Icma.az
close
up
RU
Keniyada Azərbaycanın dövlət idarəçiliyi təcrübəsi təqdim olunub

Keniyada Azərbaycanın dövlət idarəçiliyi təcrübəsi təqdim olunub

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nayrobi şəhərində Keniyanın Dövlət Qulluğunun Gücləndirilməsi üzrə Hökumət Məktəbinin 100 illik ildönümünə həsr olunmuş tədbir keçirilib.

525.az-a Azərbaycanın Keniyadakı səfirliyindən bildirilib ki, səfir Sultan Hacıyev tədbirin “İqtisadi rifah və konstruktiv əməkdaşlıq üzrə yüksək siyasət dialoqu” adlı panel müzakirələrində çıxış edib.

Çin, İtaliya və Fransanın səfirlərinin qatıldığı müzakirələrdə səfir Sultan Hacıyev Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələləri barədə danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış ictimai-siyasi və sosial-iqtisadi bünövrənin tərkibi olan dövlət idarəçilik sistemi ölkənin hərtərəfli inkişafına yol açıb. Müstəqilliyin ilk illərində xarici yardımlardan asılı olan, ərazisinin 20 faizi işğala məruz qalmış Azərbaycan mütərəqqi idarəçilik sayəsində bu gün regionda sülhə və sabitliyə töhfə verən, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, habelə beynəlxalq inkişafa yardım göstərən donor dövlətə çevrilib.

Diplomat, həmçinin Azərbaycanda təhsil mühitinin modernləşdirilməsi, dövlət qulluqçularının hazırlığı, əhalinin peşə qabiliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən mütərəqqi həllər barədə məlumat verib.

Qeyd edək ki, Keniyanın Dövlət Qulluğunun Gücləndirilməsi üzrə Hökumət Məktəbi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq imkanlarını fəal şəkildə araşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyul 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri