Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını alqışlayırıq Maka Boçorişvili
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
“Gürcüstan üçün Cənubi Qafqazda sülh və təhlükəsizlik mühüm prioritetdir. Cənubi Qafqaz regionunun böyük potensialı var və bu potensialdan tam istifadə üçün dayanıqlı və uzunmüddətli sülh tələb olunur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya Diplomatiya Forumunda təşkil olunmuş “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” adlı panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını alqışlayır.
“Bu, böyük nailiyyətdir. Gürcüstanın ənənəvi olaraq iki qonşusu – Azərbaycan və Ermənistanla yaxşı münasibətləri var. Azərbaycanla onilliklərdir dostluğa əsaslanan strateji tərəfdaşlığımız və çox yaxşı əməkdaşlığımız var. Ermənistanla bu yaxınlarda strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmiş ənənəvi çox yaxşı münasibətlərimiz var”, - nazir deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Aprel 2025 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















