Icma.az
close
up
RU
Azərbaycanla bağlı yeni proqnoz: Güc onlardadır, qərar dəyişəcək

Azərbaycanla bağlı yeni proqnoz: Güc onlardadır, qərar dəyişəcək

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bütün mənfi təşəbbüslərə rəğmən Azərbaycanda yüksək səviyyədə baş tutan COP29 sammiti fonunda ölkəmizə qarşı təzyiqlər daha da artır. Sammitdən sonra Qərbin Bakıya qarşı kampaniyanı gücləndirəcəyi proqnozlaşdırılır. 

Avropa İttifaqı və bəzi siyasi dairələrin Azərbaycanı ekologiya və iqlim məsələsi deyil, məhz siyasi mövzuda sıxışdırmağa çalışması diqqət çəkir. Bütün dünya səviyyəsində əhəmiyyətli olan iqlim dəyişikliyi ilə mübarizə üçün Bakıda vacib sammitin keçirildiyi müddətdə keçmiş qondarma rejimin separatçıları ilə bağlı çağırış edilir. Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir.

Bu təzyiqlər COP29 yekunlaşdıqdan sonra bitəcək? Qərb cəhdlərinin uğursuzluqla nəticələndiyini görüb Bakı ilə münasibətləri normallaşdırmağa çalışa bilərmi?

Globalinfo.az-a danışan politoloq Əli Mustafayev deyib ki, Qərb ilə Azərbaycan arasında soyuq müharibə hələ bir müddət davam edəcək:

“COP29 tədbiri Qərb üçün bir fürsət idi, bu tədbirdən istifadə edərək Bakıya təzyiq göstərməyə başladılar. Azərbaycan da bu hücumlara, şər-böhtanlara cavabsız qalmadı. Bakının xüsusilə Fransanın müstəmləkələri ilə bağlı mövqeyi təqdirəlayiqdir. Yeri gəlmişkən, Azərbaycanın neokolonializmə qarşı mübarizəsi Fransa, Hollandiya və bu qəbildən olan dövlətləri narahat edir.


Əli Mustafayev

Fikrimcə, Qərbin ölkəmizə qarşı təzyiqləri sammitdən sonra da davam edəcək. Lakin onu da qeyd etmək lazımdır ki, Donald Trampın ABŞ prezidenti seçilməsi ilə dünya siyasətində dəyişikliklər olacaq. Qlobalçıların müəyyən etdiyi bir tendensiya vardı. Trampın hakimiyyətə gəlişi onların planlarını bir qədər blokladı. Bu səbəbdən beynəlxalq güclər yeni dönəmə uyğun fərqli strategiya müəyyənləşdirəcəklər. Bunu nəzərə alaraq deyə bilərik ki, Azərbaycanla bağlı bəzi korrektələr ola bilər”.

Politoloq bildirib ki, hazırda Avropa İttifaqında sağçılar hakimiyyətə gəlir:

“Nəticədə Avropa siyasətinin palitrası dəyişir. Yəni bir dövlətin başı öz daxili işlərinə qarışa bilər. Bu da ölkəmizə qarşı təzyiqləri səngidəcək faktorlardandır. Trampın hakimiyyətə qayıdışının Avropa siyasətinə təsirləri olacaq”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri