Icma.az
close
up
RU
Azərbaycanla Türkiyəni yalnız ortaq dəyərlər deyil, iqtisadi və geosiyasi maraqlar da birləşdirir Ramin Məmmədov

Azərbaycanla Türkiyəni yalnız ortaq dəyərlər deyil, iqtisadi və geosiyasi maraqlar da birləşdirir Ramin Məmmədov

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanla Türkiyəni yalnız ortaq etnik və mədəni dəyərlər deyil, həm də ümumi iqtisadi və geosiyasi maraqlar birləşdirir".

525.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Qars şəhərində keçirilən iftar mərasimində deyib.

O qeyd edib ki, bunu ötən həftə iki ölkənin prezidentləri arasında keçirilən görüş və onun nəticələri də bütün dünyaya bir daha sübut etdi.

Ramin Məmmədov, həmçinin dil, din, mədəniyyət, milli-mənəvi dəyərlər baxımından doğma olan qardaş ölkələrin dövlət başçılarının səmimi dostluğu, siyasi iradəsi və qətiyyəti sayəsində münasibətlərin gündən-günə daha da möhkəmlənməsinin əhəmiyyətinə toxunub.

Komitə sədri bildirib ki, Azərbaycan ilə Türkiyə arasında dini etiqad azadlığının təmin edilməsi, eləcə də dini təhsil sahəsində həyata keçirilən əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması perspektivdə dayanan vacib məsələlərdəndir.

Çıxış edən Qars Bələdiyyə sədri prof. Dr. Ötüken Senger isə İslam aləmi üçün mühüm əhəmiyyət kəsb edən müqəddəs Ramazan günlərində qardaş ölkə Azərbaycandan gələn nümayəndə heyəti ilə birgə iftar süfrəsində toplaşmaqdan məmnunluğunu ifadə edib.

Qars valisi Ziya Polat Ramazan ayının İslam aləmi üçün önəmi, həmçinin verilən iftar süfrəsinin həmrəyliyi, dostluq və əməkdaşlığı təşviq etdiyini vurğulayıb.

Çıxışların ardınca Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Cəlal Cəfərli tərəfindən Quran tilavəti təqdim olunub. İftar mərasimində Qars vilayətinin müftisi Yavuz Yıldız və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Valeh Nəsirov Ramazan duaları səsləndiriblər.

Qeyd edək ki, mərasimdə Azərbaycan və Türkiyənin müvafiq qurumlarının rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri, Qars Qeyri Hökumət Təşkilatlarının (dərnəklər) üzvləri, Qars Qafqaz Universitetinin rəhbərliyi, diplomatik missiyaların nümayəndələri, yerli din xadimləri və icma üzvləri iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Mart 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see251

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see239

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see233

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see207

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see146

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see138

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see132

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see131

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see126

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see124

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri