Azərbaycanın xalq artisti Rafiq Nəsirov vəfat etdi FOTO
Icma.az, Milli.az-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Azərbaycanın xalq artisti Rafiq Nəsirov vəfat etdi FOTO.
Azərbaycanın xalq artisti Rafiq Nəsirov 78 yaşında vəfat edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, vida mərasimi bu gün saat 14.00-da "Təzə Pir" məscidində baş tutacaq.
Qeyd edək ki, Rafiq Nəsirov Əliş oğlu 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumumun memarlıq fakültəsinə daxil olmuşdur. 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur.
1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin.
![](https://img.milli.az/2024/11/29/1248948_(2).jpg)
![](https://img.milli.az/2024/11/29/1248948_(1).jpg)
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)