Icma.az
close
up
RU
Azərbaycanın təcrübəsi nadir hallarda müşahidə olunan bir model təqdim edir

Azərbaycanın təcrübəsi nadir hallarda müşahidə olunan bir model təqdim edir

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"XIII Qlobal Bakı Forumu çərçivəsində İlham Əliyev tərəfindən səsləndirilən fikirlər qlobal sistemin transformasiya mərhələsində olduğu bir dövrdə təhlükəsizlik, suverenlik və beynəlxalq münasibətlər sisteminin gələcək istiqamətlərinə dair mühüm analitik baxış bucağı təqdim edir. Bu çıxış yalnız regional reallıqların təsviri deyil, həm də müasir beynəlxalq siyasətin əsas meyillərinin və dövlətlərin davranış modelinin konseptual şərhidir".

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, Prezidentin çıxışında vurğulanan əsas istiqamətlərdən biri qlobal sistemdə təhlükəsizlik amilinin yenidən əsas prioritetə çevrilməsidir:

"Müasir dünyada baş verən münaqişələr, yeni gərginlik ocaqlarının yaranması və beynəlxalq hüquq normalarının selektiv tətbiqi dövlətlərin təhlükəsizlik məsələlərinə yanaşmasını köklü şəkildə dəyişdirib. Əgər əvvəlki dövrlərdə iqtisadi inkişaf, qlobal inteqrasiya və beynəlxalq əməkdaşlıq əsas prioritet kimi təqdim edilirdisə, hazırkı mərhələdə bu proseslərin hamısı birbaşa təhlükəsizlik mühitindən asılı vəziyyətə düşüb.
Bu baxımdan, Azərbaycan nümunəsi təhlükəsizlik və suverenliyin dövlət inkişafının fundamental şərti olduğunu göstərir. Uzun illər ərzində ərazi bütövlüyünün pozulması və işğal faktı ilə üzləşən ölkə üçün təhlükəsizlik məsələsi yalnız siyasi prioritet deyil, həm də dövlətçilik strategiyasının əsas komponentinə çevrilmişdi.
Azərbaycanın təcrübəsi müasir beynəlxalq münasibətlər sistemində nadir hallarda müşahidə olunan bir model təqdim edir. Bu modeldə hərbi-siyasi vasitələr və diplomatik mexanizmlər bir-birini tamamlayan mərhələlər kimi çıxış edir.

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq hüququn tanıdığı özünümüdafiə prinsipinin praktiki tətbiqi kimi qiymətləndirilə bilər. Uzun müddət ərzində həll olunmayan münaqişə və nəticəsiz qalan diplomatik proseslər göstərdi ki, beynəlxalq hüququn təmin olunmadığı hallarda dövlətlər öz təhlükəsizliklərini təmin etmək üçün digər vasitələrə müraciət etmək məcburiyyətində qalırlar.

Bu xüsusda Azərbaycan əvvəlcə hərbi-siyasi mərhələni həyata keçirərək ərazi bütövlüyünü bərpa etmiş, daha sonra isə münaqişənin siyasi həlli və sülh prosesini təmin etmişdir. Bu yanaşma münaqişələrin həlli praktikasında yeni bir modelin, ədalətə əsaslanan sülh konsepsiyasını ortaya qoyur".

Deputatın sözlərinə görə, Azərbaycanın təcrübəsində diqqət çəkən digər mühüm məqam sülhün yalnız siyasi sənədlərlə deyil, real siyasi davranış və praktik addımlarla möhkəmləndirilməsidir:

"Ermənistanla münasibətlərin normallaşdırılması, sərhəddə sabitliyin təmin edilməsi və iqtisadi əlaqələrin bərpası bu prosesin konkret nəticələri kimi çıxış edir.

Bu yanaşma sülhün formal sənədlərdən daha çox praktik əməkdaşlıq mexanizmləri üzərində qurulduğunu göstərir. Müasir beynəlxalq münasibətlərdə bir çox münaqişələr kağız üzərində əldə olunmuş razılaşmalara baxmayaraq davam edir. Azərbaycan isə faktiki olaraq münaqişədən sülh mərhələsinə keçidin mümkünlüyünü nümayiş etdirən real nəticələrə nail olub.

Uzun illər ərzində münaqişənin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupu faktiki nəticə əldə edə bilməmiş və bu proses münaqişənin dondurulması ilə nəticələnmişdi.

Bu təcrübə göstərir ki, bəzi hallarda beynəlxalq vasitəçilik institutları münaqişənin həlli deyil, onun idarə olunması və status-kvonun qorunması funksiyasını yerinə yetirir. Azərbaycan və Ermənistan arasında ikitərəfli formatda aparılan danışıqların daha qısa müddətdə nəticə verməsi isə münaqişələrin həllində birbaşa dialoq modelinin daha effektiv ola biləcəyini göstərir.

Çıxışda xüsusi diqqət yetirilən məsələlərdən biri də enerji təhlükəsizliyinin qlobal təhlükəsizlik sistemində artan roludur. Enerji resurslarının təchizatı yalnız iqtisadi deyil, həm də siyasi sabitlik faktoruna çevrilib.

Azərbaycan bu sahədə həm enerji istehsalçısı, həm də etibarlı tərəfdaş kimi çıxış edir. Neft və qaz ixracının genişlənməsi, yeni bazarlara çıxış və enerji infrastrukturunun inkişafı ölkənin beynəlxalq enerji təhlükəsizliyində rolunu gücləndirir. Bu kontekstdə Azərbaycanın OPEC+ formatında məsuliyyətli mövqe tutması və enerji bazarında sabitliyin qorunmasına yönəlmiş siyasəti qlobal iqtisadi sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.
Qlobal iqtisadi sistemdə nəqliyyat və logistika marşrutlarının əhəmiyyəti son illərdə daha da artıb. Münaqişələr və geosiyasi gərginliklər ənənəvi tədarük zəncirlərini pozduğu üçün alternativ nəqliyyat dəhlizlərinə ehtiyac yaranır".

Azər Kərimli vurğulayıb ki, Azərbaycanın Şərqlə Qərb və Şimalla Cənub arasında yerləşməsi ölkəni regional nəqliyyat qovşağına çevirib:

Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi layihələri bu baxımdan qlobal ticarət marşrutlarının diversifikasiyası üçün strateji əhəmiyyət kəsb edir.

Ermənistanla münasibətlərin normallaşması fonunda yeni nəqliyyat istiqamətlərinin açılması regionda iqtisadi inteqrasiyanın genişlənməsi üçün yeni imkanlar yaradır. Bu proses təkcə Azərbaycan üçün deyil, bütövlükdə region ölkələri üçün qarşılıqlı faydalı əməkdaşlıq modelinin formalaşmasına xidmət edir.

Prezident İlham Əliyevin çıxışı qlobal siyasətdə formalaşan yeni reallıqları əks etdirir. Müasir beynəlxalq sistem daha çox güc balansı, enerji təhlükəsizliyi və regional əməkdaşlıq mexanizmləri üzərində qurulur.

Azərbaycanın təcrübəsi göstərir ki, milli maraqlara əsaslanan ardıcıl siyasət, güclü siyasi iradə və strateji planlaşdırma münaqişələrin həlli və regional sabitliyin təmin olunmasında həlledici rol oynaya bilər. Bu model həm təhlükəsizlik, həm də inkişaf məsələlərində balanslı yanaşmanın mümkünlüyünü nümayiş etdirir və qlobal transformasiya dövründə dövlətlərin davranış strategiyası üçün mühüm analitik nümunə kimi qiymətləndirilə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2026 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see372

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see336

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see284

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see272

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see267

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see256

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see253

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see251

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see245

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see241

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see230

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see223

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see208

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see190

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see189

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see183

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see183

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see181

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri