Icma.az
close
up
RU
“Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin nüfuzunu artırır, yeni tərəfdaşlar qazandırır” KONKRET

“Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin nüfuzunu artırır, yeni tərəfdaşlar qazandırır” KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın iqtisadi müstəqilliyi beynəlxalq aləmdə onun siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsini şərtləndirir. Azərbaycanın dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi ölkəmizin həm iqtisadi, həm də siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Daim malik olduğu təbii resurslara görə dünyanın diqqətində olan Azərbaycanın bu ehtiyatlardan səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrini uğurla həyata keçirməsi  yeni körpülərin qurulmasında, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində öz sözünü deyir.  

Ümummilli Lider Heydər Əliyevin  iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyimizə xidmət edən mühüm addımlardan biri oldu. Öncə regional çərçivədə qurulan əməkdaşlıq zaman keçdikdə coğrafiyasını genişləndirdi, beynəlxalq miqyas aldı. Cənub Qaz Dəhlizi, onun əsas tərkib hissəsi olan  TANAP və TAP layihələri bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi”nin davamı olaraq imzalanmış “Yeni əsrin müqaviləsi” bu gün Azərbaycana beynəlxalq arenada iqtisadi və siyasi dividendlər qazandırır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi qeyri-neft sektorunun uğurlu inkişafına yol açır.

Artıq bugünün çağırışı  yaşıl enerjiyə keçiddir. Bu baxımdan ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri Azərbaycanın bütün imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Ötən ilin diplomatik uğuru olan COP29 iqlim konfransına ev sahibliyimizi, eyni zamanda, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini xatırlasaq bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və rolunu aydın şəkildə görə bilərik. “Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf edən bu mühüm hadisələr Azərbaycanın  beynəlxalq nüfuzunun təqdimatı oldu. Azərbaycanın COP29 iqlim konfransına yüksək səviyyədə ev sahibliyi bu sahədə zəngin təcrübəyə malik olduğunu nümayiş etdirdi. Qısa müddətdə Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Bakıda keçirilən COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un yüksək səviyyədə təşkili və əldə olunan nəticələr qonaqlar tərəfindən yüksək dəyərləndirildi. COP29-a hazırlıq dövründə genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. “Yaşıl dünya naminə həmrəylik!” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Azərbaycan, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Ən əsası, Bakı iqlim konfransı 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədini qəbul etdi. Şübhəsiz, bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsi,  iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.

Vüqar Rəhimzadə vurğulayıb ki, COP29 ilə Braziliyada keçirilən COP30 arasında müqayisəli təhlil aparsaq tamamilə fərqli bir mənzərənin şahidi olarıq. Möhtəşəmliyi,  yüksək təşkilatçılığı,  iştirakçıların say tərkibi, qəbul olunan qərarları ilə tarixə yazılan COP29-u heç bir baxımdan  yadda qalmayacaq, ardıcıl problem yaşayan COP 30-u müqayisə etmək belə mümkün deyil. Bu gün Azərbaycanın ev sahibliyi ilə Braziliyanın ev sahibliyi arasında  fərq diqqətdən kənarda qalmır. Braziliya iqlim konfransına hazırlıq prosesi zamanı COP30-un təyin olunmuş prezidenti, braziliyalı səfir Andre Korrea do Lago mətbuata müsahibəsində  “Ötən il noyabrda Azərbaycan COP29-a ev sahibliyi etdi. Azərbaycanın bu prosesdəki rolunu necə qiymətləndirirsiniz” sualını cavablandırarkən bildirmişdir ki, bu, həqiqətən də çox məhsuldar və uğurlu bir il idi. Azərbaycanın nümayəndə heyətində, hökumətində və işgüzar dairələrində çoxlu dəyərli tərəfdaşlar qazandıq. Bakı COP-u konkret hədəflərlə yadda qaldı. Həmçinin COP29 bir sıra hədəflərə nail oldu. Hazırda da Azərbaycanla sıx əməkdaşlıq edirik, çünki ölkəniz hələ də Sədrlik funksiyasını yerinə yetirir.  COP-un təşkili sahəsində Azərbaycan hansı istiqamətlərdə Braziliyaya dəstəyinə gəldikdə isə  COP30-un prezidenti  qeyd etmişdir ki,  Azərbaycan bu prosesdə çox böyük dəstək göstərir.

Millət vəkili bildirib ki, ötən ilin mühüm uğurlarından biri də ölkəmizin dekabrın 19-da  D-8 təşkilatına üzv qəbul olunması oldu.   D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 1997-ci ildə, inkişaf etməkdə olan səkkiz ölkə tərəfindən qurulub. Bu təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir. Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində ölkəmiz yekdilliklə D-8 təşkilatının üzvü seçildi. Azərbaycanın quruma üzvlüyü uğurlu siyasətinin, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin, söz sahibliyinin nəticəsi kimi dəyərləndirildi. Təşkilatın məqsəd və məramını nəzərə alsaq  Azərbaycanın bu quruma üzvlüyünün məhz  dünyanı Azərbaycana toplayan COP29 tədbirindən sonrakı dövrə təsadüf etməsi özündə bütün məqamları ehtiva etdi. Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdar oldu.

Bu baxımdan Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun keçirilməsi böyük əhəmiyyət kəsb edir. D-8 Media Forumu olduqca böyük əhəmiyyət kəsb edən bir platformadır. Forum ölkələrimiz arasında mövcud olan dostluğun, əməkdaşlığın və qarşılıqlı etimadın bariz təzahürüdür. Dövlət başçısı İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciətində də bildirdi ki, əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olundu, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq”u baş tutdu. Dövlət başçısı İlham Əliyev  müraciətində bu əminliyi də ifadə edir ki,  Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcək.

Milli Məclisin deputatı bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri onun daim  yeni tərəfdaşlar  qazanmasında əhəmiyyətli rol oynayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see365

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see197

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri