Icma.az
close
up
RU
“Azərbaycanla münasibətləri gərginləşdirmək ölkənin maraqlarına uyğun deyil” Pezeşkianın oğlundan maraqlı açıqlama

“Azərbaycanla münasibətləri gərginləşdirmək ölkənin maraqlarına uyğun deyil” Pezeşkianın oğlundan maraqlı açıqlama

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkə daxilində Azərbaycanın İsrailə dəstək verdiyi ilə bağlı yayılan ittihamlara münasibət bildirib və bu cür yanaşmaların İranın milli maraqlarına zidd olduğunu vurğulayıb.

Pezeşkian qeyd edib ki, iddialar irəli sürülməzdən əvvəl onların sübutlarla və təhlükəsizlik orqanlarının məlumatları ilə əsaslandırılıb-əsaslandırılmadığına diqqət yetirilməlidir. O bildirib ki, bu cür ittihamlar ölkəni münaqişəyə sürükləyə bilər.
Yusif Pezeşkian İranın Azərbaycanla münasibətlərində qarşıda üç mümkün yol olduğunu qeyd edib:
"Hərbi qarşıdurma – Yəni ya biz Azərbaycana qarşı döyüşmək istəyirik, ya da onu təhrik edirik. Bu, nə dövlətin, nə də xalqın istədiyi yoldur və ölkənin maraqlarına ziddir. Nə sülh, nə müharibə vəziyyəti – Yəni iki ölkə arasında gərginlik davam edir, amma hərbi qarşıdurma baş vermir. Bu halda qarşılıqlı düşmənçilik siyasəti beynəlxalq forumlarda və iqtisadi sferalarda zərər gətirə bilər. Əməkdaşlıq və qonşuluq münasibətləri – Fikir ayrılıqlarına baxmayaraq, iqtisadi, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq mümkündür və ən sağlam yanaşma budur".
Yusif Pezeşkian üçüncü yanaşmanın - dialoq və əməkdaşlığın  həm İranın, həm də regionun sabitliyi baxımından ən məqbul yol olduğunu vurğulayıb. Onun fikrincə, bəzi şəxslər xoş niyyətlə danışsalar da, nəticədə İslam Respublikasının zərərinə və İsrailin maraqlarına xidmət edən mövqe ortaya qoya bilərlər.
“Ehtiyatlı olaq ki, bilmədən İsrailin piyadasına çevrilməyək,” – deyə Pezeşkian əlavə edib.
O, habelə vurğulayıb ki, radikal və məsuliyyətsiz ritorika bölgədə gərginliyi artırmaqdan başqa bir nəticə vermir. "AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Avqust 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri