Icma.az
close
up
RU
Azərbaycanın qızıl ixracında REKORD ARTIM: Son qiymətlər necədir?

Azərbaycanın qızıl ixracında REKORD ARTIM: Son qiymətlər necədir?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın qızıl ixracında artım müşahidə edilir. Bu ilin yanvar-may ayları ərzində ölkədən 121.3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 76 milyon ABŞ dolları çoxdur. Cari ilin may ayı ərzində Azərbaycandan 25.9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib. Bu isə illik müqayisədə 86.3 faiz çoxdur. Bəs bu sahədə gələcək perspektivlərimiz necədir? İxracdakı artım tempini gələcəkdə də qorumaq mümkündürmü?

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Hasilat da artır, qiymətlər də"

Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanovun sözlərinə görə, son beş il ərzində ölkəmizdə qızıl ixracı ardıcıl yüksələn xətt nümayiş etdirir və 2025-ci ilin ilk yarısında rekord səviyyəyə çatıb. Azərbaycandan ixrac olunan qızılın dəyərindəki bu artım ilk növbədə dünya bazarlarında qiymətli metalların, xüsusilə də qızılın qiymətində baş verən yüksəlişlə izah olunur: "Son iki ildə qızılın qiymətinin rekord səviyyəyə çatmasına geosiyasi qeyri-sabitlik, beynəlxalq ticarət münaqişələri, maliyyə bazarlarında qeyri-müəyyənlik, ABŞ dollarının zəifləməsi, həmçinin mərkəzi banklar və iri investorlar tərəfindən artan tələbat əsas təsir göstərən amillər olub. Nəzərəçarpacaq qiymət artımı 2025-ci ilin iyun ayının əvvəlində müşahidə olunmuş, bu dövrdə qızılın qiyməti qısa müddət ərzində 3400 ABŞ dollarına qədər yüksəlib. Sonradan bazarda müəyyən tənzimlənmə baş vermiş və hazırda qiymət 3370-3380 ABŞ dolları intervalında ticarət olunmaqdadır. Sözügedən artım ixracın ümumi dəyərinə birbaşa müsbət təsir göstərib".

Qızıl hasilatının həcmi də artır

Sədrin fikrincə, digər mühüm amillərdən biri ölkədə qızıl hasilatının həcminin də artmasıdır: "Müvafiq şirkətlər tərəfindən son illərdə həyata keçirilən texnoloji yeniliklər və genişmiqyaslı geoloji kəşfiyyat işləri nəticəsində bir neçə yeni yataq istismara verilib. Yeni ehtiyatların istismara cəlb edilməsi, eləcə də hasilat və emal proseslərinin səmərəliliyinin artırılması qızıl hasilatında artıma səbəb olub. Bu da dolayısı ilə ixracın həm həcminə, həm də ümumi dəyərinə müsbət təsir göstərib. Nəticə etibarilə, görülən tədbirlər ölkənin ümumi ixrac potensialının artmasına töhfə verib".

Dövlət tərəfindən görülən işlər

R.Əmircanov bildirdi ki, mövcud artım tempinin qorunması və davamlı inkişafının təmin edilməsi məqsədilə kompleks və məqsədyönlü tədbirlər həyata keçirilir: "Bu tədbirlər çərçivəsində ilk növbədə yeni yataqların mərhələli şəkildə istismara verilməsi, hasilat və emal proseslərinin müasir texnologiyalar əsasında optimallaşdırılması, eləcə də istehsal proseslərinin rəqəmsallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, emal müəssisələrində enerji səmərəliliyinin artırılması, yaşıl texnologiyaların tətbiqi və ekoloji standartlara uyğunlaşma istiqamətində də mühüm addımlar atılır. Sözügedən yanaşma bir tərəfdən istehsalat xərclərinin azaldılmasına, digər tərəfdən isə ixrac məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin və əlavə dəyərinin artırılmasına xidmət edir".

Müsahibimizin sözlərinə görə, dövlət səviyyəsində ixracın təşviqi məqsədilə vergi və gömrük sahəsində stimullaşdırıcı mexanizmlər tətbiq olunur. O cümlədən, əlavə dəyər vergisinin qaytarılması və ixrac prosedurlarının sadələşdirilməsi kimi alətlər ixrac prosesinin dayanıqlılığını artıran əsas vasitələrdən sayılır: "Eyni zamanda, Azərbaycanın ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə hədəf ölkələr üzrə sistemli bazar araşdırmaları aparılır, regional və beynəlxalq ticarət platformalarında fəal iştirak təmin edilir".

"Yeni bazarlara etibarlı çıxış təmin ediləcək"

R.Əmircanovun fikrincə, gələcəkdə ixrac potensialımız daha da artacaq: "Sadalanan kompleks addımlar mövcud artım tempini qorumaqla yanaşı, Azərbaycanın qızıl ixracında dayanıqlı və rəqabətədavamlı mövqeyini möhkəmləndirəcək, orta və uzun müddətdə yeni bazarlara etibarlı çıxışı təmin edəcəkdir. Gələcək mərhələdə hasilat həcminin ardıcıl şəkildə artırılması, ixracın ümumi dəyərinin yüksəldilməsi, eləcə də xammal məhsulları ilə yanaşı, zərgərlik məmulatlarının da ixrac strukturunda payının əhəmiyyətli dərəcədə artacağı nəzərdə tutulur".

"Yeni yataqların kəşfinə ehtiyac var"

İqtisadçı Emin Qəribli də düşünür ki, qızıl ixracının artması üçün bütün imkanlar mövcuddur: "Qızıl ixracının və dəyərinin artmasının müxtəlif səbəbləri var. 2023-2024-cü illərdə hasilat artdı. Xüsusən 2024-cü ilin sonunda artımı daha çox görə bildik. Yeni yataqlar kəşf olundu. Həmin yataqlardan da qızıl hasil etməyə başladılar. İkinci səbəb qiymətin artmasıdır. Son dövrlər qızılın qiymətində ciddi artımlar görürük. O səbəbdən hasilatı daha da artırdılar. Qanunvericilikdə ixracatın stimullaşdırılması üçün prosedurlar da asanlaşdırılıb".

E.Qəriblinin sözlərinə görə, hazırda imkanlar geniş olsa da, yeni yataqlar tapmağa ehtiyac var: "İxracın artması yaxşıdır. Qısamüddətli dövrdə bugünkü yataqları nəzərə alaraq ixracda artım templəri gözlənilir. Buna həm resurslarımız, həm də qiymətin stabilliyi imkan verir. Amma hər bir halda qızıl tükənən resursdur. Bu tendensiyanın davamlı olması üçün yataqlar səmərəli istifadə olunmalı, ekoloji standartlara əməl edilməlidir. Gələcəkdə yeni yataqların kəşfinə ehtiyac var. Çünki qızıl həm ixrac məhsulu, həm də ehtiyat kimi vacibdir. İşğaldan azad olunan ərazilərdə də yataqlarımız mövcuddur. Bu da o deməkdir ki, gələcəkdə hasilat daha da artacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Avqust 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri