Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Son illər Azərbaycanla Hindistan arasında bir sıra məsələlərdə fikir müxtəlifliyi olub.
Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birlikdə mətbuat üçün brifinqə deyib.
C.Bayramov Azərbaycanın Hindistan XİN başçısının bu səfərini yüksək qiymətləndirdiyini vurğulayıb:
"Son illər ərzində iki ölkə arasında bir sıra məsələlərdə fikir müxtəlifliyi olub. Bu da istər-istəməz həm ikitərəfli münasibətlərə, həm də beynəlxalq əməkdaşlıq məsələlərinə təsir edirdi. Biz bu gün çox açıq və ətraflı şəkildə bütün bu məsələləri müzakirə etdik. Hesab edirəm ki, bu, ikitərəfli münasibətlərin inkişafına zəmin yaradacaq".
Nazir Azərbaycanla Hindistan arasında mütəmadi əlaqələrin həmişə olduğunu vurğulayaraq bu xüsusda telefon danışıqlarını və görüşləri xatırladıb:
"Eləcə də beynəlxalq tədbirlərdə ölkələrimizin nümayəndələri çox fəal iştirak ediblər. Qeyd etdiyim kimi, bugünkü müzakirələr yeni əməkdaşlıq imkanlarına ciddi zəmin yaradır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 23 Oktyabr 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















