Icma.az
close
up
RU
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər yeni mərhələdə

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər yeni mərhələdə

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu xüsusda, Türk dünyasının önəmli hissəsi olan və eyni köklər, mədəniyyət, qədim tarixi ənənələrə malik Azərbaycan, türkmən və özbək xalqları arasında münasibətlərin dərinləşdirilməsi ölkələrimiz üçün böyük perspektivlər vəd edir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

“Ötən həftə Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin görüşü ölkələrimiz arasında yeni üçtərəfli əməkdaşlıq formatının yaradılması və inkişafını təmin edəcək”, - deyən komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan regionda yeni reallıqlar yaradıb və artıq bölgəmizdə sülh, əməkdaşlıq və rifahın təmin olunması yeni əməkdaşlıqlar üçün də imkanlar yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. 
Şahin İsmayılov qeyd edib ki, regional inteqrasiyanın gücləndirilməsinə xidmət edən bu layihələr, enerji sahəsində həyata keçirilən əməkdaşlıq ölkələrimizin iqtisadi dayanıqlığının təmin olunmasına, xalqlarımızın rifahının daha da yüksəldilməsinə töhfə verəcək.

Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistan ilə uğurlu qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malik olduğunu söyləyən komitə sədri bildirib ki, ölkə liderlərinin birgə səyləri nəticəsində bu münasibətlər  geostrateji təşəbbüslərin həyata keçirilməsi, o cümlədən nəqliyyat-kommunikasiya və enerji sahələrində əlaqələrin inkişafı ilə genişləndirilir. “Təbii ki, yeni üçtərəfli format dövlətlər arasında qarşılıqlı institusional əməkdaşlığın gücləndirilməsi ilə proseslərin sistemli şəkildə aparılmasına imkan verəcək”, - deyə Şahin İsmayılov əlavə edib. 

Komitə sədri son illər Azərbaycan-Özbəkistan münasibətlərinin sürətlə inkişaf etdiyini, ötən il ölkələrimiz arasında əlaqələrin müttəfiqlik səviyyəsinə  yüksəldiyini xatırladıb. Dövlət başçıları tərəfindən aparılan fəal siyasi dialoq, qarşıya qoyulan vəzifələri dövlət strukturlarının uğurla icrası etməsi əlaqələrimizin sürətli inkişafını təmin edir. Eyni zamanda qardaş Özbəkistan Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində də Azərbaycana mühüm dəstək verir. Belə ki, işğaldan azad olunmuş Füzuli şəhərində özbək xalqı adından hədiyyə olaraq inşa edilən 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Azərbaycan-Özbəkistan qardaşlığının əyani təzahürüdür. Eyni zamanda, Özbəkistanın dəstəyi və təşəbbüsü ilə  Xankəndidə yaradılmış tikiş fabriki torpaqlarımızda məşğulluq səviyyəsinin yüksəldilməsi və yüngül sənayenin inkişafı baxımından böyük əhəmiyyətə malik müəssisədir.

“Qardaşlıq dəstəyindən bəhs edərkən Türkmənistan tərəfindən Füzuli şəhərində məscidin inşa olunması ilə bağlı qərar da xalqlarımızın tarixi dostluğunun təcəssümüdür”, - deyən komitə sədri bildirib ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ötən ay Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələr, qəbul olunan qərarlar, Qarabağ torpağını ziyarət etməsi ölkələrimiz arasında münasibətlərin dinamik inkişafına təkan verəcək.

Azərbaycanın Türk Dövlətləri Təşkilatının inkişafı və üzv ölkələr arasında fəal əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində də böyük addımlar atdığını söyləyən Şahin İsmayılov deyib ki, Azərbaycan, Özbəkistan və Türkmənistanın iştirakı ilə reallaşdırılacaq layihələr eyni zamanda təşkilatın daha da güclənməsində, onun beynəlxalq mövqelərinin möhkəmlənməsində fəal rol oynayacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Avqust 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri