Azərbaycanın sığortapensiya sistemi Londonda maraqla qarşılanıb AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 11 dekabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Londonda səfərdə olub.
Bu barədə AZƏRTAC-a Fondun mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində DSMF-nin sədr müavini Zəka Mirzəyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Əmək və Pensiyalar Departamentinin (ƏPD) Beynəlxalq Əlaqələr Mərkəzinin nümayəndələri ilə görüşüb. Görüşdə son illərdə Azərbaycanda sosial sığorta və sosial təminat sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Azərbaycanda tətbiq edilən innovativ yanaşmalar, sığorta-pensiya sistemi, əhalinin sosial təminatı sahəsində qarşıya qoyulan prioritet hədəflər, eləcə də elektron infrastruktur vasitəsilə göstərilən proaktiv xidmətlər xüsusilə böyük maraqla qarşılanıb.
İnteraktiv təcrübə mübadiləsi çərçivəsində hər iki ölkənin sosial təminat sistemlərinin fərqli xüsusiyyətlərinə dair suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran mövzularda fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 11 Dekabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















