Icma.az
close
up
RU
Azərbaycanın U 17 millisinin UEFA İnkişaf turnirindəki hədəfləri açıqlanıb

Azərbaycanın U 17 millisinin UEFA İnkişaf turnirindəki hədəfləri açıqlanıb

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin UEFA İnkişaf turnirindəki hədəfləri bəlli olub

"Report" xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə açıqlama verən U-17-nin baş məşqçisi İlham Yadullayev B qrupunda Rusiya, İran və Qazaxıstan yığmaları ilə keçiriləcək matçlara yaxşı hazırlaşdıqlarını deyib:

“İlk görüşümüz Rusiya seçməsinə qarşı olacaq. Rəqibin oynunu təhlil etmişik. Ümumiyyətlə, rəqiblərimiz yaxşı komandalardır və turnirin səviyyəsi yüksəkdir. Məqsədimiz komanda şəkilində maksimum dərəcədə uğurlu çıxış etməkdir. Heyətə cəlb olunan yeni oyuçuları sınamaq istəyirik. Rusiya ilə matçın ertəsi günü İran kollektivi ilə üz-üzə gələcəyik. Qısa müddətdə ardıcıl görüşlərə çıxmaq çətinlik yarada bilər. Ancaq ümumilikdə belə qarşılaşmalar futbolçularımız üçün böyük təcrübədir.

İnkişaf Kuboku martda baş tutacaq Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinin oyunlarına hazırlıq xarakteri daşıyır. B Liqasında yer alan U-17 millimiz VI qrup çərçivəsində martın 19-da Albaniya, 22-də isə Uels yığması ilə qarşılaşacaq. İlham Yadullayev əsas diqqətlərinin məhz Albaniyada keçiriləcək həmin matçlara yönəldiyini vurğulayıb: “İnkişaf Kuboku Avropa çempionatının seçmə oyunlarına hazırlıq məqsədi daşıyır. Martdakı rəsmi oyunlarda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Mütəxəssis bu gün başlayan təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib. O, hazırlığın fevralın 14-dək Bakıda təşkil olunacağını söyləyib: “Toplanışımız ayın 14-dən Minskdə davam edəcək. Hazırda ölkə çempionatında iştirak edən futbolçulara üstünlük vermişik. Eyni zamanda İspaniyanın “Marcet” komandasından 5 futbolçu dəvət etmişik”.

Qeyd edək ki, U-17 İnkişaf Kuboku çərçivəsində fevralın 16-da Rusiya, 17-də İran, 19-da isə Qazaxıstan komandası ilə qarşılaşacaq. Turnirdə həlledici görüşlər fevralın 21-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://report.az
archiveBu xəbər 11 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri