Icma.az
close
up
RU
Azərbaycanla bağlı şiə ayparası planı Bakı müharibə ilə hədələndi, sonra isə...

Azərbaycanla bağlı şiə ayparası planı Bakı müharibə ilə hədələndi, sonra isə...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Globalinfo.az İranda baş verən etiraz aksiyaları ilə bağlı politoloq Zaur Məmmədovla müsahibəni təqdim edir:

– Zaur bəy, İranda etiraz aksiyaları davam edir. Maraqlıdır ki, bir zamanlar Azərbaycanı təhdid edən, “şirin quyruğu ilə oynama” deyən, hətta torpaqlarımızın işğaldan azad edilməsinə mane olmaq üçün separatçılarla belə əməkdaşlıq edən Tehranda vəziyyət heç də yaxşı deyil. Prosesləri necə qiymətləndirirsiniz?

– Son illərdə İranda elə dairələr var idi ki, həqiqətən də Azərbaycan xalqını qorxutmaq istəyirdilər. 44 günlük müharibədən sonra regionda yaranmış yeni geosiyasi reallıq İranın ənənəvi təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Tehran bu vəziyyətlə barışmaq əvəzinə, müxtəlif təzyiq mexanizmlərinə üz tutmuşdu.

Məsələn, İran 2020–2023-cü illərdə mütəmadi olaraq Azərbaycan sərhədlərinə yaxın ərazilərdə genişmiqyaslı hərbi təlimlər keçirdi. Həmin dövrdə Qarabağın dağlıq hissəsində separatçılar mövcud idi. Zəngəzur vasitəsilə Xankəndiyə qanunsuz gediş-gəliş həyata keçirilirdi.

İran rəsmilərinin açıqlamalarında vaxtaşırı “Bakı dövləti” kimi ifadələr işlədilir, Azərbaycan müharibə ilə hədələnir, “şiə ayparası”ndan danışılırdı. Bundan başqa, Tehran Azərbaycanla bağlı tez-tez “qırmızı xətlər” terminindən istifadə edirdi.

Budur, zaman gəldi və Azərbaycan, o cümlədən İrana göstərdi ki, Qarabağda separatçıları məhv edəcək, Zəngəzur dəhlizi açılacaq, bölgədə nəyi istəsə, onu edəcək. Nəticədə Bakını təhdid edənlər beynəlxalq proseslərdə bir-bir itirə-itirə gedir, Azərbaycanın dostları isə uğurlara imza atırlar.

Bütün bu təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycan öz milli maraqlarına əsaslanan siyasətdən geri çəkilmədi. “Suverenlik və müstəqil qərarvermə prinsipi” və “regional əməkdaşlığa açıq, lakin şantaja qapalı siyasət” rəsmi Bakının şüarıdır.

İranın daxilində və xaricində baş verən son hadisələr göstərdi ki, Tehran regional siyasətdə “təzyiq və hədə” modelinə əsaslanan davranış xəttindən imtina etmədikcə həm beynəlxalq müstəvidə, həm də qonşu dövlətlərlə münasibətlərdə uğur əldə edə bilməyəcək. Nəticədə hakimiyyətə rasional və diplomatiyanın tərəfdarı olan Məsud Pezeşkian gətirildi.

– Lakin İran Prezidenti Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra proseslər səngidi, münasibətlər düzəlməyə başladı…

– Düzdür. Pezeşkian hakimiyyətə gələn kimi Azərbaycanla münasibətlər sabitləşdi. Hətta 30 ildə ilk dəfə olaraq eşitmək istədiyimiz sözləri qarşı tərəfdən dinlədik.

Beləliklə, 44 günlük müharibə zamanı Xudafərin istiqamətində irəliləyən Azərbaycan Ordusuna mane yaratmaq istəyən kəslər bu gün ciddi sınaq qarşısındadırlar.

Lakin hazırda vəziyyət tamamilə fərqlidir. 2025-ci ilin son və 2026-cı ilin ilk günlərində İranda baş verən hadisələr ölkənin sosial-iqtisadi iğtişaşlardan kənara çıxaraq yeni, sistem böhranı mərhələsinə qədəm qoyduğunu göstərir.

Hazırkı etirazlar əvvəlki illərin yanvar etirazları kimi mürəkkəb və çoxqatlıdır. Bu proseslər iqtisadi narazılıq, ideoloji boşluq və siyasi məyusluq elementlərini özündə birləşdirir. Xüsusilə diqqətimi çəkən məqam ondan ibarətdir ki, ictimai müzakirələrdə getdikcə daha çox sistem əleyhinə şüarlarla yanaşı, konkret alternativ təkliflər də səsləndirilir. Rza Pəhləvi obrazı və şah dövrünün simvolizmi daxil olmaqla alternativ hakimiyyət modellərinə birbaşa istinadlar xalqı vahid ideologiya altında birləşməyə çağırış kimi çıxış edir.


Zaur Məmmədov

– Pezeşkian aksiyalardan öncə də xəbərdarlıqlar edirdi, sanki bu günü görürdü. Sizcə, o, İranı mövcud vəziyyətdən xilas edə biləcəkmi?

– Bunun üçün artıq çox gecdir. Onu heç kim dinləmədi. Həmçinin etirazlar başlamamışdan əvvəl Prezident Məsud Pezeşkian iqtisadi və maliyyə böhranının ciddiliyini hiss edərək faktiki olaraq dini və hərbi institutları mövcud vəziyyətdə günahlandırdı. Onun bu bəyanatı sistem daxilində siyasi hakimiyyətin məhdudiyyətlərinin etirafı idi.

Prezident Pezeşkian son açıqlamalarında icra hakimiyyətinin daxili məsələləri effektiv şəkildə həll edə bilməməsinə dəfələrlə işarə edib. Bu fikirlər ekspertlər tərəfindən uzun müddətdir müzakirə olunan reallığı təsdiqləyir. İranda siyasi hakimiyyətdə seçkili institutların səlahiyyətləri əhəmiyyətli dərəcədə məhduddur.

İran rialının dəyərdən düşməsi, xroniki inflyasiya və əhalinin alıcılıq qabiliyyətinin azalması daha dərin böhranın yalnız zahiri təzahürüdür. Burada söhbət təkcə yoxsulluqdan deyil, eyni zamanda dövlət və cəmiyyət arasında etimadın azalmasından gedir. Sistem üçün uzun müddət sosial bufer rolunu oynayan orta təbəqə sürətlə marjinallaşır, gənclər isə mövcud rejimdə öz gələcəyini getdikcə daha az görür.

Dövlət strukturlarının və İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan iqtisadiyyat çevikliyini və özünütənzimləmə qabiliyyətini itirib. Nəticədə iqtisadi narazılıq siyasi forma alır və mövcud rejimin legitimliyi aşağı düşür.

– Etirazların ən çox diqqət cəlb edən elementlərindən biri Rza Pəhləvinin adının çəkilməsidir. Bu şəxs uzun müddətdir aktivdir. Onun son zamanlar xüsusilə ön plana çıxması xalqın tələbidir, yoxsa şəxsi təşəbbüsü?

– Vurğulamaq vacibdir ki, bu, monarxiyanın bir qurum kimi bərpası üçün kütləvi tələb deyil. Qərb ölkələrində, xüsusilə ABŞ və Avropada şah irsinin tərəfdarlarından ibarət kifayət qədər konsolidasiya olunmuş bir çevrə mövcuddur. Bu dairələr əsasən anti-islam və anti-teokratik hisslərlə birləşir və İslam Respublikasına təzyiq göstərmək üçün “itirilmiş dünyəvi modernləşmə” ideologiyasından fəal şəkildə istifadə edirlər.

İrandakı küçə etirazlarında Pəhləvinin adının çəkilməsi xarici ideoloji təsirin mövcudluğunu göstərir. Müasir İranın paradoksu ondadır ki, Şah rejimi də teokratik rejim kimi qeyri-demokratik idi. Avtoritar idarəetmə modeli, yüksək səviyyəli korrupsiya, hakimiyyətin dar elita dairəsində cəmləşməsi və cəmiyyətin real siyasi proseslərdən kənarda qalması bu dövr üçün xarakterik idi.

Şah İranı da indiki rejim kimi məhdud siyasi rəqabətə, repressiv aparata və nəyin bahasına olursa-olsun hakimiyyəti qorumağa yönəlmiş bir dövlət idi. Bu baxımdan, mövcud teokratik sistem qeyri-demokratik olduğu kimi, əvvəlki monarxiyanı da azad demokratlar diyarı adlandırmaq mümkün deyil.

Diqqətə layiq haldır ki, İranda hakimiyyətə alternativlər kontekstində Qacar sülaləsinin qayıdışından faktiki olaraq bəhs edilmir. Bu, təsadüfi sayıla bilməz.

Şübhəsiz ki, İsrail və ABŞ-dakı müəyyən qüvvələr İranı regional aktor kimi zəiflətməkdə maraqlıdırlar. Lakin etirazları yalnız xarici müdaxilənin nəticəsi kimi qiymətləndirmək daxili struktur ziddiyyətlərini görməzdən gəlmək olardı. Xarici amil prosesləri sürətləndirir, lakin onları yaratmır. Böhranın kökü teokratiyanın ideoloji resurslarının tükənməsində və cəmiyyətə gələcək üçün vahid vizyon təqdim edə bilməməsindədir.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri