Icma.az
close
up
RU
Azərbaycanın tarixi, coğrafiyası və milliyəti

Azərbaycanın tarixi, coğrafiyası və milliyəti

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abbasəli Əhmədoğlu
[email protected]

Rusiya çarlığıyla Qacar imperatorluğu arasında 1813-də bağlanan Gülüstan, 1828-də isə Türkmənçay bağlaşmalarının sonucu Azrbaycanın parçalanması oldu. Bu parçalanma yalnız coğrafiya ayrılığı dəġildi, bu ayrılıq bir millətin neçə yerə ayrılması idi. Bu siyasətin stratejisi (strategiyası) Azərbaycanın Türk millətini zaman içərisində gücdən salıb aradan aparmaq ya da ən azı Türk kimliġini dəġişdirib başqalaşdırmaq idi. Bu ayrılıqdan sonra bu torpağın ayrılmış bölmələrinə başqa adlar verib dünyaya İran, Rusiya, Gürcistan, İraq kimi tanıtdırdılar. Sonra da bir parçasının yerli əhalisini ev-obalarından sürgün edib çöllərə saldıqdan sonra Ermənistan adlı yeni bir ölkə yaratdılar. Ondan sonrakı işləri tarixi toponimləri dəġişdirib yad toponimlər yaratmaq idi. Ama ən böyük sorun parçalanmış torpaqlarda yaşayan xalqın milli kimliġini və uyqarlığını dəġişmək idi. Bu plan üçün onlar Azərbaycan millətini ana dildə eġitimdən (təhsildən) məhrum edib ən təməl insan haqlarını belə ayaqları altına saldılar. O vaxtdakı siyasi güclərin Azərbaycan millətinə etdiġi zülmdən öncə Azərbaycanın varlığı tarixi coğrafiya baxımından araşdırılıb meydana qoyularsa, o zülmün nə qədər qansoranlıqcasınalığı aydın ola bilər. Ona görə bu məqalədə yazar Azərbaycanın tarixi coğrafiyası ilə milliyyət kimliġini əldə olan ən qədim əlyazmalar və tarixi mətnlərdən tutmuş 19-ncu yüzilliġin başlanqıcındakı tarixi-coğrafi sənədləri bir araya gətirmək’lə Azərbaycanın tarix boyu necə bütöv bir ölkə, bir millət olduğunu görsətməġə (göstərməyə) çalışacaq.

Tarix boyu uzun zamanlar Azərbaycan adıyla tanınmış ölkə XX-nci yüzillikdən bəri başqa adlar’la, o cümlədən Rus Azərbaycanı, SSRİ Azərbaycanı, İran, SSRİ, İraq Türkmənləri, Azəri kimi qondarma kimliklər’lə tanıtdırılmağa başladı. Türk ulusunun böyük bir parçasını öz türk kimliġindən sıyırıb başqa qondarma kimliklər vermək böyük Oğuz eli ilə Türk xalqını aradan aparmaq stratejisinin bir parçasıydı. Bu siyasətin Azərbaycan ulusuna vurduğu ən böyük, ən acı zərbə 1813-dəki Gülüstan ilə 1828-dəki Türkmənçay bağlaşmaları oldu. Bu başğlaşmaların son yolqası (hədəfi) yalnız coğrafi ayrılıq dəġildi. Təməl yolqası Azərbaycan Türk ulusunu öz milli kimliġindən ayrı salıb özgələşdirmək, manqurtlaşdırmaq və sümürgəçilərin siyasətlərinin uğrunda çalışan qullara çevirmək idi. Bu gün bu ayrılmış torpaqlarda yaşayan Azərbaycan Türklərinin yeni nəsli ana dildə təhsildən məhrum olduqlarına görə bir azı başqa dillərdə danışıb öz doğma kimliklərindən xəbərsiz böyüsələr də, damarlarında Türk qanı daşıyırlar. Onları öz gərçək kimlik, tarix, ədəbiyyat, hünər (incəsənət), uyqarlıq (mədəniyyət)ləri ilə tanış etdirib uluscul (milli) kimliklərini qaytarmaq qələm əhlinin insanlıq borcu dır. Bu nədən’lə, günümüzdə tarixi sənədlər kimi işlənən tarixi mətnləri araşdırıb Azərbaycanın tarixi coğrafiyası ilə uluscul kimliġini oxuculara çatdırmaq üçün bu qələm əldəki məqaləni təqdim edir.

Azərbaycan adına işarə edən ən əski mətnlərdən biri 656-661 illərində xilafət edən İslamın dördüncü xəlifəsi, Hz. Məhəmmədin əmoğlusu və kürəkəni, Əli ibni Əbitalibin Nəhjülbəlağə kitabı dır. Ən adlım məktublarının birində ərəbicə “و من کتاب لهُ علیهِ السلام الی الاشعث بن قیس و هو عامل آذربٰیجان”[1] ünvanlanmış məktub o vaxt Xəlifə tərəfindən Azərbaycanın valisi təyin olunmuş Qeys ibni Əşəsə yazılmış məktubda Hz. Əli əslində bütün tarix boyu valilərə hökümət dərsi verir. Bu məqalədə önəmli olan bu məktubun tarixi və ünvanı dır. İslam dövlətinin rəsmi sərəncamı (hökmü) olaraq Azərbaycanın valisinə yazılmış bu məktubun yazılma tarixi 1366 il bundan qabağa qayıdır. İslam Azərbaycana yayılmaqdan sonra da Azərbaycanın coğrafi bütövlüġü özünə olan sınırlarıyla birlikdə rəsmiyyətə tanınması gün kimi bir gərçək olduğu bu məktubda özünü aydıncasına görsədir. Baxmayaraq, İslam xilafətinin siyasi-dini quruluşu ilə təyin olunmuş bir vali ilə idarə olunurdu.

İkinci ən əski kitab yüksək rütbəli bir fars məmuru və coğrafiyaçısının yazıdığı bir coğrafiya kitabı dır. Yazarı Abbasilər xəlifəliġi vaxtında yaşayan Əbilqasım Übeydullah ibni Abdullah ibni Xurdadbeh (820/825-913) dir. 870 hüdudunda ibni Xurdadbeh “əl-Məsalik vəl-Məmalik” kitabını yazır, 885-də isə ikinci dəfə bu kitab yayılır. İbni Xurdadbeh kitabında Abbasilər xilafətində birləşdirilən ayrı-ayrı xalqlar’la əyalətlərdən yazır. Xəritələri ilə birlikdə kitab həm də Güney Asiyanın Brahmaputra, Andaman adaları, Malaziya ilə Cavaya qədər uzanan torpaqların, xalqların, mədəniyyətlərindən yazır. Tanq Çin, Birləşmiş Sila (Korea) və Yaponiyanı da öz kitabında gətirib. O habelə Vikinqlərin günçıxana yönəlmış alverindən yazan ilk müsəlman yazarlardan biri dir: “Qara dəniz ilə Xəzərdə Rus adlanan alverçilər mallarını dəvələr ilə Bağdadacan gətirirlər.”

İbni Xurdadbeh hər xalq öz şahını necə adlandırdığını yazaraq 224 miladi ilində Sasanilər emperatorluğunu quran Ərdəşir I-in (180–242) şah kimi təsdiq etdiġi şahların adını yazır. Ərdəşirin təsdiq etdiġi Azərbaycan şahlarının adı bunlar dır: “Azərbazqan şah/آذرباذگان شاه”, “Allan şah/آللان شاه”, “Baraşkan şah/باراشکان شاه”, “Hidivan şah/هیندیوان شاه”, “Kaplan (Qaflan) şah/کاپلان شاه” və “Şiran şah/شیران شاه”.[2] Sasanilərin təsdiq etdiġi Azərbaycan şahlarının Sasanilərdən də qabaq dövrlərdə olan varlığı Azərbaycanın İslamdan qabaqkı dövrdə bağımsız bir ölkə olduğunun tarixi sənədi dir.

Sonra ibni Xurdadbeh Azərbaycanın bəzi adlım şəhərlərindən ad aparır: Təbriz, Ərdəbil, Urmiyə, Zənqan, Xoy, Marağa, Salmas, Mərənd, Vərziqan, Beyləqan, Şirvan, Bərdə, Qəbələ, Naxçıvan, Bəz və Dərbənd. Eyni halda Tiflis, Xalat, Erciş kimi bəzi şəhərləri də erməni şəhəri kimi görsədir (göstərir).

Üçüncü ən əski mətnlərdən biri də 839-da Təbəristan, Amol şəhərində dünyaya gəlmiş, 923-də Bağdadda dünyasını dəġişmiş Əbu Cəfər Məhəmməd ibn-i Cərir ət-Təbəri, Qurana yorum (təfsir) və qədim İslam tarixini yazan böyük İslam düşünəri dir. Onun yazdıqları yalnız bunlar dəġil. Eyni halda dünya tarixi, şer, sözlük, dil qaydaları, əxlaqiyyat, riyaziyyat, və tibb əsərləri də yazmış bir bilgə dir. Ən adlım əsəri “Təfsir ət-Təbəri” bir də “Tarix ət-Təbəri” adıyla tanılan “Peyğəmbərlər ilə şahlar tarixi” kitabları dır. O 2260 səfhəlik “Tarix ət-Təbəri” kitabında İslam ordusunun Azərbaycanı tutması tarixini belə yazır:

“Deyir: Nəim ikinci dəfə Həmədanı alıb Vac Rud tərəfindən Rey şəhərinə gedəndə (İslamın birinci xəlifəsi) Ömər Ona məktub yazıb Azərbaycanı almaq üçün Səmmak ibn-i Xərəşəni Bükeyr ibn-i Abdullanın köməġinə yollasın. O Reyin qapılarını açanacan bu işi gecikdirir , sonra Səmmak Azərbaycana yola düşür. Səmmak ibn-i Xərəşə ilə Ətəbə-t ibn-i Fərqəd ərəblərin varlılarından idilər və Kufəyə varlı gəlmişdilər. Bükeyri yola saldıqdan sonra Cormizanda Vac Ruddan gəlmiş Fərruxzadın oğlu İsfəndiyar ilə yolları kəsişir. Bu onun Azərbaycanda birinci savaşı idi. Onlar savaşdılar, Allah İsfəndiyarın ordusunu enik saldı, Bükeyr də İsfəndiyarı əsir tutdu. İsfəndiyar ona dedi: “Barışmağımı daha çox istəyirsən, yoxsa savaşmağı?” Bükeyr isə “Barışmağı” dedi. İsfəndiyar isə dedi: “Məni yanında saxla. Mən Azərbaycan xalqının tərəfindən səninlə barışmasam, xalq dağ-daşa düşüb Qıbıc və ya Rum dağlarına doğru gedəcək. Qalası olan da qalasında qalacaq.” Bükeyr İsfəndiyarı yanında saxladı, o da qalalardan başqa ölkə təslim olanacan əsir qaldı.”

Ondan sonra Səmmak Dərbəndə doğru yola düşüb aldığı yerləri Ömərin buyuruğu ilə Ətəbəyə tapşırır. Bu arada Bəhrəm gəlib Ətəbənin yolunu kəsir. Ətəbə onu enir. Bəhram isə qaçaq düşür. Bəhramın enilmə xəbəri Bükeyrin əlində əsir olan İsfəndiyara çatır. İsfəndiyar “Artıq barış olar, savaş dayanar” deyib Bükeyr ilə barışır. Ondan sonra Azərbaycan toxtayır. Bükeyr ilə Ətəbə Azərbaycandan aldıqları qənimətlərin beşdə birini bir məktub’la birlikdə ömərə yollayırlar. Beləlik’lə də Azərbaycan Hicrətin on səkkizinci ilində İslam ordusunun əlinə keçir.

İbn-i Xəldun da yuxarıdakı tarixi eyni biçimdə ət-Təbirinin əsərindən alıb öz kitabında gətirir. 27 May, 1332-də Tunisdə anadan olmuş İbn-i Xəldun sosioloji və tarix biliklərində İslam tarixinin ən önəmli kişilərindən biri sayılır. Uyqarlığı (mədəniyyəti) anlatmaqda ən çox payı olan parlaq ulduzlardan biri dir. İbn-i Xəldun Topal Teymur ilə də görüşüb dərbarına çağırılır. Oradan qayıtdıqda yenidən Misrdə olduğu məqamına, dərbar Qadısı (Hakimi) vəzif-əsinə dönür. Qahirədə yetmiş dörd yaşında, Mart 17, 1406-da, dünyasını dəġişən İbn-i Xəldun Bab ən-Nəsr qəbristanlığında torpağa tapşırılıb.

Başqa ən əski mətnlərdən biri də fars şairi Firdovsinin (940-1019/1025) Şahnaməsi dir. İran şahlarının başqa ölkələrə qoşun çəkməsini nəzmə çəkərək İranın qədim şahlarından biri Xosrov Pərvizin Azərbaycana qoşun yürütməsinin dastanını yazır. Bu dastan farsıca belə adlanır: “لشکرکشی خسرو بسوی آذر آبادگان”[8]. Bu əski mətn öncəki mətnlərdə olan gərçəġi (həqiqəti) təsdiqləyir. Xosrov Pərviz İranın İslamdan qabaqkı şahıydı. Onun Azərbaycan adlı başqa bir ölkəyə qoşun yürütməsi Azərbaycan ölkəsinin İslamdan qabaq var olduğunu təsdiqləyən başqa bir sənəd dir.

Azərbaycan ölkəsinin adı, varlığı öncədən təsdiqlənib’sə, sınırları necə aydın edilə bilər? Cavabı ən əski səfərnamə və coğrafiya kitablarından birini yazan Əbu İshaq İbrahim ibni Məhəmməd əl-Farsi əl-İstəxri yazıb. 10-ncu yüzillikdə, Abbasilər dövründə yaşayan bu coğrafiyaçı çoxlu müsəlman ölkələrini gəzib ərəb dilində çox dəġərli bir kitab yazıbdır. Onun “Kitabu əl-Məsalik vəl-Məmalik”, (Məmlkətlər və Yollar Kitabı) adlanan əsəri tanıdığı dünya, Xilafət deyimində “Savad”, avropa ölkələri deyimində “Persia” adlanan coğrafiya ilə qonşuluqda olan ölkələrin xəritəsi ilə birlikdə tərif edici bir mətn ilə o ölkələrin coğrafiyansına görə bilgi verir. Xəlilinin İslami Hünər (Sənət) Toplusunda 1306-7-nci illərdə qələmə alınmış bir əlyazması saxlanır. Bu əlyazmanın bəzi yerləri yoxa çıxsa da çoxlu xəritələri var. Bu məqalənin qaynağı isə Hollandiyanın Laydın bilyurdunda (universitetində) saxlanılan əlyazmanın internetdə yayılmış pdf nüsxəsi dir.

Bu dəġərli kitabda əl-İstəxrinin çəkdiġi xəritəyə görə Azərbaycan günbatandan Rum ilə İraq, Güneydən Xuzistan’la Fars, günçıxandan Deyləm, Təbəristan, Kuhistan, Kirman, Xorasan və Sicistan, quzeydən’sə Əllan və başqa ölkələr’lə qonşu dır. Əl-İstəxrinin “Ərməniyyə, Ərran və Azərbaycan xəritəsi/صوره ارمنیه الران و آذربیجان” adlandırdığı xəritənin üzərində Azərbaycanın bəzi adlım şəhərləri, çayları, dağlarının adı var.

(ardı var)

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:822
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Yanvar 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see242

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see241

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see220

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see215

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see215

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see213

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see212

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see205

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see192

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see186

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see185

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see183

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see183

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see183

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see179

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see178

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see178

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see173

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see167

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri