Icma.az
close
up
RU
Azərbaycanın qlobal güclərlə tərəfdaşlığı ölkəmizin siyasi və iqtisadi çəkisini artırır Ekspert rəyi

Azərbaycanın qlobal güclərlə tərəfdaşlığı ölkəmizin siyasi və iqtisadi çəkisini artırır Ekspert rəyi

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 sentyabr, AZƏRTAC

Son illərdə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu əhəmiyyətli dərəcədə artıb, ölkəmiz yerləşdiyi böyük regionun əsas söz sahiblərindən birinə çevrilib. Bu, Prezident İlham Əliyevin uzaqgörən diplomatiyasının nəticəsidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Fikrət Yusifov bildirib.

Onun sözlərinə görə, dünyanın iki nəhəng dövləti - Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması Azərbaycanın diplomatik uğurlarının miqyasını göstərir. “Bu uğurun müəllifi Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı 20 il ərzində yüksək hərbi hazırlığa malik bir ordu qurub, torpaqlarımızı 30 illik işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin edib. Bu gün Azərbaycan nəinki böyük regionda söz sahibidir, həm də dünyada mövqeyi qəbul edilən, sözünün siyasi çəkisi olan bir dövlətə çevrilib. Bununla yalnız qürur duymaq olar”, - deyə Fikrət Yusifov vurğulayıb.

O qeyd edib ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində dünyanın aparıcı investisiya şirkətlərinin rəhbərləri ilə görüşləri ölkəmizə artan beynəlxalq marağın bariz göstəricisidir. Azərbaycan bu gün elə bir inkişaf mərhələsinə yüksəlib ki, dünyanın maliyyə mərkəzləri və nəhəng investorları ölkəmizlə əməkdaşlığa can atırlar. Nyu-Yorkda maliyyə nəhənglərinin təşəbbüsü ilə keçirilən görüşlər də bu reallığı sübut edir.

İqtisadçı-ekspert əlavə edib ki, Azərbaycanın təbii ehtiyatlarla zəngin olması, enerji resursları, Şərqlə Qərbi birləşdirən qlobal nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi, son iki onillikdə həyata keçirilən quruculuq işləri və iqtisadiyyatın real sektorunda əldə edilən nailiyyətlər ölkəmizi regionun ən cəlbedici investisiya məkanına çevirib. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik və investisiyaların toxunulmazlığının dövlət səviyyəsində qanunla qorunması bu marağı daha da artırır. Artıq yüzlərlə xarici şirkət ölkəmizdə uğurla fəaliyyət göstərir.

Fikrət Yusifovun fikrincə, Prezident İlham Əliyevin böyük şirkətlərin rəhbərləri ilə keçirdiyi hər bir görüş Azərbaycana yeni kapital axınını təmin edən mühüm platforma rolunu oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri