Icma.az
close
up
RU
Ankarada Türkiyə ilə Azərbaycan arasında idman sahəsində əlaqələrin dərinləşdirilməsi yolları müzakirə edilir AZƏRTAC

Ankarada Türkiyə ilə Azərbaycan arasında idman sahəsində əlaqələrin dərinləşdirilməsi yolları müzakirə edilir AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 6 dekabr, AZƏRTAC

Ankarada Türkiyə ilə Azərbaycan arasında “İdman sahəsində mütəxəssis mübadiləsi Proqramı”nın növbəti mərhələsi davam edir.

AZƏRTAC xəbər verir ki, proqram gənclər və idman sahəsində əməkdaşlıq haqqında 2020-ci ildə imzalanmış Sazişə uyğun olaraq həyata keçirilir.

Türkiyənin paytaxtında Türkiyənin Gənclər və İdman Nazirliyinin nəzdində İdman Təhsili və Araşdırmalar İdarəsinin koordinasiyası ilə “İdman sahəsində mütəxəssis mübadiləsi Proqramı” nın yeni mərhələsi keçirilir.

On bir nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Ankarada İdman Xidmətləri Baş İdarəsində (SHGM) olub, burada SHGM-in idman sahəsində fəaliyyət proqramları və planları üzrə fikir mübadiləsi aparılıb.

Digərləri ilə yanaşı, Azərbaycandan olan mütəxəssislərə Türkiyə Olimpiya Tədris Mərkəzinin, eləcə də İdmançıların Hazırlıq Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.

SHGM-in baş direktoru, professor Vəli Ozan Çakır Azərbaycan ilə sıx əlaqələri yüksək qiymətləndirərək, idman sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, bu məsələdə idman qurğularından istifadənin səmərəliliyinin artırılması, idman mütəxəssislərinin mübadiləsi, eləcə də məşqçi hazırlığı proqramları kimi istiqamətlər xüsusi maraq doğurur.

“Biz idmançılar və ümumilikdə gənclər üçün imkanları maksimum dərəcədə genişləndirməyə çalışırıq”, - deyə o vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri