Azərbaycanla Avropa rəqəmsal ittifaqa girir: Balans siyasəti dəyişəcəkmi?
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında 2026-2030-cu illəri əhatə edən yeni Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar yekun mərhələyə çatıb. Sənəddə ənənəvi enerji və nəqliyyat sahələri ilə yanaşı, kibertəhlükəsizlik və süni intellekt (Sİ) də əsas strateji istiqamətlər kimi yer alır.
Bu sənədin yekun mərhələyə çatması Aİ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı sayıla bilərmi? Rusiya və Çin amilini nəzərə alsaq, Azərbaycanın Aİ ilə rəqəmsal sahədə yaxınlaşması balans siyasətinə necə təsir edəcək?
Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Taleh Əliyev bildirib ki, yeni prioritetlər çərçivəsində kibertəhlükəsizlik və süni intellekt istiqamətinin müəyyən edilməsi Azərbaycanın şaxələndirilmiş xarici siyasətindən imtina anlamına gəlmir:
"Bu gün Azərbaycan Avropa İttifaqı ilə yanaşı, Çinlə də strateji əməkdaşlığı dərinləşdirir. Ən son belə əməkdaşlıq isə Vyetnamla qurulub. Bununla yanaşı, Azərbaycan ABŞ, qardaş Türkiyə və Orta Asiyadakı türk respublikaları ilə də əməkdaşlığı genişləndirir. Bütün bunlar Azərbaycanın özünü orta güc kimi təqdim etdiyini və xarici siyasətini heç bir qlobal və ya regional güc mərkəzindən asılı olmadan, daha şaxələndirilmiş formada həyata keçirdiyini göstərir".

Taleh Əliyev, politoloq
Politoloqun fikrincə, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma yeni dünyanın əsas təhdid və üstünlüklərindəndir.
Onun sözlərinə görə, bu təhdid və üstünlüklər fonunda Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri və şirkətləri ilə əməkdaşlığını dərinləşdirməsi qarşı tərəflə yanaşı, həm də Azərbaycan tərəfinin strateji dövlət maraqlarına uyğundur.
"Bu baxımdan Avropa İttifaqı ilə 2026-2030-cu illəri əhatə edən yeni strateji prioritetlər Azərbaycanın ənənəvi xarici siyasətindən uzaqlaşması deyil. Əksinə, bu istiqamətdə daha qətiyyətli irəliləməsinin növbəti bir nümunəsi kimi qiymətləndirilə bilər”, - deyə Taleh Əliyev vurğulayıb.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 23 Noyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















