Icma.az
close
up
RU
Azərbaycanın Somali ilə əməkdaşlığı Afrikada genişlənən əlaqələr ŞƏRH

Azərbaycanın Somali ilə əməkdaşlığı Afrikada genişlənən əlaqələr ŞƏRH

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçmiş SSRİ Afrikadakı dövlətlərə bərabər səviyyədə baxmamağı təbliğ etmişdi. Əsrlərlə Avropa ölkələrinin bu qitəyə qul bazarı kimi baxması da ona fərqli münasibətin formalaşmasına səbəb olmuşdu. Bu qitəni avropalı müstəmləkəçilərin işğalı isə onlara münasibətdə irqi ayrı-seçkilik yaradıb. İnsanlığa zidd bu yanaşma indi cinayət sayılır.

Osmanlı İmperiyası isə bu qitədə daim dostluq, qardaşlıq, əməkdaşlıq kimi xoş münasibətləri təbliğ edib. Quldarlığa qarşı olub.

Sovetlərdən sonra tarix və müstəqillik Afrikaya yeni baxışa səbəb olub. Bu qitənin zəngin maddi, mənəvi irsi onu yenidən dünya dövlətləri üçün cazibədar edib. İndi Afrika qarşılıqlı fayda naminə Azərbaycan üçün də sərfəli tərəfdaş sayılır.

Qitə ölkələri ilə Azərbaycanın tarixi bağları var. Sultan Bəybarsın hakimiyyəti illərində Qaraqoyunlularla Məmlüklərin əlaqə və münasibətlərini yada salmaq olar. Qaraqoyunlu Baharlı, Ağqoyunlu Bayandurlu sonra isə Səfəvi dövləti ilə münasibət qurulmuş, tərəflər arasında əlaqələr yaranmışdı. Anadoludakı tayfa ittifaqları ilə normal münasibət saxlayan Məmlük sultanı Ağqoyunlulara da dəstək verirdi.

Bu günlərdə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin Misirin paytaxtı Qahirədə türk dilində əlyazmasının aşkarlanmasına dair xəbər yayılıb. Bu, bütün hallarda Afrika ölkəsi ilə tarixi mədəni əlaqələrə örnək sayıla bilər.

Keniya və Uqandada türklərin tarixi izləri, varlığı var. XIX əsrin sonlarından Hindistanın Qucarat bölgəsində çoxlu sayda Osmanlı türk ailəsi həmin ölkələrə köçürülüb. Çalışqanlıqları nəticəsində onlar orada varlanıb, yeni həyat qurublar. Ötən əsrin ortalarında müstəmləkəçiliyə qarşı mübarizə nəticəsində onlar həmin ölkələrdən Avropaya köçürülüb.

Afrika ölkələrinin Türk dünyası ilə də bağları var. 2024-cü il noyabrın 6-da Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının Bişkekdə XI Zirvə görüşündə qurumla Afrika İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair qərar qəbul edilib. Təşkilatlar arasında birgə zirvə toplantısının çağırılması istiqamətində də fəaliyyət göstərilməsi üçün uyğun tədbirlərin görülməsi üzrə tapşırıqlar verilib.

Bu, Türk dünyası ilə Afrika arasında əməkdaşlığın güclənməsi və genişlənməsi istiqamətində mühüm addım sayıla bilər. Belə bir addım TDT-nin beynəlxalq təşkilatla əlaqələr baxımından əhəmiyyətlidir.

Afrika İttifaqı 2002-ci il iyulun 9-da yaradılıb. Quruma qitənin 55 ölkəsi daxildir. 2011-ci ilin yanvarında Azərbaycana İttifaqda müşahidəçi statusu verilib.

Əlcəzair, Anqola, Konqo Demokratik Respublikası, Misir, Zambiya, Kamerun, Konqo Respublikası, Kot-d'İvuar, Liviya, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali, Sudan, Tunis, Efiopiya, Cənubi Afrika Respublikası kimi ölkələr bu ittifaqın üzvləridir.

Neokolonialistlər qitədə itirdikləri mövqelərini bərpa etməyə cəhd göstərirlər.

Afrika Osmanlı dövlətinin nümunəsində türklərdən elə ciddi ziyan görməyib. Odur ki, keçmiş, tarixi əməkdaşlığın bərpası hər iki tərəfə faydalı olar. Tərəflər arasında tarixi ticarət yolu olub. Müasir dövrdə onu karbohidrogen yataqlarının birgə istismarı, onların nəqli və quru yolla yük daşımaları istiqamətində inkişaf etdirmək mümkündür.

Bundan başqa, TDT ilə Afrika İttifaqına üzv dövlətlər arasında ortaq dini, mədəni yaxınlığını da xatırlamaq olar.

Rəsmi Bakının İttifaqa üzv ölkələrlə əməkdaşlıq etməsi həm də təşkilatın XI zirvə toplantısının qəbul etdiyi qərarın icrası istiqamətində atılan addımdır.

Azərbaycanın Misir, Mərakeş, Əlcəzair, Sudan, Efiopiya, Tunis, Mozambik, Nigeriya və başqaları ilə ənənəvi əlaqələri var. Keçmiş sovetlər dövründə müstəmləkədən azad edilmiş ölkələrlə Azərbaycanın əlaqələri olub. Həmin dövrdə qitənin bir sıra ölkələrinin gəncləri Bakıda müxtəlif ali məktəblərdə təhsil alırdı.

Bu günlərdə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycanda rəsmi səfərdə olub. O, Prezident İlham Əliyevlə ikitərəfli münasibət və əlaqələrin inkişafına dair görüş keçirib.

Tərəflər arasında bir sıra sənədlər - “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Prezident İlham Əliyev və həmkarı Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan lideri bəyanatında Somali ilə təhsil, müdafiə sənayesi, kənd təsərrüfatı, sərmayə, dövlət xidmətləri sahələrində əməkdaşlıq edəcəklərinə dair məsələləri müzakirə apardıqlarını vurğulayıb: “Biz BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir”.

Hasan Şeyx Mahmud səfərin sadəcə diplomatik əməkdaşlıq olmadığını bildirərək deyib: “Bu, həqiqətən, iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür. Bu gün biz əsasən tərəflər arasında daha sıx əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bildirdik”.

Hasan Şeyx Mahmud bildirib ki, Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə də ticarət və logistika sahələrində qapı kimi baxa bilər: “Somalinin Hind okeanında və Qırmızı dənizdə strateji olaraq yerləşməsi ölkələrimiz üçün iqtisadi faydaların paylaşıla və araşdırıla biləcəyi qiymətli strateji ərazidir”.

Prezidentlərin mətbuat üçün açıqlamalarından da göründüyü kimi, Azərbaycanla Somali arasında əlaqələrin inkişafı ikitərəfli münasibətləri genişləndirməklə yanaşı, TDT ilə Afrika İttifaqı arasında əməkdaşlığa təkan verəcək.

Hasan Şeyx Mahmud

Somalidə ən böyük hərbi bazası olan dövlətlərdən biri Türkiyədir. Türkiyə Hərbi Dəniz Qüvvələri ölkələr arasında imzalanan müdafiə və iqtisadi əməkdaşlıq müqaviləsi çərçivəsində on il müddətində Somalinin qurudakı sularını qoruyacaq. Ötən il bu barədə müdafiə paktı imzalanıb. Bu sənəd Somali hökumətinə öz suverenliyini müdafiə etmək səylərini əhəmiyyətli dərəcədə gücləndirəcəyinə imkan verir.

Azərbaycan və Türkiyənin Afrika İttifaqı ölkələri, o cümlədən Somali ilə əməkdaşlığı TDT-nin prinsiplərinə, Şuşa Bəyannaməsindəki “Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar” müddəasına uyğundur.

Somali ilə əməkdaşlıq etməklə Azərbaycan Afrika ölkələri bazarları ilə əməkdaşlığı da genişləndirmək imkanı əldə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri