Icma.az
close
up
RU
“Azərbaycanın türk dövlətlərinin yaxınlaşması üçün göstərdiyi səylər müstəsnadır” Qüdrət Həsənquliyev

“Azərbaycanın türk dövlətlərinin yaxınlaşması üçün göstərdiyi səylər müstəsnadır” Qüdrət Həsənquliyev

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən zirvə toplantısı barədə fikirlərinizi öyrənmək istərdik.

- Azərbaycanın türk dövlətlərinin yaxınlaşması üçün göstərdiyi səylər müstəsnadır və qürurvericidir. Biz, böyük türk ailəsinin bir üzvüyük. Türk Dövlətləri Təşkilatı (TDT) regional təhlükəsizliyə, əməkdaşlığa, ən başlıcası üzv dövlətlərin insanlarının rifahına ciddi töhfə verə bilər. Ona görə Azərbaycan çalışır ki, ölkələr daha sıx inteqrasiya olunsun, mədəni, humanitar əlaqələr genişlənsin. Qardaşlıq əlaqələri güclənəcəksə, türk xalqları bir-birinə daha möhkəm tellərlə bağlanacaq. Bizi yalnız qan yaddaşı birləşdirməyəcək. İlk növbədə Anadolu türkcəsi ortaq türk dili kimi bütün ölkələrdə geniş tədris olunmalıdır. Gələcək nəsillərin ünsiyyət problemi olmamalıdır. Niyə Anadolu türkcəsi, çünki bu dildə daha çox insan danışır. Türkiyə bunun üçün daha çox vəsait xərcləməli və səy göstərməlidir. Ümumi bazar yaradılması istiqamətində ilkin addımlar atılmalıdır. Son məqsəd 10 il ərzində Avropa Birliyi modelində İttifaqın yaradılması olmalıdır. Bu istiqamətdə ilk addımı Azərbaycan və Türkiyə ata bilər.

- TDT+ formatında əməkdaşlığa hansı ölkələr qoşula bilər?

- Gürcüstan, Ermənistan, Rusiya, İran, Pakistan Türk Dövlətləri Təşkilatı Macarıstan kimi təşkilatın işində yaxından iştirak etsə bu, nəinki regional, hətta qlobal təhlükəsizliyə, iqtisadi inkişafa böyük xidmət etmiş olar. Bütün dövlətlərarası təşkilatlar insanların təhlükəsizliyinə, onların maddi və mənəvi tələbatının ödənilməsinə, rifahına, iqtisadi əlaqələrin inkişafı isə tərəfdaş ölkələrin iqtisadiyyatının liberallaşmasına, biznes mühitinin yaxşılaşmasına xidmət etməlidir. Qeyd etdiyim dövlətlər arasında sərhədlər götürülməli, insanların, kapitalın, malların sərbəst dövriyyəsi təmin olunmalıdır. Bu istiqamətdə cəsarətli qərarların qəbulu günümüzün sifarişidir. Türk xalqları müttəfiqləri ilə birlikdə daha güclü olmalı, daha yaxşı yaşamalıdır. Bu sahədə özünün ciddi problemlərinin olmasına baxmayaraq, daha çox inkişaf etmiş Türkiyə digər türk dövlətlərinə hüquqi dövlət, azad bazar iqtisadiyyatı quruculuğu istiqamətində kömək etməlidir. Bunun üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində beynəlxalq müqavilələr imzalanmalı, nəzarət mexanizmləri yaradılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Oktyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri