Icma.az
close
up
RU
Azərbaycanla Naxçıvan arasında birbaşa quru əlaqəsi qurula bilər AÇIQLAMA

Azərbaycanla Naxçıvan arasında birbaşa quru əlaqəsi qurula bilər AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Erasx–Sədərək xəttinin açılması Azərbaycan üçün həm iqtisadi, həm də logistik baxımdan mühüm üstünlüklər yarada bilər. Bu dəhliz vasitəsilə Azərbaycan Naxçıvanla birbaşa quru əlaqə qura bilər”.
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Nəcəfzadə deyib.
O bildirib ki, bu da regionda nəqliyyat xərclərini azaldar və ticarət dövriyyəsini sürətləndirər:
“Dəhlizin işə düşməsi, həmçinin Türkiyə ilə əlaqələrin daha rahat və fasiləsiz olmasına şərait yaradacaq. Bu, Bakı–Naxçıvan–İğdır xətti boyunca yeni logistika mərkəzlərinin formalaşmasına səbəb ola bilər. Belə bir infrastruktur Azərbaycanın tranzit ölkə rolunu daha da gücləndirəcək və gəlirləri artıracaq. 
Regionun iqtisadi inteqrasiyasına töhfə verərək, Cənubi Qafqazda dayanıqlı ticarət sisteminin formalaşmasına yardım edəcək. Dəhliz həm də malların daşınmasında vaxt itkisini azaldacaq və enerji resurslarının nəqlini asanlaşdıracaq”. 
İqtisadçı qeyd edib ki, Azərbaycan şirkətləri üçün bu, ixrac imkanlarının genişlənməsi və bazarlara çıxışın asanlaşması deməkdir:
“Naxçıvanda istehsal və kənd təsərrüfatı sahələrinin inkişafı üçün yeni imkanlar açılacaq. İnfrastrukturun genişlənməsi bölgədə məşğulluğu artıracaq və sosial rifahı yüksəldəcək. 
Eyni zamanda, regiona yeni sərmayələrin cəlb edilməsi üçün münbit şərait yaranacaq. Dəhlizin açılması Türkiyə, Azərbaycan və Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə dəstək verəcək. Bu yolun açılması Azərbaycan üçün təkcə coğrafi deyil, həm də strateji və iqtisadi qazanclar demək olacaq. Bu addım regionun ticarət xəritəsində Azərbaycanın mövqeyini daha da gücləndirəcək”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Oktyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri