Icma.az
close
up
RU
Azərbaycanın artan nüfuzu ASB müstəvisindəki 6 məqam

Azərbaycanın artan nüfuzu ASB müstəvisindəki 6 məqam

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ölkəmiz “köhnə qitə”nin yanaşmalarını dəyişdirir

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tiranada keçirilmiş növbəti sammitində iştirakı Azərbaycanın xarici siyasət uğurunun növbəti göstəricisidir. Bu məqamı bir neçə cəhətdən xarakterizə etmək mümkündür.  

Birincisi, ölkəmizin beynəlxalq nüfuzunun artması üzərində dayana bilərik. Bu, Azərbaycanın Avropa İttifaqı və ümumilikdə, Avropa ilə münasibətlərinin yeni mərhələyə keçdiyinin təsdiqi kimi qiymətləndirilə bilər. 

İkinci məqam Azərbaycana qarşı ədalətsiz yanaşmaların dəyişməsidir. Belə nəticəyə gələ bilərik ki, Qərbdə ölkəmizə münasibətdə yumşalma var. Təbii ki, bu, dövlətimizin prinsipiallığından qaynaqlanır. Deməli, düzgün balanslaşdırma xətti bəhrəsini verir. Daha doğrusu, yeni faydalar var. 

Üçüncü məqam Azərbaycanın strateji əhəmiyyətlilik və etibarlı tərəfdaşlıq kursu ilə bağlıdır. Bəli, ölkəmiz beynəlxalq enerji və nəqliyyat məsələlərində öz sözünü deyir. Dünya, o cümlədən “köhnə qitə” anlayır ki, Azərbaycan malik olduğu təbii-coğrafi mövqeni dividendə çevirməyi bacarır. Mövcud trayektoriyada tərəfdaşlıq dividend üçün təminatdır. Tam əminliklə deyə bilərik ki, təminatın ­formalaşmasında Prezident İlham Əliyevin şəxsi nüfuzu, liderlik keyfiyyətləri və Avropa dövlətlərinin rəhbərləri ilə yüksək səviyyəli əlaqələri, həmçinin şəxsi yaxınlığı müstəsna rol oynayır. 

Ayrıca onu bildirək ki, hazırda Azərbaycan Aİ-nin Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq siyasətinin həyata keçirilməsində də etibarlı tərəfdaşdır. Bunu sübuta yetirən cəhətlər sırasında başlıca olaraq Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana bir müddət öncəki rəsmi səfəri vurğulanmalıdır. Əlbəttə, Aİ Şurasının Prezidenti Antonio Koştanın bu ilin yanvarında Prezident İlham Əliyevə zənginin üzərində də dayanmağa ehtiyac var. 

Nəzərə alaq ki, telefon söhbəti zamanı Azərbaycan ilə Aİ arasında nəqliyyat, xüsusilə Transxəzər–Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən “yaşıl enerji” dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Aİ-yə üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin təmasların davam etdirilməsi razılaşdırılıb. Onu da nəzərə alaq ki, ASB platformasında A.Koşta cənab İlham Əliyevlə  Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə birgə görüşdü. Bu da son dərəcə maraqlı və vacib məqamdır. Sözügedən görüşün də müzakirə diapazonu özünün genişliyi ilə yadda qaldı və ölkəmizin Avropa üçün önəmi bir daha vurğulandı. 

Dördüncü məqam. Bu gün Ermənistanın beynəlxalq miqyasdakı bütün avantürist cəhdlərinin qarşısı alınıb. Ölkə artıq Aİ ilə əlaqələrdən sui-istifadə imkanlarını itirib. Halbuki, əvvəllər belə deyildi. Avropa ermənipərəstləri, öz aləmlərində, həmin əlaqələri ölkəmizin şantajı kimi götürür, rəsmi Bakıya təsir alətinə çevirməyə cəhd göstərirdilər. Dövlətimizin başçısının düzgün müəyyənləşdirilmiş, uzaqgörən siyasəti nəticəsində belə “yanaşmalar” uğursuzluğa düçar olub. Buna əminliyimiz birmənalıdır. 

Beşinci məqam bilavasitə balanslı xarici siyasət kursuna söykənir. Azərbaycan həm Şərq (xüsusilə Çin) ilə, həm də Qərb (Avropa İttifaqı) ilə münasibətlərini eyni intensivlikdə qurur və inkişaf etdirir. Buna görə də ölkəmiz “orta güc” ampluasındadır. Nəzərə alaq ki, bu amplua həm dinamiklik və çeviklik deməkdir, həm də diplomatik manevr imkanlarında genişlik.

Altıncı məqam. Bu məqam diplomatik aktivliklə bağlıdır. Məsələ ondadır ki, ASB-nin sammiti çərçivəsindəki təmaslar, o cümlədən keçirilən ikitərəfli görüşlər göstərdi ki, Azərbaycanın məzh diplomatik çevikliyi artıb. Bu isə özlüyündə ölkəmizə beynəlxalq marağın yüksələn xətt üzrə getməsi reallığını doğurur. 

Sonda ümumiləşdirmə apararaq vurğulayaq ki, ASB-nin Tiranada keçirilmiş sayca altıncı sammiti ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə prinsipial aktor mövqeyinin gücləndiyini bir daha, özü də daha dolğun şəkildə ortaya qoydu. Sübut olundu ki, bütün kənar təsir cəhdlərinə baxmayaraq, Azərbaycanın Avropa ilə əlaqələri qarşılıqlı maraq əsasında inkişaf etməkdədir və hər iki tərəfdə bundan dərin məmnunluq hissi var.

XQ-nin analitik qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2025 02:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri