Icma.az
close
up
RU
Azərbaycanla Cənub Şərqi Asiya arasında münasibətlər dərinləşir

Azərbaycanla Cənub Şərqi Asiya arasında münasibətlər dərinləşir

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qlobal iqtisadi və siyasi münasibətlərin sürətlə dəyişdiyi müasir dövrdə dövlətlər arasında əməkdaşlığın inkişafı qarşılıqlı maraqların düzgün müəyyənləşdirilməsindən və mövcud imkanlardan səmərəli istifadə olunmasından asılıdır. Azərbaycanın Asiya ölkələri ilə əlaqələrini genişləndirməsi də məhz bu yanaşmaya əsaslanır. Kamboca Krallığının Baş naziri Hun Manetin Bakıya rəsmi səfəri Azərbaycanla Cənub-Şərqi Asiya arasında münasibətlərin dərinləşdirilməsi baxımından yeni perspektivlər açan mühüm siyasi hadisədir.
Prezident İlham Əliyevin səfər zamanı mətbuata verdiyi bəyanat göstərdi ki, Azərbaycan və Kamboca arasında münasibətlərin gələcək inkişafı üçün siyasi iradə və əməkdaşlıq potensialı mövcuddur. Kamboca Baş nazirinin Azərbaycana səfəri ilə AQEM-in Zirvə görüşündə iştirakının eyni dövrə təsadüf etməsi regional dialoqla yanaşı, ikitərəfli əlaqələrin də inkişafına diqqəti artırır. Bu təmaslar müxtəlif regionları təmsil edən dövlətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
İki ölkənin beynəlxalq təşkilatlardakı əməkdaşlığı münasibətlərin siyasi dayaqlarını formalaşdırır. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində aparılan dialoq Azərbaycan və Kambocaya beynəlxalq gündəlikdə yer alan məsələlər üzrə fikir mübadiləsi aparmaq və qarşılıqlı dəstək imkanlarını genişləndirmək şəraiti yaradır. Dövlətlərin müstəqilliyinə, suverenliyinə və beynəlxalq hüquqa hörmət prinsipinin qorunması bu münasibətlərin əsas istiqamətlərindən biri kimi çıxış edir.
Bununla belə, tərəfdaşlığın gələcək uğuru siyasi münasibətlərin konkret iqtisadi nəticələrlə möhkəmləndirilməsindən də asılı olacaq. Mövcud ticarət dövriyyəsinin aşağı səviyyədə olması iki ölkə arasında iqtisadi potensialın tam reallaşdırılmadığını göstərir. Bu baxımdan, ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun yaradılması, biznes forumunun keçirilməsi və işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın iqtisadi inkişaf təcrübəsi və strateji coğrafi mövqeyi Kamboca ilə əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirakı, logistika infrastrukturunun inkişafı və beynəlxalq bazarlara çıxış imkanları iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm amillərdir. Digər tərəfdən, Kamboca ilə ticarət əlaqələrinin inkişafı Azərbaycan sahibkarları üçün Cənub-Şərqi Asiya bazarına çıxış imkanlarının araşdırılmasına şərait yarada bilər.
İnvestisiya əməkdaşlığı ilə yanaşı, rəqəmsal inkişaf və dövlət xidmətlərinin təkmilləşdirilməsi də perspektivli istiqamətlər sırasındadır. Azərbaycanın “ASAN xidmət” vasitəsilə formalaşdırdığı xidmət modelinin Kambocada maraq doğurması ölkəmizin təcrübəsinin beynəlxalq müstəvidə öyrənilməsinə imkan yaradır. Elektron xidmətlər, idarəetmədə şəffaflıq, innovativ həllər və vətəndaş məmnunluğunun artırılması kimi məsələlər üzrə əməkdaşlıq hər iki tərəf üçün faydalı nəticələr verə bilər.
Turizm və təhsil sahələri də iqtisadi münasibətləri tamamlayan mühüm istiqamətlərdir. Turizm əlaqələrinin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşviqi, universitetlər arasında əməkdaşlıq və tələbə mübadiləsi proqramlarının yaradılması dövlətlər arasında əlaqələrin daha geniş ictimai əsaslar üzərində inkişafına kömək edə bilər. Azərbaycanın müxtəlif mədəniyyətləri birləşdirən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və Kambocanın zəngin tarixi-mədəni irsi bu istiqamətdə qarşılıqlı maraq üçün zəmin formalaşdırır.
İkitərəfli əməkdaşlığın digər vacib istiqaməti humanitar minatəmizləmə sahəsidir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması üçün genişmiqyaslı fəaliyyət həyata keçirir. Prezident İlham Əliyevin bəyanatında bu problemin diqqətə çatdırılması beynəlxalq ictimaiyyətin məsələyə həssas münasibət göstərməsinin vacibliyini bir daha ortaya qoyur. Təcrübə mübadiləsi və mütəxəssis hazırlığı üzrə mümkün əməkdaşlıq bu istiqamətdə praktiki əhəmiyyət daşıya bilər.
Azərbaycanın müharibədən sonrakı mərhələdə əsas prioritetlərindən biri azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər ölkəmizin sülhə, təhlükəsizliyə və dayanıqlı inkişafa verdiyi əhəmiyyəti göstərir. Dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət isə beynəlxalq münasibətlərdə sabitliyin qorunmasının əsas şərtlərindəndir.
Beləliklə, Hun Manetin Azərbaycana səfəri təkcə diplomatik münasibətlərin inkişafı ilə məhdudlaşmır. Bu səfər iqtisadi əlaqələrin canlandırılması, yeni investisiya imkanlarının araşdırılması, rəqəmsal təcrübənin paylaşılması və humanitar əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Bakı ilə Pnompen arasında siyasi dialoqun ardıcıl iqtisadi və institusional addımlarla müşayiət olunması tərəfdaşlığın gələcək inkişafını müəyyən edən başlıca amil olacaqdır.

Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri