Azərbaycanın təməlinin qoyulduğu tarixi gün FOTOLAR
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının qərargahında “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Daha sonra mövzu ilə bağlı geniş məruzələr dinlənilib. Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil–Muğan Regional Mədəniyyət idarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon Kürkəndi kənd ərazi partiya təşkilatının sədri Gülsurə İbadova və YAP fəalı Mirnizami Ağayev çıxış ediblər. Natiqlər öz çıxışlarında Ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə müstəqil dövlətçiliyimizin möhkəm təməlinin qoyulduğunu, dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkəmizin böyük inkişaf yolu keçdiyini vurğulayıblar.
Sonda xatirə şəkli çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 14 İyul 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















