Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq diplomatiyadakı rolu: AQEM Forumu və ölkəmizin uğurları ŞƏRH

Azərbaycanın beynəlxalq diplomatiyadakı rolu: AQEM Forumu və ölkəmizin uğurları ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycanın paytaxtı Bakı beynəlxalq müstəvidə öz mövqeyini bir daha güclü şəkildə nümayiş etdirir. Belə ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası burada keçirilir. Bu tədbir Asiyanın təhlükəsizlik və əməkdaşlıq məsələlərinə həsr olunmuş strateji platformadır. Prezident İlham Əliyevin də sessiya iştirakçılarına müraciətində qeyd etdiyi fikirlər regional və qlobal sabitliyin vacibliyini vurğulayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, bu forum Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi ənənəsinin davamıdır: “Xatırlayırıq ki, 2012-ci ildə Bakıda təşkil olunan “Avroviziya Mahnı Müsabiqəsi” ölkəmizin mədəniyyətini və multikultural dəyərlərini dünyaya tanıtmışdı. Minlərlə xarici qonaq Bakının qonaqpərvərliyindən zövq almışdı. Avroviziya müsabiqəsi Azərbaycanın təşkilatçılıq bacarığını qlobal miqyasda sübut etdi”.

Politoloq deyib ki, Azərbaycanın 2015-ci ildə I Avropa Oyunlarına da yüksək səviyyəli ev sahibliyi etməsi hər kəsə məlumdur. l Avropa oyunlarına da 50-dən çox ölkədən idmançıların qatılması bu tədbiri daha əhəmiyyətli edirdi. Beynəlxalq rəyvericilər, həmçinin xarici media subyektləri Azərbaycanın müasir idman infrastrukturunu nümayiş etdirən Avropa Oyunlarının yüksək səviyyədə təşkilindən danışırdılar. Bu, Azərbaycanın idman sahəsindəki potensialını dünyaya göstərdi:“ Formula 1 Azərbaycan Qran-Prisi 2016-cı ildən etibarən Bakının simvoluna çevrilib. Bu yarış hər il minlərlə turisti ölkəmizə gətirir, Bakının müasir şəhər infrastrukturunun beynəlxalq mediaya çıxmasına kömək olur. Formula 1 Azərbaycanın turizm və iqtisadi inkişafına böyük töhfədir. Eyni zamanda, tədbir ölkəmizin qlobal brendini gücləndirməkdə mühüm rol oynayır”.

Tural İsmayılov 2011-ci ildən Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan da danışıb. Bildirib ki, bu Forum da fərqli mədəniyyətlər arasında körpü yaratmağa xidmət edən mədəni tədbir kimi xatırlanır. Dialoq Forumu Azərbaycanın sülh modelini vurğulamaqla yanaşı, ölkəmizin multikultural dəyərlərə sadiqliyimiz beynəlxalq aləmdə yüksək formada təbliğ etdi. Azərbaycanın multikultural modeli beynəlxalq ekspertlər tərəfindən da öyrənilməyə başlanıldı. Həmçinin Forum ölkəmizin sülh və əməkdaşlıq siyasətinin təbliğinə töhfə oldu, Bakını mədəni diplomatiyanın mərkəzinə çevirdi. Bu, ölkəmizin tolerantlıq ənənələrinin qlobal təşviqinə töhfə verdi və proses indi də uğurla davam edir.

Politoloq xatırladıb ki, 2019-cu ildə Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü də Bakıda baş tutmuşdu. Xarici ölkələrin liderlərinin bu tədbirdə iştirakı Azərbaycanın diplomatik uğurunu növbəti dəfə göstərdi.

2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkili ölkəmizin iqlim məsələsində də liderliyini göstərdi. Həmçinin yaşıl enerji sahəsindəki layihələrimiz beynəlxalq səviyyədə təqdir olundu. COP29 Azərbaycanın ekoloji diplomatiyasında da yeni səhifə açdı. Tədbir ölkəmizin infrastruktur və təşkilatçılıq bacarığını bir daha sübut etdi.

“AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası isə Azərbaycanın Asiyadakı rolunu daha da gücləndirir. Ümumilikdə isə Azərbaycanın AQEM-ə sədrliyi ölkəmizin beynəlxalq təşkilatlarda liderliyini və nüfuzunu göstərir. Forumda Azərbaycanın təşəbbüsü müzakirə edilən regional təhlükəsizlik və iqtisadi inkişaf məsələləri Asiyanın sabitliyinə töhfədir. 2026-cı ildə BMT-nin Dünya Şəhərsalma Forumu da Bakıda keçiriləcək. Forum vasitisilə Azərbaycanın şəhərsalma sahəsindəki uğurları nümayiş etdiriləcək. Bu, Bakını qlobal tədbirlər mərkəzinə çevirəcək. Beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi Azərbaycanı beynəlxalq arenada sülh və əməkdaşlıq simvolu kimi tanıdır”- deyə Tural İsmayılov fikirlərini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri