Icma.az
close
up
RU
Azərbaycanın sülh modelinin təntənəsi

Azərbaycanın sülh modelinin təntənəsi

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri bu gün ölkə və dünya mətbuatında geniş şərh edilir. İki ölkə liderlərinin qarşılıqlı səfərləri davamlılığı ilə diqqətdədir. Belə ki, ötən il Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə üç dəfə səfər etdi. Qarşılıqlı əməkdaşlıq çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ötən ilin sentyabrında ölkəmizdə rəsmi səfərdə oldu. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Cənab İlham Əliyevin fevralın 2-də reallaşdırdığı səfər çərçivəsində keçirilən görüşlərdə gündəmə gətirilən məsələlərlə bağlı ümumi mövqenin ortaya qoyulması, əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsi və potensial imkanların təqdimatı, imzalanan sənədlər əlaqələrin gələcək inkişafından xəbər verdi. Azərbaycan və BƏƏ arasında energetika sahəsində tərəfdaşlıq prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin ötən ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri zamanı imzalanmış “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” ikitərəfli iqtisadi münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Cənab İlham Əliyevin budəfəki səfəri zamanı da bir sıra mühüm sənədlər imzalandı. Azərbaycan və BƏƏ Prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd, həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu imzalandı. Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə bir daha vurğulandı ki, Azərbaycan-BƏƏ ikitərəfli əlaqələri strateji tərəfdaşlığa əsaslanır, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafı məmnunluq doğurur. Səfər zamanı Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında “Sülh Qalxanı-2026” birgə əməliyyat-taktiki təlimi keçirildi. Təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır. Atılan bu kimi addımlar əməkdaşlığı daha da möhkəmləndirir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin səfəri mühüm məqamları ilə diqqətdədir: “Cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə də görüşü oldu. Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışladılar. Etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi bildirildi, TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsi müzakirə edildi. Tarixi sülh razılaşması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin təqdimatıdır. Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunması və inkişaf etdirilməsi əsas çağırışlar sırasındadır. Azərbaycanın tarixi Zəfərimizdən dərhal sonra Ermənistana sülh təklifi regionda dayanıqlı inkişafa, sülhə və təhlükəsizliyə böyük önəm verməsinin göstəricisi kimi dəyərləndirilir. Azərbaycan sülhə nail olmaq üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdi və bunu Ermənistandan da tələb etdi. Nəhayət, Azərbaycan lazım olan nəticəyə ötən ilin avqustunda nail oldu. Bir daha təsdiqləndi ki, sülhə aparan yol çətin və mürəkkəb olsa da, ardıcıl siyasi iradə, güclü və məsuliyyətli liderlik və beynəlxalq həmrəylik əsasında real nəticələr əldə etmək mümkündür”.Malik Həsənov bildirib ki, Azərbaycanın dünyaya təqdim etdiyi sülh modeli Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində geniş müzakirə edildi: “Dövlətimizin başçısı İlham Əliyevin bu mükafata layiq görülməsi diplomatiya tariximizdə mühüm hadisələrdən biri kimi dəyərləndirilir. Cənab İlham Əliyev mükafatın təqdimolunma mərasimindəki çıxışında bildirdi ki, Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir. Dövlətimizin başçısı belə bir çağırışı etdi ki, bu sülh təkcə iki ölkə deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. O da qeyd edildi ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəlindi və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirildi”.Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü qorumasını, bunun nəticəsində 30 illik işğala son qoyulmasını şərtləndirdi: “Azərbaycan hər zaman sülhə, əməkdaşlığa, həmrəyliyə çağırışları ilə diqqətdədir. Dayanıqlı inkişafın təmin edilməsində sülh vacibdir. Bu fikirlər “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində videomüraciətlərdə də öz əksini tapdı. Bildirildi ki, qarşılıqlı anlaşmanı təşviq etmək və uzunmüddətli sülhə nail olmaq üçün davamlı dialoq vacibdir. Müqəddəs Papa XIV Leonun və Əl-Əzhər Şərifin şeyxi Əhməd Əl-Tayyibin xeyir-duaları ilə fəaliyyət göstərən müstəqil Zayed Beynəlxalq Mükafatının rəhbərliyi tərəfindən qaliblərin seçilməsi beynəlxalq səviyyədə yüksək etirafın göstəricisidir. Bu, sülhə və insan ləyaqətinə xidmət edən işlərin dərin bəşəri dəyərini təsdiqləyir. Çağırışlarda bu məqam da xüsusi vurğulandı ki, bu gün dəyişkən dünyada məsuliyyətli liderlərə, sarsılmaz siyasi iradəyə və problemlərin dialoq vasitəsilə həllinə böyük ehtiyac duyulur. Hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə bu tərzdə qəbul edilən qərarlar dövlətlər və xalqlar arasında sabitlik bünövrəsini və güclü etimad yarada bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Fevral 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri