Azərbaycanın proaktiv sosial xidmət modeli beynəlxalq platformada təqdim olundu
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın sosial müdafiə sahəsində tətbiq olunan proaktiv xidmət təcrübəsi beynəlxalq platformada təqdim edilib.
AZXEBER.COM xəbər verir ki, Böyük Britaniyanın layihə idarəçiliyi üzrə ixtisaslaşmış "Project Controls Expo" platformasında Azərbaycanın sosial təminat sistemində tətbiq edilən proaktiv xidmət mexanizminə həsr olunmuş məqalə dərc olunub.
Məqalədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proaktiv təyinat mexanizminə keçid prosesi, bu sistemin üstünlükləri və vətəndaşlara yaratdığı imkanlar barədə ətraflı məlumat verilir.
Qeyd olunur ki, proaktiv mexanizm sayəsində pensiya, müavinət və digər sosial ödənişlər vətəndaşın müraciəti və əlavə sənəd təqdim etməsinə ehtiyac olmadan avtomatik təyin edilir.
Bildirilib ki, sistem Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi ilə 80-dən çox dövlət informasiya sistemi arasında məlumat mübadiləsi əsasında fəaliyyət göstərir. Hazırda 55 növ sosial ödəniş proaktiv qaydada təyin olunur.
Vurğulanır ki, nüfuzlu beynəlxalq platformada bu təcrübəyə yer verilməsi Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya istiqamətində əldə etdiyi uğurların beynəlxalq səviyyədə tanındığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 07 İyul 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















