Icma.az
close
up
RU
Azərbaycanlı bəstəkar Türkiyə ilə Macarıstan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir AZƏRTAC

Azərbaycanlı bəstəkar Türkiyə ilə Macarıstan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ankara, 23 noyabr, AZƏRTAC

Dekabrın 12-də Ankarada Türkiyə-Macarıstan münasibətlərinin 100 illiyinə həsr olunmuş tədbirlər proqramı çərçivəsində məşhur Azərbaycan bəstəkarı İlyas Mirzəyevin əsəri ifa olunacaq.

Bəstəkarın AZƏRTAC-a bildirdiyinə görə, Türkiyə Prezidenti Administrasiyası kompleksində keçiriləcək qala-konsert çərçivəsində dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı ilə onun “Gül baba” simfonik poeması səsləndiriləcək.

“Bu əsər Osmanlı dövrünün məşhur din xadimi, həyatını macar xalqına köməyə həsr etmiş Gül Babaya həsr olunub. “1541-ci ildə macarlarla avstriyalılar arasında gedən döyüşlərdə həlak olan Gül Babanın dəfn mərasimində şəxsən Sultan Süleyman da daxil olmaqla 200 min nəfər iştirak edib”, - deyə bəstəkar bildirib.

O qeyd edib ki, “Gül baba” simfonik poemasının premyerası 2022-ci ildə baş tutub. Əsər isə ilk dəfə Türkiyə Prezidenti Administrasiyasının simfonik orkestri tərəfindən ifa olunub.

Həmyerlimiz Azərbaycanın Qarabağ bölgəsinə həsr olunmuş balaban konsertini ən əlamətdar əsərlər sırasına daxil edib. Bəstəkar və pianoçunun bu əsəri ötən il Bakıda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə “Qarabağ inciləri” yubiley konsertində səsləndirilib. “Xeyriyyə konserti ilə çıxış etməyi, bütün vəsaiti isə şəhid ailələrinə, qazilərə köçürməyi özümə borc bildim”, - deyə o, vurğulayıb.

İ.Mirzəyev Azərbaycan musiqi məktəbini dünyanın aparıcı məktəblərdən biri adlandırıb. “Azərbaycanın peşəkar musiqi sənəti Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev və digər əfsanəvi şəxsiyyətlərlə bağlıdır. Mən bu dünyanın bir parçası olmaqdan qürur duyuram”, - deyə yaradıcılığı Azərbaycan sərhədlərindən çox-çox uzaqlarda, o cümlədən 30 ildən artıq uğurla çıxış etdiyi Türkiyədə tanınan bəstəkar vurğulayıb.

Həmyerlilərimizin əsərlərini Bakı, İstanbul, London, Berlin, Vyana, Paris və dünyanın bir çox şəhərində orkestrlər dəfələrlə ifa edib. Bəstəkar digər əsərləri ilə yanaşı, soloda fortepiano proqramları ilə çıxış edir. O, dünyada Azərbaycan “mədəni diplomatiyasının” ötürücülərindən biridir.

İ.Mirzəyev caz və estrada həvəskarları arasında da populyardır. Bu illər ərzində Nilufər, Candan Erçetin, Fatih Erkoç, Sezen Aksu, Sertap Erener və başqaları kimi məşhur türk estrada ifaçıları onun xidmətindən bəhrələniblər.

Cəmi bir ay əvvəl İstanbulda Cemal Rəşid Rey Konsert Salonunun səhnəsində Türkiyə və ABŞ-ın məşhur caz qruplarının iştirakı ilə İ.Mirzəyevin konserti olub.

Həmyerlimiz əfsanəvi bəstəkar, pianoçu, caz və muğam sintezinin banisi Vaqif Mustafazadə ilə əməkdaşlıq illərini xüsusi hərarətlə xatırlayıb. Bəstəkar həyatının ən faciəli tarixlərindən birini V.Mustafazadənin Daşkənddə ürək tutmasından vəfat etdiyi gün adlandırıb.

O, caza sevgisinin zamanın sınağından çıxdığını və bu gün onun rəhbərlik etdiyi caz qrupunun Türkiyədə fəaliyyətini davam etdirdiyini vurğulayıb.

İ.Mirzəyev Rafiq Babayevin rəhbərliyi ilə estrada simfonik orkestrində işlədiyi dövr haqqında da səmimi danışıb. Bəstəkar hazırda Ankarada “Tekfen” Filarmonik Orkestrinin bəstəkarı kimi yaradıcılığını davam etdirir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri