Icma.az
close
up
RU
Azərbaycanla kəlləkəlləyə gəlmək Fransa üçün təhlükəlidir

Azərbaycanla kəlləkəlləyə gəlmək Fransa üçün təhlükəlidir

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Fransa ilə Azərbaycan arasında son dövrlərdə gərgin münasibətlər daha da ciddiləşib. Bu gərginliyin ən son nümayəndəsi isə Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanı Fransanın daxili işlərinə müdaxilədə günahlandırması olub".

Bu fikirləri politoloq Turan Rzayev Redaktor.az-a Prezident İlham Əliyevin Fransa ilə bağlı son fikirlərini şərh edərkən dedi. Onun sözlərinə görə, Fransa Azərbaycanın daxili işlərinə müdaxilə etdiyi halda, Azərbaycanı bununla ittiham edə bilməz:

"Yeni Koledoniya, Korsika, Mayorta adası kimi məsələləri rəsmi Bakı xüsusilə qabardır və bununla da onların daxili işlərinə qarışmış kimi olur. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır və heç bir ölkənin də ərazi bütövlüyünə hörmətsizlik etmir. Əvvəl onu qeyd etmək lazımdır ki, Fransa bunu çox daha öncədən başladıb və özü edərkən bu barədə heç danışmırdı. Misal üçün, vaxtilə separatçıların "liderlərini" - Arayik Harutyunyan, Ruben Vardanyanı Fransa televiziya kanalına çıxaran və onlara platforma tanıyan, onlarla görüşən Fransa rəhbərliyi bunu nədənsə separatçılığa dəstək və yaxud da ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması və daxili işlərinə müdaxilə kimi qiymətləndirmirdi. Bundan başqa, fransalı siyasilərin hətta prezidentliyə namizəd olan şəxslərin Qarabağa işğal dövründə qanunsuz səfərləri baş tutmuşdu. Ən diqqət çəkən məqamlardan biri də şübhəsiz ki, onlara bəzi Avropa ölkələrinin humanitar yardım göndərmək cəhdləri var idi ki, bunlar da öz növbəsində Azərbaycanın ərazi bütövlüyünə və daxili işlərinə açıq şəkildə müdaxilə idi. Bütün bu real faktlar qala-qala Fransa tərəfi iddia edir ki, guya biz onların daxili işlərinə müdaxilə edirik. Fransa bunları dövlət səviyyəsində edirdi, Azərbaycan isə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə dünyanın diqqət mərkəzindən kənarda qalan, əhəmiyyətsiz görülən ölkələrin, xalqların problemlərini qabartdı".

Turan Rzayev hesab edir ki, Azərbaycanla Fransa arasında gərginliyin aradan qaldırılması üçün danışıqların yalnız arxa planda, qapalı mühitdə aparılması vacibdir.

"Faktiki olaraq, Azərbaycan separatizmə yox, xalqların öz müqəddəratını təyin etmə prinsipi əsasında Yeni Kaledoniya və Korsikadakı məsələlərlə bağlı danışır. Bakı Təşəbbüs Qrupu çərçivəsində hansısa bir silahlı yardım və yaxud da başqa bir şey yoxdur. Fransa dünyada neokolonializmi davam etdirən və imperialist siyasət yeridən nadir ölkələrdəndir. Bu siyasətin hüququ iflasa uğrayır. Bunun ən böyük sübutu da Fransanın Afrikadakı keçmiş müstəmləkələrinin ərazilərindən hərbi qüvvələrin çıxarılması prosesidir ki, Nigerdə, Malidə, Burkinafaso da bu proses gedib. Fransa artıq narahatdır ki, bu proses keçmiş müstəmləkələrindən, hazırkı müstəmləkələrinə keçə bilər. Artıq Fransa indi başa düşür ki, Azərbaycanla bu məsələdə kəllə-kəlləyə gəlmək onun üçün nə dərəcədə təhlükəlidir. Fransa bizim bu günə qədər əsəblərimizi tarıma çəkib.

Prezidentin qeyd etdiyi kimi Azərbaycanla problemləri həll etmək istəyirlərsə, bu məsələlərlə bağlı bağlı qapılar arxasında danışıqlar olmalıdır. Təbii ki, bu açıq dəvətdir. Fransa bu dəvətlə problemləri həll etmək istiqamətində addım atarsa, münasibətlər normallaşa bilər. Amma yox, bunu etməzsə, təbii olaraq hələ başı çox ağrıyacaqdır", - deyə politoloq vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Yanvar 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri