Azərbaycanla İran nəqliyyat və tranzit sazişi imzalayacaq
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycana üç günlük səfər etmiş İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq səfərin yekunlarına dair qısa açıqlama verib.
Oxu.Az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Fərzanə Sadiq bəyan edib ki, Azərbaycan tərəfi ilə birgə görüşdə nəqliyyat, sərhəd, gömrük və tranzit məsələləri üzrə Anlaşma Memorandumunun hazırlanması qərara alınıb və İran prezidentinin Azərbaycana səfəri zamanı iki ölkə arasında imzalanacaq.
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşündən söz açan iranlı nazir deyib ki, söhbət zamanı Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri üçün zəruri olan məsələlər və anlaşmalar daha ətraflı müzakirə edilib.
Məsud Pezeşkianın Azərbaycana səfərində iki ölkə arasında yük daşımalarının həcmini artırmaq məqsədi ilə iki ölkənin iş adamlarının görüşünün keçirilməsini planlaşdırdığını açıqlayan Fərzanə Sadiq bildirib ki, görüş İran Xarici İşlər Nazirliyi və İranın Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 Aprel 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















