Icma.az
close
up
RU
Azərbaycanın qlobal təşəbbüsləri Türk dünyasının inkişafına xidmət edir Kamaləddin Qafarov

Azərbaycanın qlobal təşəbbüsləri Türk dünyasının inkişafına xidmət edir Kamaləddin Qafarov

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Türk dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Keçən ilin iyul ayında Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də Türk dünyasının daha da güclənməsi istiqamətində atılmış növbəti mühüm addım olub".

Bu sözləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində bu il may ayının 21-də isə Təşkilatın ikinci qeyri-rəsmi Zirvə görüşü keçirilib: "Diqqətəlayiq haldır ki, Macarıstan Türk Dövlətləri Təşkilatında yalnız müşahidəçi qismində iştirak edir. Bununla belə, rəsmi Budapeşt bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməklə bir daha özünün müstəqil xarici siyasət yürütdüyünü və tarixi köklərinə sadiqliyini təsdiqləmiş oldu. Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə önəmlidir. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Təbii ki, Azərbaycan üzv olduğu bütün digər beynəlxalq təşkilatlardakı kimi, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış edir. Budapeşt Sammitində etdiyi çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının növbəti rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Qeyd olundu ki, indiyədək Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur ki, bu da ümumilikdə Türk dünyasının inkişafına və inteqrasiyasına böyük töhfə olacaq. Hazırda ölkəmizin türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı getdikcə güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib". 
K.Qafarov qeyd edib ki, Azərbaycanın beynəlxalq nəqliyyat - logistika sahəsində irəli sürdüyü təşəbbüslər, iştirak etdiyi transmilli layihələr Avrasiya kimi nəhəng coğrafiyada yerləşən bir çox ölkələrin inkişafına mühüm töhfələr verir: "Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, keçən il Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 11 milyon ton təşkil edib. Azərbaycan qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradıb, müştərək müəssisələr qurulub. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb. Təbii ki, bütün bu göstəricilər təkcə Azərbaycanın deyil, bu beynəlxalq layihələrin bütün iştirakçı ölkələrinin iqtisadi inkişafına böyük töhfədir. Əminliklə demək olar ki, bu müsbət tendensiya gələcəkdə daha yüksək dinamika ilə davam edəcək". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 May 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri