Icma.az
close
up
RU
Azərbaycanın XİN başçısı əlcəzairli həmkarı ilə İsrail İran qarşıdurması nəticəsində yaranmış vəziyyəti müzakirə edib

Azərbaycanın XİN başçısı əlcəzairli həmkarı ilə İsrail İran qarşıdurması nəticəsində yaranmış vəziyyəti müzakirə edib

Icma.az, Azertag saytına istinadən bildirir.

İstanbul, 22 iyun, Günel Karatepe, AZƏRTAC

İyunun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının Dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Əlcəzair ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə İsrail-İran qarşıdurması nəticəsində yaranmış vəziyyət müzakirə olunub.

Qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Əlcəzair əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin dövlətlərarası əlaqələrimizin inkişafına təkan verdiyinə dair həmfikirlik ifadə olunub.

İki ölkənin Xarici İşlər nazirlikləri arasında cari ilin aprelində baş tutmuş siyasi məsləhətləşmələrin Azərbaycan-Əlcəzair əməkdaşlığının hərtərəfli və sistematik şəkildə irəliyə aparılmasında rolundan bəhs olunub.

Azərbaycan ilə Əlcəzair arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın məmnunluq doğurduğu qeyd olunub.

İqtisadi əməkdaşlıq ölçüsünə toxunularaq, ticarət və investisiyalar, neft-qaz və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Təhsil və mədəniyyət sahələri üzrə mübadilələrin artırılmasının xalqlarımızın bir-birini daha yaxından tanımasındakırolundan bəhs olunub. İki ölkə arasında yaradılmaqda olan İqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın əhəmiyyətli mexanizm olacağı vurğulanıb.

İsrail-İran qarşıdurması nəticəsində regionda yaranmış təhlükəsizlik çağırışlarından ciddi narahatlıq ifadə olunub, münaqişənin dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see596

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see136

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see136

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see130

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see129

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see129

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see129

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see127

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see127

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see126

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see122

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see122

“Üzüklərin hökmdarı“ filminin çəkildiyi milli parkda güclü yanğın

09 Noyabr 2025 23:49see121

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see120

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see120

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri