Azərbaycanla Türkiyənin bu addımı regionu silkələdi: İrandan gözlənilməz həmlə
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Qars–Naxçıvan dəmir yolu layihəsinə rəsmi olaraq start verilməsi İranda narahatlıq yaradıb.
Globalinfo.az xəbər verir ki, 224 kilometrlik yeni dəmir yolu xətti Türkiyəni birbaşa Azərbaycanla birləşdirməyi hədəfləyir. Layihənin təməlqoyma mərasimi regionda böyük maraqla qarşılanıb.
İranın “Armanmeli” nəşri mövzuya tənqidi yanaşaraq yazıb ki, bu layihə Tehranın tranzit rolu üçün təhlükə yarada bilər. Nəşr layihəni “İrandan yan keçmək cəhdi” kimi dəyərləndirərək, onun ABŞ-nin vasitəçiliyi ilə gedən Azərbaycan–Ermənistan sülh prosesi fonunda başlandığını qeyd edib.
Qars–Naxçıvan dəmir yolu iqtisadi baxımdan Türkiyə və Azərbaycan arasında inteqrasiyanı gücləndirmək, eləcə də regionda yeni alternativ nəqliyyat dəhlizləri formalaşdırmaq məqsədi daşıyır. İran mediasının bu layihəyə qərəzli münasibəti isə Tehranın regional proseslərdə mövqeyini itirməsi ilə bağlı narahatlığının göstəricisi kimi qiymətləndirilir.
Tahir Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 10 Oktyabr 2025 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















