Icma.az
close
up
RU
Azərbaycan enerji təhlükəsizliyi siyasətinin qlobal təminatçısı olduğunu sübut edir

Azərbaycan enerji təhlükəsizliyi siyasətinin qlobal təminatçısı olduğunu sübut edir

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” telekanalına verdiyi müsahibəsi, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın suveren mövqeyini, milli maraqlara əsaslanan strateji xəttini və qlobal səviyyədə formalaşdırdığı nüfuzunu bir daha nümayiş etdirdi.
Cənab Prezidentin “beynəlxalq hüquq normaları artıq hər kəs üçün mütləq görünmür” fikri, bu gün dünya siyasətində ədalət və hüququn yerini güc və maraqların aldığı reallığı tam dəqiqliklə ifadə edir. Azərbaycan bu mürəkkəb beynəlxalq şəraitdə öz milli maraqlarına əsaslanaraq, beynəlxalq hüquqa tam riayət edən, lakin qərarlarını öz gücünə və potensialına söykənən dövlət kimi fərqlənir. Cənab Prezidentin vurğuladığı kimi, ölkəmiz bütün istiqamətlərdə – siyasi, iqtisadi və təhlükəsizlik sahələrində müstəqil strateji qərarlar qəbul edən dövlətə çevrilib.
Cənab Prezidentin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması barədə səsləndirdiyi fikirlər, Azərbaycanın Cənubi Qafqazda sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində atdığı addımların beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin göstəricisidir. Qısa zaman ərzində Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşıdurmadan əməkdaşlığa keçid etməsi, regionda tarixi sülh və qarşılıqlı etimad mühitinin yaranmasına yönəlmiş dövlət siyasətinin uğurudur.
Cənab Prezidentin “ölkə daxilində potensial risklər yoxdur” fikri isə Azərbaycanın bu gün sabitlik, təhlükəsizlik və sosial rifah baxımından regionda lider dövlətə çevrildiyini göstərir. Dövlətimizin daxili siyasəti milli həmrəyliyə, sosial ədalətə və davamlı sabitliyə söykənir. Azərbaycanın strateji baxışında regional sülh, iqtisadi inkişaf və qonşuluq münasibətlərində balanslı siyasət prioritet mövqedədir.
Eyni zamanda Cənab Prezidentin enerji təhlükəsizliyi sahəsində səsləndirdiyi fikirlər, Azərbaycanın qlobal enerji xəritəsində oynadığı mühüm rolu bir daha təsdiqlədi. Bu gün Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına malik olan və həmin ehtiyatları Avropaya, Asiyaya və Yaxın Şərqə ixrac edən yeganə dövlətdir. Prezidentin qeyd etdiyi kimi, artıq 16 ölkəyə təbii qaz ixrac olunur və onların 10-u Avropa İttifaqının üzvüdür. Bu, ölkəmizin yalnız enerji təminatçısı deyil, həm də enerji təhlükəsizliyi siyasətinin qlobal təminatçısı olduğunu sübut edir.
Cənab Prezidentin Avropa Parlamentinin qərəzli yanaşmalarına dair mövqeyi isə Azərbaycanın öz suveren siyasətinə sadiqliyinin, milli maraqlarına əsaslanan prinsipial diplomatiyasının bariz ifadəsidir. Azərbaycan artıq qərəzli dairələrin təzyiqlərinə reaksiya verməyən, müstəqil və öz yolunu müəyyən edən dövlət səviyyəsinə yüksəlib. Prezidentin sözləri ilə desək, “Avropa Parlamentinin öz mövqeyini yenidən nəzərdən keçirməsi ədalətin bərpasına xidmət edəcəkdir.”
Cənab Prezidentin bu müsahibəsi, Azərbaycanın beynəlxalq aləmdə milli maraqlarını qətiyyətlə qoruyan, regionda sülhün və sabitliyin təminatçısı, enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı olan dövlət imicini daha da möhkəmləndirdi.
Bu çıxış, həm də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil, qətiyyətli və milli maraqlara əsaslanan dövlətçilik siyasətinin uğurlu davamı olaraq tarixə düşdü.
Ceyhun Məmmədov, Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Yanvar 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri