Icma.az
close
up
RU
Azərbaycanın regionda artan nüfuzu Rusiya rəhbərliyini narahat edir

Azərbaycanın regionda artan nüfuzu Rusiya rəhbərliyini narahat edir

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Rusiya mətbuatı Azərbaycana qarşı açıq-aydın kampaniya aparır və bu da Rusiyanın xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Təsadüfi deyil. Dekabrın 25-ə qədər də bu proseslər müəyyən qədər gedirdi. Amma dekabrın 25-də Azərbaycan təyyarəsinin vurulmasından sonra və Azərbaycan Prezidentinin sərt açıqlamalarından sonra Rusiya mətbuatına komanda verildi və Azərbaycana qarşı olan bir yürüşə başladılar". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Akif Nağı sözlərinə belə davam edib: "Burada həm o günahı ört-basdır eləməyə çalışırlar. Azərbaycan tərəfini müəyyən mənada reallıqla barışdırmağa çalışırlar, məqsədlərindən biri bundan ibarətdir.

Digər tərəfdən isə yəni komanda verilib. Azərbaycanın regionda artan nüfuzu Rusiya rəhbərliyini narahat edir. Nə qədər xoş münasibət göstərsələr də amma Azərbaycanın onların təsiri altında olmasını istəyirlər. Azərbaycan artıq heç kəsin təsiri altında deyil və regionun lider dövlətlərindən biridir. Ona görə də bu cür kampaniya gedir. Amma Rusiyaya qarşı Stop qoymaq, qarşıdurmaya getməyə ehtiyac yoxdur. Rusiya özü də bizimlə sərt qarşıdurmaya getmir. Yəni yeri gəldikdə dövlət başçıları səviyyəsində Azərbaycana öz rəğbətlərini bildirirlər. Deyək ki mətbuatın müəyyən qismi var ki, orada Azərbaycanla bağlı xoş yazılar gedir, Rusiyanın ekspertləri var ki, Azərbaycanla bağlı obyektiv fikirlər səsləndirirlər. Hətta bu təyyarə olayı ilə bağlı da rus ekspertlərinin içərisində elələri var ki, Azərbaycanın haqlı mövqeyini müdafiə edirlər. Ona görə də bu bir oyundur, dövlətlər arasında gedir və birmənalı şəkildə ağ-qara rəngdə baxmaq bugünkü reallığa uyğun gəlmir. Ağ-qara arasında müxtəlif çalarlar var, oynamaq lazımdır. Azərbaycan da mövqeyini ortaya qoyur. Azərbaycan Prezidenti səviyyəsində Rusiyanın rəhbərliyinə iddialar, ittihamlar bildirildi. Amma o şəkildə də davam etdirilməlidir.

Azərbaycan müdafiə mövqeyində yox, hücum mövqeyində olmalıdır. Mən hesab edirəm ki, Azərbaycan mətbuatı və Rusiya başa düşməlidir ki, Azərbaycana qarşı o kampaniyasına görə onlar bumeranq effekti ilə əks cavab alacaqlar və peşman olacaqlar. Bu istiqamətdə işlər getməlidir. Bu günləri biz münasibətləri dayandıraq, sərt düşmən mövqeyinə keçək? O hesab edirəm ki, bugünkü dünya düzənində qəbul olunmur. Hətta bir-birini açıq şəkildə düşmən edən dövlətlər də müəyyən məqamlarda ortaq təmas xətləri tapırlar, ona uyğun hərəkət edirlər. Biz də o şəkildə oynamağı bacarmalıyıq və bizə qarşı kimlərsə hansısa kampaniya aparırlarsa onları peşman etməyi bacarmalıyıq. Bu istiqamətdə işlərimiz gedir. Ruslar, Rusiya mətbuatı, Rusiya rəhbərliyi də Azərbaycandan narazılığını bildirir ki, Azərbaycan onlara qarşı müəyyən təbliğat aparır, müəyyən faktlar ortaya qoyur. Qoyun onlar özlərini pis hiss eləsinlər və bu yolları bağlamaq, stop vermək o zəiflik əlaməti olardı. Döyüş gedir, mübarizə gedir. O mübarizənin qaydalarına uyğun olaraq da biz işlərimizi davam etdirməliyik və onları çətin vəziyyətə salmalıyıq. Ən azından peşman etməliyik".

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Yanvar 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri