Icma.az
close
up
RU
Azərbaycanın sabiq minifutbol qapıçısı: Milli komanda ilə yalnız qürur duymaq olar

Azərbaycanın sabiq minifutbol qapıçısı: Milli komanda ilə yalnız qürur duymaq olar

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 iyun, AZƏRTAC

Hər zaman milli komandanın yanında olan dövlətimizə, Azərbaycan Minifutbol Federasiyasına və azarkeşlərimizə təşəkkür edirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan minifutbol yığmasının sabiq qapıçısı Davud Kərimi Bakıda keçirilən dünya çempionatında birinci olan milli komanda barədə danışarkən deyib.

O, tarixi uğuru belə şərh edib: “Slovakiyanın Koşitse şəhərində 2022-ci ildə keçirilən Avropa çempionatını qazandıqdan sonra bizə diqqət artdı. Artıq hər kəs bizim yeni uğurlar qazanacağımıza inanırdı. Yadımdadır, həmin turnirdə azərbaycanlı azarkeşlərin sayı az idi. Lakin Bakıda təşkil edilən mundialda isə fantastik atmosferin şahidi olduq. Milli komandamıza gəlincə, Bəhreynlə ilk matçda heç-heçə etdik. Lakin mən demişdim ki, bu cür turnirdə ilk görüşlər həyacanlı olur. Yığmanın heyətində xüsusi olaraq kimisə fərqləndirmək istəməzdim. Elşad Quliyevin şans verdiyi bütün oyunçular meydanda sonadək vuruşdular. Döyüşkən ruhlu yığma görmək adamı çox xoşbəxt edir. Onlarla yalnız qürur duymaq lazımdır. Bu idman növü ölkəmizdə ildən-ilə inkişaf edir”.

D.Kərimi turnirin keçirildiyi Milli Gimnastika Arenasında olan təşkilatçılığın ideal səviyyədə olduğunu vurğulayıb: “Mən də matçları tribunadan izləyirdim. Azarkeşlərimiz inanılmaz atmosfer yaratmışdılar. Hər kəsə bir daha təşəkkür edirəm”.

Xatırladaq ki, Azərbaycan millisi finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri