Icma.az
close
up
RU
Azərbaycanın siyasi və iqtisadi mövqelərinə qarşı çıxanlar anlamalıdırlar ki, onların cəhdləri nəticəsizdir

Azərbaycanın siyasi və iqtisadi mövqelərinə qarşı çıxanlar anlamalıdırlar ki, onların cəhdləri nəticəsizdir

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması məsələsi, həqiqətən də, bu gün Amerikanın Cənubi Qafqazla bağlı, ümumilikdə isə Rusiya ilə əlaqəli mövqelərini zəiflətmək və Cənubi Qafqazı tamamilə Rusiyanın təsir dairəsindən çıxarmaq məqsədinə xidmət edən bir saziş olduğunu hesab edirəm. Çünki bilirsiniz ki, Rusiya uzun müddət Cənubi Qafqazda Ermənistan vasitəsilə müəyyən siyasi düşüncələrini və maraqlarını həyata keçirirdi.
Biz də bilirik ki, artıq uzun müddətdir Amerika Birləşmiş Ştatları Ermənistanı dəstəkləyir və bu dəstək, digər vasitələrlə yanaşı, Amerikanın diktəsi və maraqları ilə, Ermənistanın Rusiyanın təsir dairəsindən tamamilə çıxarılması və Cənubi Qafqazda siyasi və iqtisadi maraqların təmin olunması üçün münbit şərait yaradılmasına xidmət edir.
Bu xartiyanı oxuyanda aydın görünür ki, bu sənəd Ermənistanın çəkisinə uyğun olmayan, həddindən artıq geniş bir sənəddir. Bundan əlavə, burada həm İranla, həm də İranın Ermənistanla yaxınlaşması prosesi və görüşləri də əks olunub. Təbii ki, bu, Azərbaycanın maraqlarına qarşı qıcıq yaratmaq üçün atılan addımlar idi. O dövrdə, bilirsiniz ki, İranla aramızda münasibətlərin gərginləşməsi fonunda səfirliyimizə terror aktı törədildi və bunun ardınca konsulluğun açılması məsələsi gündəmə gəldi.
Münasibətlərin normallaşması məsələsi qısa müddətə hesablanmış, lakin geniş və uzunmüddətli perspektivi olmayan siyasi addımlar idi. Bütün bunlar, əslində, dövlətlərarası münasibətlərə xələl gətirmək məqsədilə atılan proseslərdir və bu da ölkələrin idarəetmə sistemindən asılıdır. Biz bir daha gördük ki, o dövrdə İranın idarəetmə sistemi o qədər də mükəmməl deyildi. Çünki bilirsiniz ki, tarixi köklərimizin bir-birinə bağlı olması və keçmişdən gələn adət-ənənə, dəyərlər sistemi ilə ciddi bağlılıq mövcuddur. Bu bağlılıqlar mütləq idarəetmə sistemində nəzərə alınmalı idi. Təəssüf ki, həmin dövrdə İran bu səhv addımları atdı.
Amerikanın belə bir xartiyanı imzalaması isə təbii ki, Ermənistanın maraqlarına uyğun deyil. Xartiyanın birinci maddəsində Ermənistan demokratik ölkə kimi təqdim olunur. Halbuki Ermənistanın idarəetmə sistemi hər zaman terrorçuluq ənənələrinə sadiq qalan bir sistem olub. Buna görə də bu cür sənədlərin Ermənistanın çəkisinə uyğun gəlmədiyi aydındır.Amerika ilə Ermənistan arasında xartiyanın imzalanmasından sonra bu, dünya siyasətinə təsir edəcək bir xartiya deyil. Çünki Ermənistan, ümumiyyətlə, dünya miqyasında o qədər də ciddi ölkə kimi qəbul olunmur. Sadəcə olaraq, maşa rolunu oynayan, maraqlarını böyük güclərin gündəlik və uzağa hesablanmayan mənafeləri üçün təmin edən bir vasitədir.
Düşünürəm ki, bu xartiyanı bu şəkildə qələmə vermək və müzakirə obyektinə çevirmək siyasətçilər üçün o qədər də uğurlu deyil. Amma təbii ki, hadisələrin real olaraq qiymətləndirilməsi prosesi olmalıdır və biz də bunu bu formada dəyərləndiririk. Təəssüf ki, bu gün bəzi şəxslər, xüsusən də Azərbaycana qarşı qərəzli və düşmən mövqedə dayanan müəyyən qüvvələrin təsiri altına düşmüş insanlar, bu məsələni elə təqdim edirlər ki, sanki Ermənistan və Amerika arasında bağlanmış müqavilə Azərbaycanın uğursuzluğu kimi görünür.
Onlar belə təsəvvür yaradırlar ki, guya Azərbaycan bu müqaviləyə görə geridə qalıb və bunu dövlətin xarici siyasətində uğursuzluq kimi qələmə verirlər. Lakin bu, yanlış və əsassız cəhdlərdir, çünki bu xartiyanın heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz yaratdığı regionda önəmli rol oynayır və bu rol bütün dünyada qəbul edilir. Təbii ki, dünyadakı mövcud münasibətlərdə gərginliklər var və Azərbaycan da dünyanın bir parçası olaraq bu gərginliklərdən təsirlənir.
Gərginliyin səbəbləri bizə tam aydındır, amma bəzi şəxslər bu məsələləri yanlış şəkildə spekulyasiya edərək, Azərbaycanın maraqlarına qarşı çıxırlar. Bu, bizim üçün yenilik deyil və biz bu cür yanaşmaları çox görmüşük.
Belə şəxslər elə düşünürlər ki, bu hərəkətləri ilə Azərbaycanın siyasi maraqlarına zərbə vururlar. Lakin onlar anlamırlar ki, Azərbaycan artıq sarsılmaz bir qala, güclü bir dövlətdir. Bu qalanı uzaqdan təsirlərlə zəiflətmək mümkün deyil. Biz daim dövlətimizin bu sarsılmaz və qüdrətli qalmasını arzulayırıq.
Sevinməyənlər və fəxr etməyənlər isə öz siyasi mövqelərini ortaya qoyurlar. Bununla yanaşı, cəmiyyətdə bəzən müxtəlif mövzularda yanlış müzakirələr aparılır. Cinayət törədənlər, istər dövlət məmuru, istərsə də adi vətəndaş olsun, ədalət qarşısında cavab verməlidir. Dövlət büdcəsinə vurulan zərərə görə təqsirkarların məsuliyyətə cəlb olunması və vurulmuş ziyanın ödənilməsi normal bir haldır.Amma bir də xarici qüvvələrin təsiri ilə dövlətə xəyanət edən şəxslər var ki, onların cəzası daha ağır olmalıdır. Bu, bağışlanmazdır və cəmiyyət bu məsələləri bir-birinə qarışdırmamalıdır. Ədalətsizlik və haqsızlıq hər yerdə ola bilər, amma ümumilikdə bu cür yanaşma doğru deyil. Dövlətin xüsusi hüquq-mühafizə orqanları var və cinayət törədənlər qanun çərçivəsində cəzalandırılmalıdır.
Azərbaycanın siyasi və iqtisadi mövqelərinə qarşı çıxanlar anlamalıdırlar ki, onların cəhdləri nəticəsizdir. Dövlətimizə qarşı çıxanlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər.
Ona görə də belə bir sənədin bir çox məsələləri əhatə etməsinə baxmayaraq, imzalanmış bu xartiya Ermənistanın çəkisinə heç uyğun gəlmir. Burada Azərbaycanla bağlı məsələlərin də yer aldığı, münasibətlərin normallaşması, delimitasiya məsələsinin dəstəklənməsi, həmçinin ABŞ-ın Almatı Bəyannaməsinə istinad etməsi kimi məqamlar mövcuddur. Bütün bunlar təbii ki, qeyd etdiyim kimi, regionda indiyə qədər marağı olan ölkələrin həmin maraqlarını tamamilə itirməsi məqsədinə xidmət edir.
Bu məsələlərdə əsas məqsəd bizim üçün xüsusi əhəmiyyət kəsb edən ərazi bütövlüyümüzün və milli maraqlarımızın inkişafıdır. Bunun üçün diplomatik addımlarımızı doğru və dəqiq hesablayaraq, bu proseslərdə imzalanmış xartiyadan irəli gələn maddələrin həyata keçirilməsi ilə bağlı tərəflər arasında münasibətlərdə ölkəmizin maraqlarını müdafiə etməliyik.
Bir çox mübahisəli və geniş şəkildə əhatəli bu xartiyanın imzalanması təbii ki, Ermənistanın bu standartlara uyğun olmayan bir ölkə olduğunu açıq şəkildə göstərir. Hər kəsə məlumdur ki, Ermənistan bu kriteriyalara cavab vermir. Ona görə də belə bir vaxtda bu cür xartiyanın imzalanması, hesab edirəm ki, əsasən, regiondakı maraqların qorunması və təmin edilməsi məqsədinə yönəlib. Digər ölkələrin isə indiyə qədər regiondakı maraqlarını təmin etməyə çalışan təsir imkanlarının tamamilə məhdudlaşdırılması və onların təsir gücünün sıfıra endirilməsi üçün atılmış bir addımdır.
Bildiyiniz kimi, İran və ABŞ arasındakı münasibətlər uzun illərdir problemli olub. Hillari Klintonun dövründə bu məsələnin həlli ilə bağlı bir layihə ortaya qoyulmuşdu, lakin həmin layihə yarımçıq qaldı. O dövrdə Suriya məsələsi də gündəmdə idi. İndi isə Suriya məsələsi müəyyən qədər həll olunub və bu prosesin davamı olaraq həmin korporativ maraqlar mövcuddur. İmperialist güclər öz yarımçıq qalmış siyasi yol xəritələrini davam etdirmək üçün bu cür siyasi addımlara ehtiyac duyurlar.
Bu xartiyanın imzalanması, digər ölkələrə münasibətin təzahürüdür. Biz öz siyasətimizdən əl çəkməmişik. Əksinə, daha da dərinə gedəcəyik və bu dərinləşmədə nəzərdə tutulan ölkələrə çox incə və diplomatik formada cavab vermək üçün addımlarımızı davam etdirəcəyik.
Burada müdafiə və təhlükəsizlik məsələləri də yer alır. Ermənistanın demokratik düşüncə dünyasında, sivil cəmiyyət toplumunda, insanlıq meyarına əsaslanan dəyərlər sistemində yeri yoxdur. Çünki Ermənistan heç bir dəyərlər sisteminə uyğun olmayan, vandallıq və terrorçuluqla seçilən bir ölkə olub.
Bu cür ifadələr açıq şəkildə göstərir ki, bu, hansısa siyasi istəyin və iqtisadi maraqların təmin olunması üçün imzalanmış bir sənəddir. Əslində, bu, gözlənilən bir vəziyyət idi. Amerikanın Ermənistanı müdafiə etməsi, ona yardım göstərməsi gözlənilirdi.
Son zamanlar ölkə başçısının bu məsələlərə diplomatik formada aydınlıq gətirməsi, bu məsələlərin öncədən planlaşdırılmasını və ortaya qoyulmasını sübut etdi. Bu, bizim üçün o qədər də təəccüblü və əhəmiyyətli deyil. Çünki biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. 44 günlük müharibədən sonra yeni reallıqlara uyğun olaraq, bu məsələlər öz həllini tapır.
Təbii ki, biz də istəyirik ki, regiona xarici güclərin müdaxilə imkanları tam məhdudlaşdırılsın və biz qonşuluq siyasətimizi davamlı inkişaf və dayanıqlı sülh naminə düzgün istiqamətdə davam etdirək. Hesab edirəm ki, kimlərin səmimi şəkildə töhfə vermək imkanı varsa, bu töhfələrdən istifadə etmək lazımdır.
Lakin bu gün bəzi ölkələr öz maraqlarına sığınaraq müəyyən addımlar atırlar. Buna baxmayaraq, ölkəmizin çox mütərəqqi bir ideoloji xətti var. Bizim ölkəmizin öz yanaşması var və biz həmin yanaşma ilə siyasətimizi davam etdirəcəyik. İranla bağlı cavabı isə İran özü verəcək. Onların o dövrdə Ermənistanla əvvəlki münasibətlərini necə analiz edəcəkləri gələcəkdə bəlli olacaq.
Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Yanvar 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri