Icma.az
close
up
RU
Azərbaycanın təcrübəsi BMT platformasında praktiki nümunə kimi təqdim oluna bilər ŞƏRH

Azərbaycanın təcrübəsi BMT platformasında praktiki nümunə kimi təqdim oluna bilər ŞƏRH

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanın BMT-nin Əhali və İnkişaf Komissiyası (CPD) və Sosial İnkişaf Komissiyasına (CSocD) üzv seçilməsi bir neçə strateji ölçüdə qiymətləndirilməlidir. İlk növbədə bu fakt ölkənin beynəlxalq sistemdə sosial-iqtisadi gündəlik üzrə qərarların hazırlanmasında iştirakçıdan müşahidəçi statusuna yox, formalaşdırıcı aktor statusuna yaxınlaşdığını göstərir”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, sözügedən komissiyalar ECOSOC-un funksional orqanları olaraq BMT-nin sosial siyasət arxitekturasının intellektual və normativ bazasını müəyyənləşdirir:
“Bu üzvlük Azərbaycana qlobal sosial siyasətin əsas istiqamətləri – demoqrafik proseslər, miqrasiya axınları, inklüziv inkişaf, sosial bərabərlik və dayanıqlı sosial institutların qurulması mövzularında mövqeyini sistemli şəkildə ifadə etmək imkanı yaradır. Xüsusilə post-münaqişə dövründə bərpa, reinteqrasiya, məcburi köçkünlərin sosial adaptasiyası kimi sahələrdə Azərbaycanın təcrübəsi BMT platformasında praktiki nümunə kimi təqdim oluna bilər. Bu isə humanitar və sosial diplomatiya baxımından ölkənin əlini gücləndirir. Xarici siyasət müstəvisində bu təmsilçilik Azərbaycanın “təhlükəsizlik mərkəzli” imicini “insan mərkəzli inkişaf” diskursu ilə tamamlayır”. 
O qeyd edib ki, bu balans ölkəyə Qlobal Cənub ölkələri, eləcə də sosial gündəliyə həssas yanaşan beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq imkanları açır:
“Azərbaycanın regional təşəbbüslərini qlobal çərçivəyə daşımaq və normativ sənədlərə dolayısı təsir göstərmək potensialı artır. Digər mühüm məqam beynəlxalq etimad faktorudur. Sosial inkişaf və əhali siyasəti sahələri siyasi manipulyasiyaya açıq mövzular hesab olunur və bu strukturlara seçilmək üzv dövlətin idarəçilik, hesabatlılıq və institusional dayanıqlıq göstəricilərinin qəbul edildiyini göstərir. Bu isə Azərbaycanın beynəlxalq təşkilatlar daxilində mövqelərinin möhkəmlənməsinə, gələcək seçkilərdə və təşəbbüslərdə daha rahat dəstək toplamasına şərait yaradır. CPD və CSocD üzvlüyü Azərbaycanın xarici siyasətində yeni xətt deyil, mövcud kursun daha dərin və institusional mərhələyə keçididir. Bu platformalar ölkəyə həm milli prioritetlərini qlobal gündəliklə uzlaşdırmaq, həm də beynəlxalq sosial siyasətin formalaşmasında aktiv iştirak etməklə uzunmüddətli diplomatik təsir imkanlarını genişləndirmək fürsəti verir”.
Leyla Turan 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Dekabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri