Icma.az
close
up
RU
Azərbaycanın xalq artisti Rafiq Nəsirov vəfat etdi KONKRET

Azərbaycanın xalq artisti Rafiq Nəsirov vəfat etdi KONKRET

Azərbaycanın xalq artisti Rafiq Nəsirov 78 yaşında vəfat edib.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, vida mərasimi bu gün saat 14.00-da “Təzə Pir” məscidində baş tutacaq.

Qeyd edək ki, Rafiq Nəsirov Əliş oğlu 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumumun memarlıq fakültəsinə daxil olmuşdur. 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur.

1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin.

seeBaxış sayı:67
embedMənbə:https://konkret.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri