Icma.az
close
up
RU
Azərbaycanın və Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş Dostluq Bilik Yarışması keçirilib

Azərbaycanın və Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş Dostluq Bilik Yarışması keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Tbilisi, 28 may, AZƏRTAC

Bolnisidə məktəblilər arasında Azərbaycanın və Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş "Dostluq Bilik Yarışması" keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və Təhsil Mərkəzi ilə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışmasında Savaneti (İmirhəsən), Qeta (Aşağı Güləver), Kvemo Bolnisi (Kəpənəkçi), Naxiduri (Arıxlı) İcma Mərkəzləri və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzindən ümumilikdə 100-ə yaxın gənc iştirak edib.

Tədbir Gürcüstanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbəri Rezo Həsənov hər iki ölkənin müstəqillik tarixi haqqında ətraflı məlumat verib.

Çıxış edən İcma Mərkəzlərinin müəllimləri Azərbaycan və Gürcüstanın müstəqillik mübarizəsinə dair fikirlərini bölüşüb və iştirakçılara uğurlar arzulayıblar.

Mərkəzin ingilis dili müəllimi Rəqsanə Şıxıyeva bilik yarışması barədə məlumat verib və oyunun qaydalarını ətraflı şəkildə izah edib.

Dörd mərhələdən və final turundan ibarət yarışmada iştirakçılar Gürcüstan və Azərbaycanın müstəqilliyi, texniki və təbiət elmləri, ingilis dili, Azərbaycan dili və ümumi biliklər üzrə sualları cavablandırıblar.

Final mərhələsinə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi və Savaneti (İmirhəsən) İcma Mərkəzinin komandaları vəsiqə qazanıblar.

Gərgin mübarizə şəraitində keçən finalda Savaneti İcma Mərkəzinin yetirmələri daha dəqiq və sürətli cavabları ilə fərqlənərək yarışmanın qalibi olublar.

Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub, çay süfrəsi təşkil edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 02:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri