Icma.az
close
up
RU
Azərbaycanla BMTnin Narkotiklər və Cinayətkarlıq İdarəsi arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycanla BMTnin Narkotiklər və Cinayətkarlıq İdarəsi arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Ədliyyə naziri Fərid Əhmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Valinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Missiya.Az xəbər verir ki, görüş zamanı Azərbaycanın BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyi, COP29 tədbirinin ölkəmizdə təşkilinin bu əməkdaşlığın bariz nümunəsi olduğu vurğulanıb. Həmiçinin Azərbaycanla BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin həyata keçirildiyi qeyd edilib.

Ədliyyə Nazirliyinin də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi, eləcə də qurumun Mərkəzi Asiya və Cənubi Qafqaz Əlaqələndirici Şəbəkəsi ilə sıx əlaqələrinin olduğu, nazirliyin BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Komissiyasının tədbirlərində təmsil olunduğu vurğulanıb.

Eyni zamanda, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün 2024-2027-ci illər üzrə Praktiki Tədbirlər Planı layihəsində Ədliyyə Nazirliyi ilə əməkdaşlığı əhatə edən bəndlərin də olduğu xüsusi qeyd edilib.

Səmimi qəbula görə təşəkkür edən Qada Vali, ölkəmizin sədrliyi ilə keçirilən COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, qeyd olunan sahələrdə tərəflər arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://missiya.az
archiveBu xəbər 14 Noyabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see175

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see173

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see144

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see139

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see135

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see134

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see134

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see133

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see133

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see130

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see129

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see127

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see126

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see126

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see125

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see124

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see122

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see118

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see117

Biləcəridəki qəzada həlak olanların Fotosu

06 Sentyabr 2025 22:52see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri