Icma.az
close
up
RU
Azərbaycanın rəqəmsal gələcəyi: strateji hədəflər və yeni imkanlar

Azərbaycanın rəqəmsal gələcəyi: strateji hədəflər və yeni imkanlar

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

 Müasir dövrdə rəqəmsal texnologiyalar dövlətlərin inkişaf səviyyəsini, iqtisadi gücünü və beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən birinə çevrilib. Süni intellekt, bulud texnologiyaları və kibertəhlükəsizlik kimi istiqamətlər artıq təkcə informasiya-kommunikasiya texnologiyaları sektorunun deyil, bütövlükdə dövlət idarəçiliyinin, iqtisadiyyatın və cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvələri hesab olunur. Məhz buna görə də dünyanın aparıcı dövlətləri rəqəmsal transformasiyanı milli inkişaf strategiyalarının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirirlər. Azərbaycan da qlobal çağırışları və müasir inkişaf tendensiyalarını nəzərə alaraq rəqəmsal inkişafı dövlət siyasətinin strateji prioritetlərindən biri kimi müəyyən edib. 

Bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova səsləndirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkədə rəqəmsallaşmanın hüquqi, institusional və texnoloji əsasları formalaşdırılıb:

“Qarşıya qoyulan əsas məqsəd yalnız dövlət xidmətlərinin elektronlaşdırılması deyil, həm də idarəetmə sisteminin modernləşdirilməsi, innovasiya əsaslı iqtisadiyyatın inkişafı, insan kapitalının gücləndirilməsi və rəqəmsal texnologiyaların bütün sahələrdə geniş tətbiqinin təmin edilməsidir. Bu istiqamətdə mühüm mərhələlərdən biri 2026-cı ilin fevral ayında cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qəbul edilmiş qərarlar olub. Həmin qərarlar ölkənin rəqəmsal inkişaf strategiyasının yeni mərhələsinin əsas istiqamətlərini müəyyən etməklə yanaşı, rəqəmsal transformasiya proseslərinin vahid koordinasiya mexanizminin formalaşdırılmasına da zəmin yaradıb. Bu məqsədlə yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası dövlət qurumları arasında koordinasiyanın təmin olunması, innovativ həllərin tətbiqinin sürətləndirilməsi və strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm institusional platforma kimi çıxış edir. Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” qarşıdakı dövr üçün əsas yol xəritəsini müəyyən edir. Sənəddə dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, innovasiya ekosisteminin inkişafı, süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi və milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsi prioritet istiqamətlər kimi təsbit olunub”

Deputat vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu strateji kursun həyata keçirilməsində mühüm rol oynayır:

“Belə ki, iyunun 29-da onun sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkədə rəqəmsal transformasiya prosesinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib. İclasda Fəaliyyət Planının icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi, təhsil sisteminin rəqəmsallaşdırılması, innovasiya layihələrinin genişləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı məsələlər müzakirə olunub. Birinci vitse-prezident Mehriban xanım Əliyeva çıxışında dövlət idarəçiliyində rəqəmsallaşmanın dərinləşdirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin təmin olunması, innovasiya ekosisteminin inkişafı, investisiyaların və startap fəaliyyətinin dəstəklənməsinin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Eyni zamanda, süni intellekt sahəsində qəbul olunan bütün qərarlarda Azərbaycanın milli maraqlarının və strateji hədəflərinin əsas götürülməsinin vacibliyi xüsusi qeyd olunub”.

S.Salmanova bildirib ki, Fəaliyyət Planının icrası çərçivəsində dövlət xidmətlərinin vətəndaşlara və biznes subyektlərinə daha da yaxınlaşdırılması, vətəndaş-məmur təmasının minimuma endirilməsi, şəffaflığın və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə “mygov” və “mygov Biznes” platformalarının inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir:

“Nəzərdə tutulur ki, müxtəlif dövlət qurumlarının ayrıca fəaliyyət göstərən portal və mobil tətbiqləri mərhələli şəkildə vahid rəqəmsal ekosistemə inteqrasiya olunsun. Bu isə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, istifadəçi təcrübəsinin təkmilləşdirilməsinə və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına xidmət edəcək. Rəqəmsal transformasiya siyasətinin əsas hədəflərindən biri də hazırda elektron formada təqdim olunmayan xidmətlərin rəqəmsallaşdırılması və inzibati proseslərin optimallaşdırılmasıdır. Proaktiv dövlət xidmətlərinin tətbiqi vətəndaşların bir sıra xidmətləri dövlət qurumlarına müraciət etmədən, mövcud informasiya sistemləri əsasında avtomatik əldə etməsinə imkan yaradacaq ki, bu da dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərir”.

S.Salmanova əlavə edib ki, innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi də dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu məqsədlə hazırlanmış qanunvericilik paketi 34 qanunu, 9 Prezident fərmanını və 3 Nazirlər Kabineti qərarını əhatə etməklə ölkənin texnoloji inkişafı üçün müasir hüquqi bazanın formalaşdırılmasına xidmət edir. Həyata keçirilən islahatların əsas məqsədi Azərbaycanı texnologiya şirkətləri, innovativ biznes subyektləri və investorlar üçün regionun ən cəlbedici mərkəzlərindən birinə çevirməkdir.

Parlamentari vurğulayıb ki, süni intellekt texnologiyalarının inkişafı da dövlət siyasətinin əsas prioritetləri sırasındadır:

“Dövlət xidmətlərində süni intellekt əsaslı həllərin tətbiqi, virtual köməkçilərin istifadəyə verilməsi və innovativ layihələrin sınaqdan keçirilməsi üçün hüquqi mexanizmlərin hazırlanması istiqamətində ardıcıl işlər görülür. Bu texnologiyaların tətbiqi dövlət idarəçiliyində operativliyin artırılmasına, resurslardan daha səmərəli istifadəyə və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Eyni zamanda, rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi güclü kibertəhlükəsizlik sisteminin formalaşdırılmasını da zəruri edir. Bu məqsədlə Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, kritik informasiya infrastrukturunun qorunması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, eləcə də süni intellekt əsaslı müdafiə sistemlərinin tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Təhsil sahəsində aparılan rəqəmsal islahatlar gələcəyin insan kapitalının formalaşdırılmasına xidmət edir. “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri minlərlə gəncin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir. Elektron təhsil xidmətlərinin genişləndirilməsi, rəqəmsal sənədləşmə sistemlərinin tətbiqi və innovativ tədris metodlarının inkişafı ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir”.

Deputat sonda bildirib ki, Azərbaycan rəqəmsal inkişafı dövlət siyasətinin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirərək bu sahədə sistemli və məqsədyönlü fəaliyyət həyata keçirir:

“Möhtərəm Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursun və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən təşəbbüslərin nəticəsi olaraq ölkəmiz rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində regionun aparıcı mərkəzlərindən birinə çevrilmək istiqamətində inamla irəliləyir. Bu siyasət Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafının, iqtisadi rəqabət qabiliyyətinin və gələcək texnoloji üstünlüklərinin təmin olunmasına xidmət edir

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyul 2026 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri