir çoxuna atam maddi cəhətdən yardım göstərmişdi, hətta uzun müddət evimizdə yaşayanlar da olmuşdu. Həmin gənclərin arasında sonradan SSRİ Xalq artısti olacaq opera müğənnisi Həlimə Nasirova, görkəmli alim, filoloq-folklorşünas Hadi Zəripov və başqaları vardı”.

Qurultayın keçirildiyi ildə Bakıda, Azərbaycanı Tədqiq Cəmiyyəti tərəfindən ilk dəfə olaraq Xalid Səid Xocayevin müəllifliyi ilə “Osmanlı, özbək və qazax dillərinin müqayisəli qrammatikası” kitabı nəşr edilib. O, türkoloqların ali məcliinə xüsusi dəvət alanlardan olub və qurultayda özbək dilində 3 dəfə çıxış edib...

Görkəmli türkoloq 1935-ci ildə “Divanü lüğat-it türk”ü tərcümə etməyə başlayıb və 2 ilədək müddətdə tamamlayıb. Qeyd edək ki, həmin əsərin orijinalı Türkiyədə tapılmış olsa da, orada daha sonralar tərcümə olunub. Bunu həmin tərcümənin müəllifi Besim Atalay da etiraf edib.

Mərhum akademikimiz Ziya Bünyadov deyib: “Xalid Səidin ən böyük əsəri Mahmud Kaşğarinin məşhur lüğətinin tərcüməsi idi. Təəssüf ki, Xocayevin “minnətdar” şagirdləri öz müəllimlərinin əsərini elə adamlara aid edirlər ki, onlar 30-cu illərdə Mahmud Kaşğarinin varlığı barədə belə heç nə bilmirdilər. Bu zaman Xalid Səidi xoş sözlə xatırlamağı belə ona çox görürdülər”.

Qeyd edək ki, keçmiş SSRİ-də də bu əsəri ilk olaraq Xocayev türkcəyə çevirib. O, əsəri, sadəcə, tərcümə etməklə kifayətlənməyib, türkologiyanın çağdaş prinsipləri baxımından əsərin ilk izahlı, elmi tərcüməsini yaradıb. Xalid Səidə görə, kitab türk sözləri lüğəti adlansa da, onun məzmunu adının ifadə etdiyi anlayışdan daha geniş mənaları ehtiva edir, təkcə sözlərin izahı ilə kifayətlənmir, həm də türk etnoqrafiyası, morfologiya, türk dilləri arasındakı fərqlər, o dövrdə mövcud olan başqa dillər və s. barədə aydın təsəvvür yaradır...

Taleyin istehzasına baxın ki, Xalid Səid həmin tərcümənin çapını görə bilməyib. Xocayev istintaq işinə əlavə olunmuş məktubunda tərcümə işini 1937-ci ilin aprelində tamamladığını, iyulun 1-də isə elmi redaktə üçün Leninqrada, akademik Kraçkovskiyə və professor Malova göndərəcəyini yazırdı. Lakin iki gün sonra – iyunun 3-də o, həbs edildi və arzusu yarıda qaldı. Yalnız ölümündən çox sonra onun tərcümə əsəri üzə çıxarıldı. İnişil Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnistitutu “Elm və təhsil” nəşriyyatında əsərin cildlərinin çapını gerçəkləşdirdi.

Xalid Xocayev dilçiliyimizdə üslubiyyata, müqayisəli qrammatikaya, dil tarixinə dair ilk dərsliklərin müəlliflərindəndir. Sağlığında “Türk dillərinin müqayisəli qrammatikas”ı, “Müxtəlif üslubiyyat” kimi əsərləri nəşr olunub. Elmi bioqrafiyasının tam olmayan siyahısında “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi”, “Yeni əlifba yollarında əski xatirə və duyğularım”, “Müxtəsər üslubiyyat”, “Müfəssəl sintaksis”, “Üslubiyyat nəzəriyyəsi”, “Türk dilinin tarixi qrammatikası”, “Cığatay ədəbiyyatı haqqında mühazirələr”, “Türk ədəbiyyatının nəzəriyyəsi”, “Türküstan tarixinin qısa icmalı”, “İran dillərinin qrammatikası”, “Mahmud Kaşqarlı “Divan"ı mətninin izahlı, elmi tərcüməsi”, “Orxon kitabələrinin izahlı tədqiqi”, “Türk məktəbi üçün rus dili” kimi bir qismi mətbu, bir qismi isə 1937-ci ildə müsadirə olunmuş kitablar, əsərlər (və itkin əlyazmalar) var.

Xalid Səid 1937-ci ildə güllələnib, bundan düz 20 il sonra SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə onun işində cinayət tərkibinin olmaması təsbit edilib. Türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisənin – I Türkoloji Qurultayının 100 illiyi haqqında Prezident sərəncamının işığında tale yoluna bir daha nəzər saldığımız Xalid Səid Xocayevin Azərbaycan və Özbəkistan xalqları üçün ortaq elmi və mənəvi dəyər olduğu danılmazdır.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2026 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see303

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see298

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see247

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see245

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see242

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see240

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see228

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see226

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see221

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see217

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see212

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see207

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see200

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see199

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see194

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see188

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see187

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see170

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri