Icma.az
close
up
RU
“Azərbaycanın xarici siyasəti və prioritetləri köklü şəkildə dəyişib” “Yeni konsepsiya dərin təhlillərdən sonra hazırlanmalıdır”

“Azərbaycanın xarici siyasəti və prioritetləri köklü şəkildə dəyişib” “Yeni konsepsiya dərin təhlillərdən sonra hazırlanmalıdır”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov regionda 2020-ci ildən sonra formalaşan yeni geosiyasi mühit, ölkənin milli ideya axtarışı, xarici siyasət konsepsiyası və beynəlxalq proseslərdə Azərbaycanın artan roluna dair maraqlı açıqlamalar verib.

T.Zülfüqarov bildirib ki, Azərbaycan müstəqil dövlət kimi 35 ilə yaxın mövcud olsa da, ayrıca “Xarici siyasət konsepsiyası” adlı sənəd qəbul olunmayıb. O qeyd edib ki, bununla belə milli təhlükəsizlik haqqında sənəd uzun illərdir fəaliyyət göstərir və orada ölkənin xarici siyasət istiqamətləri üçün əsas prinsipial yanaşmalar öz əksini tapıb.

O deyib ki, problem “sənədin olmaması” deyil, 2020-ci ildən sonra tamamilə yeni regional reallıqların ortaya çıxmasıdır: “2020-ci ildən sonra Azərbaycanın xarici siyasət mühiti və prioritetləri köklü şəkildə dəyişib. Ən böyük dəyişiklik isə yeni milli ideyanın formalaşdırılması zərurətidir”.

Keçmiş nazir qeyd edib ki, Azərbaycan üçün milli ideya uzun illər ərzində ərazi bütövlüyünün bərpası olub. Məhz bu məqsəd dövlət siyasətinin, cəmiyyətin konsolidasiyasının, beynəlxalq fəaliyyətin əsas istiqamətini müəyyən edib. O, əlavə edib: “Ərazi bütövlüyü tam bərpa olunduqdan sonra artıq yeni milli ideyanın müəyyən edilməsi qaçılmazdır. Prezident İlham Əliyev də bunun geniş, milli səviyyədə müzakirə edilməsinin vacibliyini bildirib”.

Onun sözlərinə görə, Prezidentin çıxışlarında Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığın dərinləşdirilməsi və bu birliyi “bizim ailəmiz” kimi səciyyələndirməsi yeni milli ideyanın mühüm sütunlarından biri ola bilər. “Milli ideya hələ formalaşma mərhələsindədir – regiondakı dəyişikliklər bunu zəruri edir”.

Eks-nazir deyib ki, milli ideya və xarici siyasət çərçivəsi hələ formalaşma prosesindədir və bu prosesə son illərdə baş verən böyük geosiyasi dəyişikliklər təsir göstərir. O misal olaraq Rusiya–Ukrayna müharibəsini göstərib: “Bu gün nə Rusiyanın, nə də Ukraynanın əvvəlki xarici siyasət konsepsiyaları mövcud reallıqlara uyğun gəlir. Onlar da yenidən baxmağa məcburdur”.

Tofiq Zülfüqarov əlavə edib ki, belə dəyişikliklər yalnız postsovet məkanına aid deyil və eyni proseslər Avropa İttifaqı və NATO daxilində də baş verir – yeni formatlar, yeni əməkdaşlıq mexanizmləri, təhlükəsizlik öhdəliklərinin yenidən müzakirəsi gündəmdədir.

Keçmiş nazir vurğulayıb ki, əsas məqsəd yeni sənəd yazmaq yox, reallıqları düzgün anlamaq, geniş ictimai müzakirə yaratmaq və yalnız bundan sonra ehtiyac yaranarsa, konsepsiya hazırlamaqdır.

“Sənəd hazırlamaq birinci mərhələ deyil. Əvvəlcə regionda baş verən prosesləri anlamaq lazımdır. Konsepsiya yalnız o zaman məntiqli olacaq”, – deyib.

T.Zülfüqarov qeyd edib ki, Azərbaycan böyük dövlət deyil və şimalda Rusiya–Ukrayna müharibəsi, cənubda İran–İsrail qarşıdurması fonunda ölçüsünə və imkanlarına uyğun realist siyasət aparmalıdır. Eks-nazir bildirib ki, 2007-ci ildə qəbul edilən milli təhlükəsizlik konsepsiyası tam başqa informasiya reallığında hazırlanmışdı: “O vaxt nə sosial media var idi, nə də hazırkı miqyasda internet mühiti. İnsanların məlumatlanma davranışı tam dəyişib və bu, xarici siyasətə də təsir edir”. Onun sözlərinə görə, yeni konsepsiya hazırlansa belə, yalnız müasir informasiya şəraitini nəzərə alan dərin təhlillərdən sonra hazırlanmalıdır.

T.Zülfüqarov son illər sürətlə güclənən Türk Dövlətləri Təşkilatının geosiyasi çəkisinə toxunaraq deyib ki, TDT-nin heç vaxt qapalı blok olmayacağını göstərmək üçün TDT+ formatı yaradıldı. O bildirib: “Bu format açıq mesajdır: türk dövlətlərinin əməkdaşlığı kiməsə qarşı deyil. İstəyən ölkələr prosesdə iştirak edə bilər”.

O əlavə edib ki, Gürcüstan, Rusiya, Çin, İran və Əfqanıstan kimi ölkələrdə milyonlarla türkdilli əhali yaşayır və yeni inteqrasiya xətti regionun tamamını əhatə edir.

Politoloq qeyd edib ki, C6+ formatı TDT-dən əvvəl yaranıb və müxtəlif dövlətlər tərəfindən fərqli prizmadan qiymətləndirilib. O deyib: “İstər Çin, istər ABŞ, istərsə də Avropa İttifaqı üçün regiona çıxış yalnız Azərbaycan vasitəsilə mümkün olub. Bizi kənar keçmək mümkün deyil”.

Zülfüqarov TRIPP layihəsinin strateji əhəmiyyətini ayrıca vurğulayıb: “TRIPP təkcə Azərbaycanın iki hissəsini birləşdirmək deyil. Bu, Avropa ilə Orta Asiya arasında 15 milyon tonluq əlavə yük dövriyyəsi yaradan yeni kommunikasiya xəttidir”. O qeyd edib ki, Avropa ölkələrinin Naxçıvandakı 150 km-lik dəmir yolu xəttinin bərpasına böyük maraq göstərməsi də bunun sübutudur.

Tofiq Zülfüqarov bildirib ki, Azərbaycanın son 20 ildə həyata keçirdiyi enerji siyasəti ölkəni regional proseslərin mərkəzinə gətirib: “Bizim enerji diversifikasiyamız Avropa üçün həyati vacib idi. Bu, Azərbaycanın statusunu dəyişdi və ölkə kiçik dövlət kimi deyil, enerji təhlükəsizliyi təminatçısı kimi qəbul olundu”.

Onun sözlərinə görə, coğrafi mövqeyin verdiyi imkanlar da Azərbaycanın əhəmiyyətini artırır: “Azərbaycan həm Rusiya, həm də İranla sərhədi olan yeganə ölkədir və hər iki dövlət hazırda ciddi konflikt içindədir. Bu, Azərbaycanın rolunu daha da artırır”.

Sonda T.Zülfüqarov vurğulayıb ki, Azərbaycanın müəyyən ambisiyaları olsa da, rəhbərlik, xüsusilə Prezident İlham Əliyev realist siyasət xətti yürüdür: “Biz heç vaxt ‘dənizdən dənizə’ kimi qeyri-real ideyalar səsləndirmirik. Azərbaycan yeni imkanlardan maksimum rasional istifadə edir və fantaziya ilə yox, reallıqla hərəkət edir”.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Noyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see704

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see317

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see315

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see260

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see165

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see148

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri