Icma.az
close
up
RU
Azərbaycanın ŞƏT çərçivəsində yüksələn rolu: Tiencin Bəyannaməsi və yeni strateji imkanlar

Azərbaycanın ŞƏT çərçivəsində yüksələn rolu: Tiencin Bəyannaməsi və yeni strateji imkanlar

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın beynəlxalq siyasətində yeni mərhələ formalaşır. Regionda və dünyada baş verən geosiyasi dəyişikliklər fonunda ölkəmiz həm çoxtərəfli platformalarda, həm də ikitərəfli münasibətlərdə fəallığını artıraraq, strateji tərəfdaşlıqlarını daha da dərinləşdirir.

Bu kontekstdə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə qurduğu əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. İqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrini əhatə edən bu əməkdaşlıq formatı Azərbaycanın həm regional lider, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

Xüsusilə Tiencin Bəyannaməsinin qəbul olunması, Azərbaycanın müdafiə etdiyi beynəlxalq hüquqa əsaslanan prinsiplərin bir daha təsdiqlənməsi ilə yanaşı, ölkəmizin regional əməkdaşlıq platformalarındakı rolunu da ön plana çıxarır. Bu sənəd Azərbaycanın strateji layihələrini dəstəkləmək, iqtisadi və nəqliyyat-logistika imkanlarını genişləndirmək üçün yeni perspektivlər açır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə fəal və dinamik əməkdaşlıq formatı quraraq, bu münasibətləri qarşılıqlı maraqlar və strateji tərəfdaşlıq əsasında inkişaf etdirir. Bu əməkdaşlıq çərçivəsində ölkəmiz təkcə regional deyil, qlobal səviyyədə də sülhə, sabitliyə və davamlı inkişafa töhfə verməyə çalışır. İclasda qəbul edilən strateji sənədlər paketi, xüsusilə də Tiencin Bəyannaməsi, artan geosiyasi qeyri-sabitlik fonunda beynəlxalq münasibətlər üçün yeni və ədalətli qaydaların formalaşmasına xidmət edir:

"Tiencin Bəyannaməsinin əsas müddəaları dövlətlərin suverenliyinə hörmət, daxili işlərə qarışmamaq və gücdən istifadə etməmək prinsiplərinə əsaslanır. Bu prinsiplər Azərbaycanın xarici siyasət kursu ilə tam uzlaşır. Xüsusilə dövlətlərin daxili işlərinə qarışmamaq mövqeyi Rəsmi Bakının beynəlxalq münasibətlərdə daim müdafiə etdiyi əsas prinsiplərdən biridir. Azərbaycan bu yanaşmanı həm ikitərəfli əlaqələrdə, həm də beynəlxalq platformalarda ardıcıl şəkildə tətbiq edir. Eyni zamanda, güc tətbiqindən çəkinmək prinsipi də ölkəmizin mövqeyi ilə üst-üstə düşür. Azərbaycan hərbi gücdən yalnız beynəlxalq hüquqa uyğun olaraq suverenliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə istifadə etdiyini dəfələrlə bəyan edib. Bu baxımdan, ŞƏT-in qəbul etdiyi sənədlərdə Azərbaycanın mövqeyi ilə paralelliklər açıq şəkildə nəzərə çarpır".

Onun sözlərinə görə, Tiencin Bəyannaməsində nəqliyyat, enerji və iqtisadi əməkdaşlıqla bağlı müddəalar ölkəmiz üçün yeni imkanlar açır. Xüsusilə Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələrin inkişafı Azərbaycanın geosiyasi və iqtisadi əhəmiyyətini daha da artıracaq. ŞƏT İnkişaf Bankının yaradılması isə Azərbaycanın iri infrastruktur layihələrinə yeni maliyyə imkanları təqdim edə bilər. Bu bank vasitəsilə nəqliyyat-logistika, enerji, kommunikasiya və rəqəmsal infrastruktur sahələrində həyata keçirilən layihələr üçün güzəştli kreditlər və texniki dəstək əldə etmək mümkündür. Transxəzər dəhlizi üzrə logistika və gömrük sistemlərinin rəqəmsallaşdırılması, yükdaşıma prosedurlarının sadələşdirilməsi, tranzit müddətlərinin azaldılması və təhlükəsizliyin gücləndirilməsi kimi addımlar regionun iqtisadi inteqrasiyasına xidmət edə bilər:

Azər Allahverənov: Tiencin Bəyannaməsində nəqliyyat, enerji və iqtisadi əməkdaşlıqla bağlı müddəalar ölkəmiz üçün yeni imkanlar açır

"Azərbaycanın regional və qlobal nəqliyyat-logistika mərkəzinə çevrilməsi baxımından “Bir kəmər, bir yol” təşəbbüsü və Transxəzər marşrutu xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın coğrafi mövqeyi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi ilə unikal imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və digər infrastruktur layihələri ölkəmizi bölgənin əsas yükdaşıma mərkəzinə çevirir. Bu proses qeyri-neft sektorunun, xüsusilə logistika və xidmət sahələrinin inkişafına mühüm təkan verir və Azərbaycanın geosiyasi çəkisini artırır. Ölkəmiz artıq yalnız enerji ixracatçısı deyil, həm də regionları birləşdirən strateji ticarət körpüsü kimi tanınır".

Müsahibimizin fikrincə, ŞƏT Sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş sülh gündəliyinə yeni dinamika gətirdi. Bu dialoq Azərbaycanın post-münaqişə dövründə irəli sürdüyü realist və beynəlxalq hüquqa əsaslanan mövqeyin davamlı olduğunu göstərdi. Görüş, eyni zamanda, beynəlxalq vasitəçilər olmadan iki ölkənin birbaşa təmaslar quraraq danışıqlar aparması baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın qalib tərəf kimi dialoqa açıq mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır və ölkəmizin sülhə sadiqliyini nümayiş etdirir. Bu proses regionda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və etimad mühitinin yaradılması üçün yeni imkanlar açır:

"Sammit çərçivəsində Azərbaycan-Pakistan münasibətlərinə dair verilən mesajlar da xüsusi önəm daşıyır. Qardaşlıq və etimad üzərində qurulan strateji əməkdaşlıq Cənubi Qafqazdan Cənubi Asiyaya uzanan yeni geosiyasi xətt formalaşdırır. Pakistanın Azərbaycanın ədalətli mövqeyinə hər zaman dəstəyi və Azərbaycanın da İslamabadı müxtəlif beynəlxalq məsələlərdə müdafiə etməsi bu münasibətlərin dərinliyini göstərir. Bu strateji yaxınlıq beynəlxalq təşkilatlarda birgə mövqe sərgiləməyə və regionda balanslaşdırılmış güc münasibətlərinin formalaşmasına xidmət edir".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Sentyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri